Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-04-2024, 19:28
“Taxta bazarı”ndakı yanğın söndürüldü


“Taxta bazarı”ndakı yanğın söndürüldü

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.
20-04-2024, 19:23
“Qarabağ”la “Qəbələ” oyunu heç-heçə bitirdi


“Qarabağ”la “Qəbələ” oyunu heç-heçə bitirdi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.
“Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.
Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.
20-04-2024, 18:45
Ərdoğan HƏMAS liderini qəbul etdi


Ərdoğan HƏMAS liderini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də İstanbulda HƏMAS hərəkətinin siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib.
Dolmabaxça Sarayında mətbuata qapalı keçirilən görüş zamanı Yaxın Şərq regionunda vəziyyət, Qəzza zolağında atəşkəs səyləri və münaqişə bölgəsinə humanitar yardımların çatdırılması mövzuları müzakirə olunub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun da iştirak ediblər.
20-04-2024, 18:17
Bazarda baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA


Bazarda baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.
Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
20-04-2024, 18:14
Paşinyan Putinlə görüşəcəyini açıqladı


Paşinyan Putinlə görüşəcəyini açıqladı

Rusiya prezidenti Vladimir Putinlə görüş olacaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 20-də jurnalistlərə açıqlamasında deyib.
Görüşün vaxtına gəlincə, Paşinyan bildirib ki, hazırda bunu deyə bilməz.
“Görüş olacaq, çünki görüşməmək planımız yoxdur, amma nə vaxt, indi dəqiq deyə bilmərəm”.
Dünən Rusiyanın xarici işlər naziri Lavrov Nikol Paşinyanla Vladimir Putin arasında ikitərəfli münasibətlərin mübahisəli məsələlərini müzakirə etmək üçün yaxın vaxtlarda təmasların olacağını istisna etməyib.
Mayın əvvəlində Avrasiya İqtisadi İttifaqının yubiley sammiti və Putinin andiçmə mərasimi planlaşdırılır. Lakin Baş nazir Nikol Paşinyan faktiki olaraq bu ana qədər həmin tədbirlərdə iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.
20-04-2024, 17:57
Özündən  gen düşmək


Özündən gen düşmək

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərilə məktəb illərində tanış olmağıma baxmayaraq, bu gün də hər səhnə film kadrları kimi gözümün önündən keçir. Yüksək ideya və bədii dəyərə malik olan əsəri yazıçının külliyatında şah əsər də hesab etmək olar. Beləki, bəşəri düşündürən, insanlığın taleyi ilə əlaqədar olan mövzulardan söz açan qüdrətli sənətkarın yaradıcılığı haqqında da məhz belə düşünə bilərik. O vaxtlar əsər mənə - orta məktəb şagirdinə maraqlı, eyni zamanda da tükürpədici gəlirdi ki...
Milliliklə bəşəriliyin vəhdət halında göründüyü, mənəviyyata, insanlığa zidd olan problemlərin çözüldüyü romanı dünya ədəbiyyat tarixinin son bir əsrlik dövrünün yekun akkordları kimi də xarakterizə etmək olar. Müəllifin yüksək ustalıqla yaratdığı manqurt əfsanəsi əsərin içərisində ayrıca bir zirvə şəklindədir. O zaman olduğu kimi, indi də hər dəfə manqurt ifadəsini eşidəndə qəribə hisslər qarşısında aciz qalıram. Bu məfhumun nə dərəcədə ağır olduğunu anlayıram.
Hekayə o qədər qanıma işləmişdi ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Manqurt sözünü də ilk dəfə onda öyrənmişdim. "Bir insan digərinə necə bu cür əzablar verə bilər" deyə çox düşünürdüm. Tarixdə müxtəlif işgəncə növlərinin olduğunu oxumuşuq. Ən acımasızları da Çində olurdu deyirdilər. Elə məşhur “Çin işgəncəsi” birləşməsi də bu barədə az da olsa nə isə deyir. Amma bu tam başqa idi. İnsanın ağlını, düşüncəsini, iradəsini idarə etmək üsulu. Psixologiyada olan manipulyasiya termini də bəlkə də manqurtlaşdırmaq ilə eynidir. Amma sözüm onda deyil. Demək istədiyim budur ki, görəsən yazıçı bu əsəri yazanda XXI əsrdə insanların zorla, məcburi yox öz xoşları ilə manqurtlaşmaq istəyəcəklərini hiss etmişdi?
Bəli, bəli manqurtlaşmaq... Özündən gen düşmək. Özü də öz hürr iradələri ilə. Qəribədir, düz deyilmi? Bir adam bunu niyə istəsin ki? Özünə bunu niyə rəva bilsin ki? Amma inandırım sizi ki, sözlərimdə həqiqət var. İndi mətləbə keçəndə inanıram ki, çoxlarınız sözlərimə haqq qazandıracaqsınız. Keçək əsas məsələyə. Yuxarıda qeyd etdiyim sözlərin izahını verməyə başlayım. Niyə manqurtlaşmaq kəlməsindən istifadə etdim? Çünki, elm və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, süni intellektin bəşəriyyəti tor şəklində əhatələdiyi çağda cəmiyyətimizin 80 faizi hələ də cahil dövrünü "yaşayır".
Müasir dövrdə tərəqqi etmək istəyən insanın bu qədər az olması sözün əsl mənasında acınacaqlıdır. İnsanlar ucuz tanınmağa, özlərini unudaraq "populyar" olmağa üstünlük verir və fərqi yoxdur hansı yolla olsa da tutduğu işdən manqurtlaşaraq bərk yapışırlar. Sosial şəbəkələr gəncliyimiz, gələcəyimiz üçün bir başa təhlükə ocağına çevrilib. Beləcə bizim uşaqlıqda öyrəndiyimiz mənəvi dəyərlər tənəzzül etmiş olur. Bu dəyərləri isə psixoloji pozuntuları olan dırnaq arası "məşhur qəhrəmanlar" yoxa çıxarır. Artıq insanlar, daha doğrusu internet meymunları mənəvi məsələləri unudub asan maddi qazanc naminə, min yollarla, zəhmətsiz, sadəcə səviyyəsiz hərəkətlər etməklə "qazanmaq" istəyirlər. Sabirin qəhrəmanları cəmiyyəti məhv etməmiş ayağa qalxmaq, bu epidemiya ilə mübarizə aparmalıyıq.

Aynurə NƏZƏRİ,
BDU Jurnalistika fakültəsinin tələbəsi
20-04-2024, 17:44
Köhnəlməz tarixin əski yazısı


Köhnəlməz tarixin əski yazısı

Misirlilərin ən böyük kəşfi yazıdır. Onlar bu qüdrət (!) vasitəsilə təşəkkül tapıblar. Tənəzzülləri də yazını oxuya bilən sonuncu kahinin ölümü ilə başlayıb, beləcə 17 əsrdən çox ingilislərin vassalına çevriliblər... Təəssüflər olsun ki, biz də əsrlərlə müxtəlif qrafikalı yazılardan istifadə etmişik. Ərəb qrafikasında şəhadət barmağımız fikirlərimizin möhürəvəzinə, kiril əlifbasında imzamız yazılarımızın təsdiqinə çevrilib. Buna baxmayaraq Füzuli, Nəsimi, Sabir... özgə qrafikada doğma xalqı üçün yazıb, yaradıb. Dahi Nizami Petrarkonu, Puşkini, Danteni belə qabaqlayıb. İndi təsəvvür edək ki, ana dilimizdə əsrlərlə yazıb, düşünüb, hisslərimizi bölüşsəydik necə olardı? Daha doğrusu harada olardıq?
Uşinski yaşadığı zamanda varlı rus ailələrinə "...uşaqlarınızı fransız dilində tərbiyə etməyin" deyəndə, Mirzə Fətəli Axundov da ərəb qrafikalı hərflərin üzərindəki nöqtələrin çətinliyindən yazırdı, əlifba islahatının mübarizəsini aparırdı. Danılmaz faktdır ki, o dövrün klassik ədəbiyyatı, istər mətbuatı əski əlifbada yazılıb. Bu yazılar əsrlər bundan öncə baş vermiş tarixi hadisələrin salnaməsidir. İctimai-siyasi xadimlərimizin əlyazmaları, dövrün sənədləri sirli küpədir. Bu xəzinənin açılmasında Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Milli Mətbuat tarixi" kafedrasının professor-müəllim heyətinin zəhməti danılmazdır. Onlar mətbuat tarixinin öyrənilməsi, araşdırılması və tədrisi istiqamətində çalışırlar. Bu mənada "Əski Azərbaycan yazısı" fənninin tədrisi olduqca vacibdir. Fənn Jurnalistika fakültəsində tədris olunur.


Biz tələbələr əlifbanı - 33 hərfin sirlərini müəllimimiz Elmira Həsənovadan öyrənirik. Sinkretik "vav", "ya", "eyn" hərflərinə, dörd fərqli "z" işarəsinə, "n" samitini bildirәn "sağır nun"a baxmayaraq əski dildə yazılan tariximizi oxumaq üçün tələbə mübarizəmizi aparırıq. Elmira Həsənova öyrətdiyini dəfələrlə təkrar etməkdən yorulmur. Bu, tələbəyə stimul verir. Müəllimimiz ilk dərs günü –11 aprel tarixində lövhədə iki "əlif" işarəsini yanaşı çəkdi. Ayın tarixini təsəvvür etdim. Sonra anladım ki, əlifbanın ilk hərfidir, başında da "mədd" adlı papağı var. İkinci "be" hərfi gəldi. O da lövhədə "gülən emojini" xatırladırdı. Beləliklə, "əlif" və "bə" ilə başlayan əlifbanın sonuna gəldik. Tələbələrin əksəriyyəti hərf-hərf, söz-söz, cümlə-cümlə əski əlifbada yazılan tariximizi öz dilimizdə oxumağa çalışırlar...
Yazının əvvəlində Misir yazısı haqqında söylədiyim fikirlərə qayıdıram. Əsrlər sonra fransız generalı Napoleon Britaniyanın vassalı olan ərazilərə – Misirə hücum edir. Təsadüfən fransız zabit Nil çayı sahilində yazılı daş lövhə görür. Bununla da qara daş üzərindəki yazı yenidən misirin tarixini ağ günə çıxarır.
Əziz oxucu, icazənizlə yazının son cümləsini müəllimimizin öyrətdiklərinə güvənərək əski əlifbada yazıb, ardınca transliterasiyasını (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) qeyd edək:

بیزیم تاریخمیزی آق گونه چیخاران دا معلملریمیز و اونلارین فداکرانه عمیدیر. سولخان اوربلیانی دمیشکن هر خالقین دیلی اوزینه آجیسی شیرینی ایله دوقمادر. بوندان سونرا دیلیمیزه اینتحاسیز اومور
آرزولایرام...
Bizim tariximizi ağ günə çıxaran da müəllimlərimiz və onların fədakaranə əməyidir. Sulxan Orbeliani demişkən, hər xalqın dili özünə acısı, şirini ilə doğmadır. Bundan sonra dilimizə intəhasız ömür arzulayıram...

Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
20-04-2024, 17:36
Ceyranbatanda bir nəfər batdı


Ceyranbatanda bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
20-04-2024, 17:31
Nərimanovda yanğın baş verib


Nərimanovda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
20-04-2024, 17:23
Qəzzada ölənlərin sayı 34 mini keçdi


Qəzzada ölənlərin sayı 34 mini keçdi

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 34 049-a çatıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
"Oktyabrın 7-dən bəri qurbanların sayı 34 049 nəfərə çatıb, 76 901 nəfər yaralanıb", - Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edilib ki, son 24 saat ərzində həlak olan 37 nəfərin cəsədi Qəzza zolağındakı xəstəxanalara çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!