Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
7-02-2024, 16:03
Ölkənin ən yaşlı seçicisi səs verdi


Ölkənin ən yaşlı seçicisi səs verdi

93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.
Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.
Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 min 592 seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.
Rayonda səhər saat 8:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.
Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.
7-02-2024, 15:50
Erməni hərbçinin ölümüylə bağlı cinayət işi açıldı


Erməni hərbçinin ölümüylə bağlı cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi ehtiyatda olan hərbçinin yanğın nəticəsində ölümü ilə bağlı qətl maddəsi ilə cinayət işi açıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir, ekspertizalar, o cümlədən yanğın-texniki ekspertizalar təyin edilib.
39 yaşlı Artur Qriqoryanın meyiti tapılıb.
7-02-2024, 15:42
Hakan Fidan Liviyanın Baş naziriylə görüşdü


Hakan Fidan Liviyanın Baş naziriylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviya Milli Birlik Hökumətinin baş naziri Abdulhamid Dibeybe ilə görüşüb.
Bu barədə Türkiyə XİN rəsmi X səhifəsində məlumat yayıb.
Görüş Fidanın Liviyaya səfəri çərçivəsində Tripolidə gerçəkləşdirilib.

7-02-2024, 14:31
Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir - MDB


Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir - MDB

Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar uğur qazansa, MDB şad olacaq.
Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bakıda jurnalistlərə bildirib.
"Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir. Hər iki ölkənin liderləri tam sülhə nail olmaq niyyətində olduqlarını bildirirlər. Biz hamımız Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan hökuməti arasında dekabrda baş tutan danışıqlardan məmnun qaldıq. Hər iki tərəfin münasibətlərdə gərginliyin azaldılması və düşmənçiliyin qarşısının alınması üçün bütün səylərini əsirgəməyəcəyinə dair bəyanatları təqdirəlayiqdir”, - deyə Lebedev vurğulayıb.
O əmin edib ki, MDB ölkələri bu səyləri dəstəkləyir.
Baş katibin sözlərinə görə, MDB və Rusiya liderləri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdırlar. Lebedev qeyd edib ki, dövlət başçılarının bütün görüşlərində bu mövzuya toxunulur, müzakirə olunur, hansı tədbirlərin görülməsi ilə bağlı fikirlər səsləndirilir.
7-02-2024, 13:53
Ermənistan torpaqlarımızı milyonlarla mina ilə zəbt edib - Hikmət Hacıyev


Ermənistan torpaqlarımızı milyonlarla mina ilə zəbt edib - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, mina insidentləri ilə bağlı araşdırmalar partlayışların əksəriyyətinin keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verdiyini göstərir.
Bu barədə o, "X"də yazıb.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda mina qurbanları artmaqda davam edir:
"Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, “kütləvi qırğın silahı” məntiqi ilə dinc əhalini terrora məruz qoymaq, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur".
7-02-2024, 13:30
Elm və təhsil naziri səs verdi


Elm və təhsil naziri səs verdi

Elm və təhsil naziri Emin Əmrullayev səs verib.
O, 24 saylı Nizami 1-ci seçki dairəsinin 20 saylı seçki məntəqəsindən səsvermə hüququndan istifadə edib.

7-02-2024, 13:09
Pakistandakı səfirliyimizdə də səsvermə keçirilir


Pakistandakı səfirliyimizdə də səsvermə keçirilir

Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir.
Səfirlikdən bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.
Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.
7-02-2024, 12:51
Mehdiabadda seçicilər çox fəaldır


Mehdiabadda seçicilər çox fəaldır

Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri Abşeron 3-cü seçki daiəsinin Mehdiabad qəsəbəsindəki seçki məntəqələrinə baş çəkib. Seçici fəallığının müşahidə olunduğu məntəqələrdən biri də 5 caylı məntəqədir. Seçki-səsvermə prosesindən çəkilən fotoreportajı təqdim edirik:





7-02-2024, 12:49
İşğaldan azad edilən ərazilərdə səs verənlərin sayı açıqlandı


İşğaldan azad edilən ərazilərdə səs verənlərin sayı açıqlandı

Saat 12:00-a qədər 122 saylı Xankəndi Seçki Dairəsində 3946 nəfər səs verib.
Seçici fəallığı 50,56 faizdir.
Bundan başqa, 123 saylı Kəlbəcər seçki dairəsində 21658 nəfər səs verib, seçici fəallığı 35,69 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində 27030 nəfər səs verib, seçici fəallığı 43,25 faizdir.
7-02-2024, 12:47
Xaçaturyan Macarıstanın Baş naziriylə görüşdü


Xaçaturyan Macarıstanın Baş naziriylə görüşdü

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.
Bu barədə "Armenpress" məlumat yayıb.
Qeyd edək ki, Xaçaturyan Macarıstanda səfərdədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!