"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
4-05-2024, 13:58
Sumqayıt sakini mənzildə halsız vəziyyətdə tapıldı


Sumqayıt sakini mənzildə halsız vəziyyətdə tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
4-05-2024, 13:47
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi davam edir - VİDEO


Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi davam edir - VİDEO

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81.7 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir. Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i - 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir:

Yolun uzunluğu - 81.74 km;

Yolun texniki dərəcəsi - I;

Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;

Hərəkət zolağının eni - 3.5 m;

Torpaq yatağının eni - 21.5-29.5 m;

Hərəkət hissəsinin eni - 14-21 m;

Yol çiyinlərinin eni – 1.5-2 m;

Ayrıcı zolağın eni – 2 m.

Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır:

- 194 müxtəlif diametrli suötürücü boru – 9 700 p/m;

- 38 yeraltı keçid - 1520 m;

- 11 avtomobil körpüsü - 1557 p/m;

- 7 avtomobil tuneli – 6349.7 m sol tərəf, 6341 m sağ tərəf;

- 9 viaduk - 1965 m.

Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:

1-ci viaduk - 57 km-də, 185 m;

2-ci viaduk - 61.6 km-də, 250 m;

3-cü viaduk - 62.5 km-də, 295 m;

4-cü viaduk - 65.1 km-də, 146 m;

5-ci viaduk - 69.67 km-də, 118 m;

6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);

7-ci viaduk - 78.7 km-də, 295 m;

8-ci viaduk - 79.3 km-də, 158 m;

9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 km təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:

1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);

2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);

3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);

4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);

5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);

6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);

7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m),

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda müəyyən hissələr üzrə qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası işləri davam etdirilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu müxtəlif mühəndisi qurğuların (daş və dəmir-beton divar, geodivar və küvetlər) tikintisi də aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.




4-05-2024, 13:33
"Bu, o demək deyil ki, biz yaxşı işləri görməməliyik" - İsa Qəmbər


"Bu, o demək deyil ki, biz yaxşı işləri görməməliyik" - İsa Qəmbər

“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.
Bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizədi İsa Qəmbər deyib.
“Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - deyə siyasətçi qeyd edib.
4-05-2024, 13:18
Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır


Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 2 gün vaxt qalıb.
İndiyədək 78 mindən çox abituriyent qeydiyyatdan keçib.
Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 27615 nəfər bu qrup üzrə müraciət edib.
II ixtisas qrupu üzrə 22074 nəfər, III qrup üzrə 23329 nəfər, IV qrup üzrə isə 5592 nəfər qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlərin böyük hissəsini - 70822 nəfəri Azərbaycan bölməsi, 7788 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.
Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 minə yaxındır.
Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.
4-05-2024, 13:11
Gürcüstanın Baş nazirindən Azərbaycana mesaj


Gürcüstanın Baş nazirindən Azərbaycana mesaj

Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) “yaşıl dəhliz” layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən bildirib.
Baş nazirin sözlərinə görə, qlobal böhran fonunda beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün alternativ marşrutlar həlledici əhəmiyyət kəsb edir: “Bunu nəzərə alaraq, Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarımızla daha sıx işləməyi gözləyirik”.
İ.Kobaxidze onu da vurğulayıb ki, Gürcüstan Şərq-Qərb, Cənub-Şimal, Cənub-Şərq dəhlizlərinin tikintisini davam etdirir, nəqliyyat əlaqələrini və qarşılıqlı əlaqəni yaxşılaşdırır.
4-05-2024, 12:36
Sabahın havası - Buludlu olacaq, yağış yağacaq


Sabahın havası - Buludlu olacaq, yağış yağacaq

Mayın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
4-05-2024, 12:19
Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək


Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək

“Bilirsiniz ki, Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.
Bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.
“Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik. Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik”, - deyə o bildirib.
4-05-2024, 12:05
Sumqayıtda ana iki azyaşlı övladı ilə itkin düşüb


Sumqayıtda ana iki azyaşlı övladı ilə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüb.
1991-ci il təvəllüdlü Alıyeva Şəbnəm Sahib qızı övladları, 2013-cü il təvəllüdlü Alıyev Ayxan Nəsrəddin oğlunu və 2012-ci il təvəllüdlü Alıyeva Ayan Nəsrəddin qızını da götürərərək 4-cü mikrorayonda yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.
4-05-2024, 11:58
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi


Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi

Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşib.
Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi qərarla əmək bazarının dəyişən tələblərinə uyğun yeni təhsil proqramları əsasında ixtisaslı kadrların hazırlanması məqsədi ilə təsnifata yeni ixtisaslar əlavə oluna bilər.
Təsnifata yeni ixtisasın əlavə olunması maraqlı tərəflərin (assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.
Təsnifata yeni ixtisasın əlavə olunması təşəbbüsü ilə çıxış edən maraqlı tərəflər əsaslandırıcı müraciətlərini müvafiq təhsil müəssisəsinə təqdim edirlər.
Müvafiq təhsil müəssisəsi təsnifata yeni ixtisasın əlavə olunması barədə müraciətə 1 (bir) ay müddətində müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında baxır və müraciəti əsaslandırıcı hesab etdiyi halda, maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edir.
İşçi Qrupu 3 ay müddətində təklif olunan yeni ixtisasın bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas üzrə əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini təhlil edir və qiymətləndirir, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini alır, beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas üzrə kadrlara olan potensial tələbatını müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və materialları (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim edir.
İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 ay müddətinə tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay müddətinə artırılması barədə qərar qəbul edir.
Təhsil müəssisəsinin Elmi Şurası/Pedaqoji Şurası İşçi Qrupunun təqdim etdiyi sənədlər əsasında təsnifata yeni ixtisasın əlavə olunması təklifinə baxır və müvafiq qərar qəbul edir. Şura yeni ixtisasın açılması barədə müsbət qərar qəbul etdiyi halda, İşçi Qrupuna 1 ay müddətində aşağıdakı sənədlərin hazırlanması barədə tapşırıqlar verir:

- təsnifata yeni ixtisasın əlavə olunması barədə əsaslandırma (yeni ixtisasın bu Qaydaların 2-ci hissəsinə uyğunluğu göstərilməklə);

- müvafiq pillə və səviyyə üzrə yeni ixtisasın təhsil proqramının layihəsi;

- təhsil proqramının (ixtisasın) təlim nəticələrinin peşə və kvalifikasiya standartlarına uyğunluğu cədvəli;

- təhsil proqramının (ixtisasın) təlim nəticələrinə uyğun peşələr üzrə orta müddətli dövr üçün kadrlara olan tələbat barədə məlumat.

Bu Qaydanın 3.6-cı bəndinə əsasən hazırlanmış sənədlər və materiallar təhsil müəssisəsinin Elmi Şurasında/Pedaqoji Şurasında müzakirəyə çıxarılır və Şuranın müsbət qərarı olduqda təsnifata yeni ixtisasın əlavə olunması barədə Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılır.
Təsnifata yeni ixtisasın əlavə olunması barədə Nazirliyə təqdim olunan vəsatət məktubuna aşağıdakı sənədlər əlavə edilir:

- təsnifata yeni ixtisasın əlavə olunması barədə maraqlı tərəflərin təhsil müəssisəsinə rəsmi müraciəti ( maraqlı tərəf təhsil müəssisələrinin elmi-pedaqoji/mühəndis-pedaqoji heyəti olduqda onların təhsil müəssisəsinin rəhbərliyinə ünvanlanmış yazılı müraciəti);

- təsnifata yeni ixtisasın əlavə olunması barədə İşçi Qrupunun yaradılmasına dair təhsil müəssisəsinin Elmi Şurasının/Pedaqoji Şurasının qərarı;

- yeni ixtisas üzrə İşçi Qrupunun bu Qaydaların 3.5-ci bəndinə uyğun hazırladığı sənədlər və materiallar (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.);

Nazirlik tərəfindən təhsil müəssisəsinin təqdim etdiyi sənədlər və məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Elm v Ali Təhsil üzrə Dövlət Agentliyinin/ Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra- Agentliklər) rəy və təklifləri əsasında təsnifata yeni ixtisasın əlavə olunması barədə vəsatətin bu Qaydaların 2-ci hissəsinə uyğunluğu 1 ay müddətində yoxlanılır.
Təsnifata yeni ixtisasın əlavə olunması barədə təhsil müəssisəsinin vəsatətinin bu Qaydaların 2-ci hissəsinə uyğun olmadığı Nazirlik tərəfindən müəyyən edildiyi halda, bu barədə təhsil müəssisəsinə səbəbi göstərilməklə məlumat verilir.
Nazirlik tərəfindən təsnifata yeni ixtisasın əlavə olunması barədə təhsil müəssisəsinin vəsatəti məqsədəuyğun hesab edildiyi halda, bununla bağlı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq müvafiq normativ hüquqi aktın layihəsi hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
Təhsil müəssisəsi bu Qaydaların 3.10-cu bəndində göstərilən məlumatı aldıqdan ən azı 3 ay sonra məlumatda qeyd olunan səbəbləri aradan qaldırılmaqla Nazirlik qarşısında təkrar vəsatət qaldıra bilər.
4-05-2024, 11:22
Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı


Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb.
Bu barədə İcmanın sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı məlumat verib.
O bildirib ki, həmin komissiyaya hüquqşünaslar cəlb olunub: “Onlar Qərbi azərbaycanlıların beynəlxalq hüquqi kontekstdə öz doğma yurdlarına necə qayıda biləcəkləri barədə araşdırmalar aparacaqlar”.
Qeyd edək ki, Hüquq Komissiyasının sədri hüquq elmləri doktoru, professor Zahid Cəfərovdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!