"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
9-02-2024, 17:06
Zaxarova ATƏT-in prezident seçkiləri ilə bağlı hesabatını tənqid etdi


Zaxarova ATƏT-in prezident seçkiləri ilə bağlı hesabatını tənqid etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.
Diplomat təşkilat nümayəndələrini siyasi qərəzli və əvvəlcədən hazırlanmış yazılı hesabata əməl etdiklərini açıqlayıb.
"Mənim ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna sualım var. Dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşitdilərmi? Deyəsən, heç nə eşitməyiblər. Əgər onlar heç nə eşitməyiblərsə, deməli, seçkiləri necə izləmək barədə heç bir təsəvvürləri yoxdur", - Zaxarova bildirib
9-02-2024, 16:54
Paşinyan məmurlarla görüş keçirdi


Paşinyan məmurlarla görüş keçirdi

"İslahat və rəqəmsallaşma çərçivəsində regionlarda pasport idarələri optimallaşdırılacaq".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, artıq sakinlərin narazılığına səbəb olan Mehri, Vardenis və bir sıra digər şəhərlərdə filialların bağlanması planlaşdırılır.
Miqrasiya xidmətində keçirilən görüşdə Ermənistanın baş naziri əmin edib ki, pasport və miqrasiya xidmətlərinin keyfiyyəti ucuzlaşmadan zərər görməyəcək, əksinə, rəqəmsal sistemin və mobil ofislərin tətbiqi nəticəsində bu, artacaq.
9-02-2024, 16:14
İlham Əliyev, Heydər Əliyev, Selçuk Bayraktar bir arada.. - FOTO


İlham Əliyev, Heydər Əliyev, Selçuk Bayraktar bir arada.. - FOTO

Xəbər verdiyimi kimi, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.




















9-02-2024, 16:05
Gəncədə 6-cı sinif şagirdi intihar etdi


Gəncədə 6-cı sinif şagirdi intihar etdi

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.
Bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
9-02-2024, 15:53
Rusiyada prezident seçkilərinə 4 nəfər namizədliyini irəli sürüb


Rusiyada prezident seçkilərinə 4 nəfər namizədliyini irəli sürüb

2008-ci ildən bəri ilk dəfə Rusiya prezident seçkiləri üçün səsvermə bülleteninə cəmi 4 namizəd daxil edilib.
Bu barədə TASS məlumat yayıb.
Namizədlər bunlardır: Yeni İnsanlar Partiyasının namizədi Vladislav Davankov, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski və Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov.
Qeydiyyat mərhələsi fevralın 10-da başa çatır.
9-02-2024, 15:46
“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayıldı - Rəsmi AÇIQLAMA


“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayıldı - Rəsmi AÇIQLAMA

Bakıda Stalin dövrünün memarlıq abidəsi hesab olunan “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, sökülən kinoteatrın yerində çoxmərtəbəli binanın inşa olunacağı bildirilir: “Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər. Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi Stalin dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?”
Memar həmçinin qeyd edib ki, bundan əvvəl, 2021-ci ildə də analoji problem gündəmə gəlib və komitə “Dostluq” kinoteatrının yerində yaşayış binasının inşasının müzakirə mövzusu olmadığını açıqlayıb.
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılmışdır.
Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
9-02-2024, 14:57
Fransada erməniəsilli siyasətçi nazir təyin olundu


Fransada erməniəsilli siyasətçi nazir təyin olundu

Fransada erməniəsilli siyasətçi nazir postuna təyin olunub.
Bu barədə "Le Monde" yazıb.
Belə ki, Er və Luar birinci seçki dairəsinin 36 yaşlı deputatı Qiyom Kasbaryan Fransanın mənzil-tikinti naziri təyin edilib.
Kasbaryan Fransa prezidenti Emmanuel Makronun tərəfdarı kimi 2016-cı ildə siyasətə qatılıb. Parlamentdə iqtisadi məsələlər üzrə komissiyaya sədrlik edib.
9-02-2024, 14:37
Qarabağ Universitetində təhsil alacaq şəxslər müəyyənləşdi - RƏSMİ


Qarabağ Universitetində təhsil alacaq şəxslər müəyyənləşdi - RƏSMİ

“2024-2025-ci tədris ilinin sentyabrında Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında bakalavriat səviyyəsinə I tədris ilinə müxtəlif ixtisaslara təxminən 1000 nəfər tələbənin qəbulu aparılacaq”
Bunu Mərkəzin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinə tələbə qəbulunu 2 formatda həyata keçirməyi planlaşdırır:
“Qarabağ Universitetində birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçılar həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və s.) fəaliyyət göstərə bilər. Bütün heyətin Universitet üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilməsi (mənzil-yataqxana təminatı) və digər xərclər qarşılanacaq.
Bundan əlavə Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan əsasında və digər universitetlərlə mübadilə və mobillik proqramları çərçivəsində II tədris ilinə də tələbə qəbulu planlaşdırılır.
Birinci tədris ili üçün Universitetə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) qəbul aparılması nəzərdə tutulur. Eyni zamanda tələbələrə əlavə adlı təqaüdlərin verilməsi təklif olunur. Bütün təhsilalanların Universitet ərazisində yaşayış kompleksində mənzil tipli yataqxana ilə təmin olunacaqdır”.
Mətbuat katibi eyni zamanda qeyd edib ki, Qarabağ Universitetində təkcə keçmiş məcburi köçkünlər yox, bütün vətəndaşlar təhsil ala biləcəklər.
Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Universitetdə pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq.
Elm və təhsil nazirinin müavini İdris İsayev universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunmasının gözlənildiyini, onların böyük hissəsinin akademik şəxslər olacağını söyləyib. Qeyd edib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.
9-02-2024, 14:25
Gürcüstanda yeni təyin olunmuş Baş nazir Prezidentə zəng etdi


Gürcüstanda yeni təyin olunmuş Baş nazir Prezidentə zəng etdi

Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
9-02-2024, 14:06
Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi


Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi

UEFA Millətlər Liqası turnirinin C Liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.
Bununla bağlı AFFA məlumat yayıb.
Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də öz meydanında İsveçə qarşı keçirəcək. Millimiz qrupdakı son matçında da İsveçlə qarşılaşacaq.

5 sentyabr
Azərbaycan – İsveç

8 sentyabr
Slovakiya – Azərbaycan

11 oktyabr
Estoniya – Azərbaycan

14 oktyabr
Azərbaycan – Slovakiya

16 noyabr
Azərbaycan – Estoniya

19 noyabr
İsveç – Azərbaycan.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!