Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-04-2024, 17:00
Ermənistan ordusu atəş açdı - Zabitimiz yaralandı


Ermənistan ordusu atəş açdı - Zabitimiz yaralandı

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində qarşı tərəfdəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Məlumata görə, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
"Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən bildirilib.
10-04-2024, 16:22
“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan


“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan

“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub”.
Bunu aprelin 10-da Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
O deyib ki, Sovet Ermənistanı və Ermənistan Respublikası ərazisində belə kəndlər heç vaxt olmayıb.
Bununla yanaşı, Paşinyan əlavə edib ki, Ermənistan Respublikası ərazisində Voskepar və Bağanıs adlı kəndlər olub və olacaq.
Nikol Paşinyan Tavuş rayonunun bir millimetr ərazisinin belə mübahisələndirilə biləcəyi ehtimalını yalan və böhtan adlandırıb.
Onun fikrincə, bu mövzunun müzakirəsi siyasi dividendlər qazanmaq cəhdidir və “müəyyən anti-dövlət qüvvələri tərəfindən maliyyələşdirilən şəxsləin uydurmalarıdır”.
Paşinyan Azərbaycan qoşunlarının erməni kəndlərinin yaxınlığında yerləşə biləcəyinin xatırladılmasına cavab olaraq Qafandakı oxşar vəziyyəti arqument kimi göstərib. O deyib ki, indi də Tavuşun digər kəndləri - Ayqehovit, Berkaber, Ayqepar Azərbaycan qüvvələrinə yaxındır və bu region artıq 30 ildir sərhəddən bir neçə metr aralıdadır.
Paşinyan əmin edib ki, xəritələr razılaşdırılmayana qədər heç bir delimitasiya prosesi olmayacaq. Lakin Azərbaycanın tələb etdiyi 4 kənd məsələsi bu prosesə daxil deyil və Paşinyan bunun səbəbini dəfələrlə izah etdiyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, kəndlər məsələsi Alma-Ata bəyannaməsi və Ermənistan SSR-in Ermənistan, Azərbaycan SSR-in isə Azərbaycan olması faktı ilə həll olunur. Buna görə də o kəndlər Azərbaycanlıdır.
Paşinyan bir daha bəyan edib ki, “Ermənistanda belə adda kəndlər yoxdur” və sonda jurnalistləri qınayıb: “Siz sonuncu dəfə nə vaxt Berkaberdə olmusunuz?”.
Xatırladaq ki, Paşinyanın bəhs etdiyi Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri Azərbaycanın Qazax rayonuna məxsusudur. Qazaxın həmin 2 kəndi ilə yanaşı, daha 5 yaşayış məntəsəi – Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.
Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).
Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.
Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır.
Ermənistanın baş naziri Nikol Paşinyan da bir müddət əvvəl Tavuş bölgəsində keçirdiyi görüşdə bəyan etmişdi ki, kəndləri təcili qaytarmasalar, müharibə olacaq. Onun bu bəyanatı Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanmış, Paşinyan qorxaqlıqda suçlanmışdı.
10-04-2024, 16:07
Çin sədri Avropa ölkələrinə səfər edəcək


Çin sədri Avropa ölkələrinə səfər edəcək

Çin Xalq respublikasının sədri Si Cinpin mayın əvvəlində bir sıra Avropa ölkələrinə səfər edəcək.
Çin liderinin mayın 5-də ikigünlük səfərlə Fransaya gedəcəyi gözlənilir. Si Cinpin Fransadan sonra Serbiyaya səfər edəcək.
Daha sonra Çin Xalq Respublikasının sədri Macarıstana gedəcək.
10-04-2024, 14:48
Putin Paşinyanla bütün məsələləri şəxsən müzakirə edəcək - Peskov


Putin Paşinyanla bütün məsələləri şəxsən müzakirə edəcək - Peskov

Yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərə dair bütün məsələləri şəxsən müzakirə edə biləcəklər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Ümid edirik ki, yaxın gələcəkdə liderlərin bu cür məsələləri, şəxsən müzakirə etmək imkanı olacaq", - Kreml sözçüsü bildirib.
Peskovun sözlərinə görə, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki çətin məsələlərin dialoq yolu ilə həll olunacağını gözləyir:
“Dialoqlar iş səviyyəsində baş verir. Və təbii ki, biz bundan çıxış edirik ki, ikitərəfli münasibətlərimizin son zamanlar yaranmış bütün çətin aspektləri məhz belə dialoq çərçivəsində öz həllini tapacaq”.
Peskov deyib ki, Ermənistanla Rusiya arasında münasibətlərin əhəmiyyətini qiymətləndirmək çətindir, İrəvan Moskvanın yaxın tərəfdaşıdır.
“Bilirsiniz ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır, müttəfiqimizdir. Bizi bir çox inteqrasiya formatları, məsələn, MDB, Aİİ və digərləri birləşdirir.
Təbii ki, tarixi ikitərəfli münasibətlər, humanitar əlaqələr, onların əhəmiyyətini qiymətləndirmək çətindir”, - Kreml nümayəndəsi bildirib.
Paşinyan bundan əvvəl Ermənistanın Rusiya ilə münasibətlərdə “bircə dənə də olsun səhv addım atmadığını” bildirsə də, “əks halların çox olduğunu” iddia edib.
10-04-2024, 09:34
Misiroğlu haqqa yürüdü...


Misiroğlu haqqa yürüdü...

Vəliyəddin Misiroğlu İsmayılov Dünyadan köçdü.
Vəliyəddin müəllimin üzündə elə bir nur, gözlərində elə bir işıq, baxışında elə bir doğmalıq, ruhunda elə bir cazibə, dilində elə bir şirinlik, könlündə elə bir ilahi mərhəmət var idi ki, onu tanıyıb da ona bağlanmamaq mümkünsüz idi.
Onu yaxından tanıyanlar yaxşı bilir ki, Vəliyəddin Misiroğlu namus adlı məhək daşını ömrüboyu çiyinlərində şərəflə daşıyıb. Çiyinləri altındakı köksündə isə özü ilə bərabər bir ürəkdolusu Ana sevgisi, Vətən sevgisi, ailə, övlad sevgisi, şeir-sənət, saz-söz sevgisi gəzdirib və heç vaxt onların heç birini urvatdan salmayıb. Onun şəxsiyyətinə, xarakterinə heç bir rəng, boya, bəzək- düzək vurmaq lazım deyil.
Bu itki çox ağır itkidir. Azərbaycan ədəbiyyatı, Azərbaycan folkloru, Azərbaycan dilçiliyi, ən əsası da dost qədri bilənlər üçün lap ağır itkidir. Onun dili o qədər zəngin, sinəsi o qədər dolu idi ki, “Azərbaycan dilinin izahlı lüğət”ləri, Azərbaycan sözlük lüğəti onun yanında çox yoxsul, miskin görünürdü.
Mən Vəliyəddin müəllimə açıqca və dönə-dönə deyirdim: O xəzinəni özünlə aparma, onu yaz, kitab şəklində bu millətin gələcək nəsillərinə əmanət elə. Gülüb keçirdi.
Amma getdi, o xəzinəni də özü ilə apardı.
Ailəmiz adından, “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından Vəliyəddin müəllimin ailəsinə, dostlarına, doğmalarına başsağlığı verirəm. Övladları Vüqara, İlqara, Sevinc xanıma, Aytən xanıma səbr diləyirəm.
Vəliyəddin İsmayılov ruhuna ehtiramla: Tamxil ZİYƏDDİNOĞLU
10-04-2024, 08:48
Hüquqşünas Səmədoğullarını ziyarət edib


Hüquqşünas Səmədoğullarını ziyarət edib

Tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Birinci Fəxri Xiyabanda uyuyan Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun, Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun və Azərbaycan filosofu, ictimai xadim, fəlsəfə elmləri doktoru, professor Heydər Hüseynovun məzarlarını ziyarət edib.

Səməd Vəkilov onunla bərabər ziyarətə gələn dostlarına sağlığında Vaqif əmi deyərək müraciət etdiyi mərhum Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb. Heydər Hüseynovun məzarı başına gəlincə, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın mərhum filosovun həyat və fəaliyyətindən bəhs edən- “Bir ömrün izi ilə” adlı mükəmməl bir kitab yazdığını bildirib.
9-04-2024, 23:33
“Azərbaycan hərb tarixi” kitabı ingilis dilində çapdan çıxıb.


“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan
çıxıb.


Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Nəşrin müəllifləri İnstitutun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun dosenti Nərminə Əmirbəyovadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hazırlanan kitabda
qədim dövrlərdən XX əsrin əvvəllərinədək Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Nəşrdə Azərbaycanda hərb işinin yaranması və inkişafı dövrü barədə
də ətraflı məlumat verilir. Çoxsaylı mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişafının xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi
əməliyyatlarda istifadəsi üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub. Monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub.

Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib. Nəşrə dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, yürüşlərin və döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, miniatürlər, o cümlədən müxtəlif sənəti nümunələri daxil edilib. Ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini
şərtləndirib. Kitab Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulub.
9-04-2024, 21:42
Gürcüstanda minlərlə insan ayağa qalxdı


Gürcüstanda minlərlə insan ayağa qalxdı

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirirlər.
Aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər.
Onların sözlərinə görə, hakimiyyətin parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi Rusiya qanunudur. Bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.
Saat 18:00-da Respublika meydanına toplaşan etirazçılar buradan parlament binasının qarşısına qədər yürüş ediblər.
Parlamentin önündə toplaşan müxalifət müxtəlif şüarlar səsləndirib, hökuməti məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər. Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ötən gün “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib.
Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.
9-04-2024, 21:35
ABŞ İranın ələ keçirilən silahlarını Ukraynaya göndərdi


ABŞ İranın ələ keçirilən silahlarını Ukraynaya göndərdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəmilərdən ələ keçirilən İran silahlarını Ukraynaya göndərib.
Bu barədə CENTCOM məlumat yayıb.
Komandanlığın məlumatına görə, silahlar Yəməndəki Ənsar Allah hərəkatı (husilər) üçün nəzərdə tutulub.
Qurum "X" sosial şəbəkəsində bildirib ki, aprelin 4-də Ukrayna silahlı qüvvələrinə 5 mindən çox AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri, RPQ-7-lər və 500 mindən çox 7,62 mm çaplı patron verilib.
Silahlar 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər ABŞ Mərkəzi Komandanlığı və ABŞ-ın tərəfdaş donanmaları tərəfindən ələ keçirilib.
İran hakimiyyəti isə husilərə silah verilməsi ittihamlarını rədd edir.
9-04-2024, 21:04
İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi


İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Ramazan bayramınız mübarək!”
Paylaşımı təqdim edirik:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!