"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
14-05-2024, 23:50
Putin yeni hökumətin tərkibini təsdiqlədi - SİYAHI


Putin yeni hökumətin tərkibini təsdiqlədi - SİYAHI

Rusiya Prezidenti Vladimir Putin hökumət üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb.
Hökumətin tərkibinə sədr, baş nazirin 10 müavini və 21 nazir daxildir.
Denis Manturov müdafiə naziri təyin edilmiş Andrey Belousovun əvəzinə baş nazirin birinci müavini vəzifəsini icra edəcək. Keçmiş nəqliyyat naziri Vitali Savelyev baş nazirin nəqliyyat və logistikanın inkişafı üzrə müavini təyin olunub. Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş Dmitri Patruşev indi baş nazirin kənd təsərrüfatı, aqrar-sənaye kompleksi və ekologiya məsələləri üzrə müavinidir.
Rusiya Federasiyası Nazirlər Kabinetində yeni təyinatlar aşağıdakılardır: nəqliyyat naziri Roman Starovoyt, sənaye və ticarət naziri Anton Əlixanov, energetika naziri Sergey Tsivilev, kənd təsərrüfatı naziri Oksana Lut, idman naziri Mixail Dektaryov.
14-05-2024, 23:07
Nobel mükafatı laureatı vəfat etdi


Nobel mükafatı laureatı vəfat etdi

Kanadalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elis Munro vəfat edib.
O, 92 yaşında dünyasını dəyişib.
Yazıçı azı 10 il demensiyadan əziyyət çəkib.
Munro Kanadanın Ontario əyalətindəki qocalar evində dünyasını dəyişib.
Qeyd edək ki, Munro 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq Buker Mükafatını qazanıb, dörd ildən sonra isə "müasir qısa hekayənin ustası" kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
14-05-2024, 22:11
Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq


Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq

Mayın 14-də Ermənistan və Hindistanın Müdafiə Nazirlikləri arasında ilk müdafiə məsləhətləşmələri baş tutub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İclasa Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Negi rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, təcrübə mübadiləsi və digər sahələrdə Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və inkişaf perspektivləri müzakirə olunub.
Regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiq edilib.
14-05-2024, 21:34
Milli Məclisdə Çin deputatları ilə görüş keçirildi


Milli Məclisdə Çin deputatları ilə görüş keçirildi

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 14-də Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Əli Hüseynli Azərbaycanla Çin arasında yüksək inkişaf dinamikası ilə seçilən münasibətlərin strateji xarakter daşıdığını və ölkələrimizin bir çox istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanın həmişə “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini diqqətə çatdırıb və Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsini də yüksək qiymətləndirib.
Əli Hüseynli ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını vurğulayıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib. Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında müntəzəm əlaqələrin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə və parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı infrastruktur layihələrində Çin şirkətlərinin iştirakı barədə fikirlərini bölüşüb.
Şen Yueyue səfəri ilə bağlı xoş təəssüratlarını bildirib, göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanda Çinə və Çin xalqına olan isti münasibətə, dəstəyə görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan qonaq bu yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, qrupun üzvü İsa Həbibbəyli ölkələrimiz arasında bir sıra istiqamətlərdə münasibətlərin gələcək perspektivləri haqqında danışıblar.
Söhbətdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
14-05-2024, 21:10
İtkin düşən qadının meyiti tapıldı


İtkin düşən qadının meyiti tapıldı

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
Bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
14-05-2024, 20:49
Tbilisidəki aksiyada tutulanların sayı açıqlandı


Tbilisidəki aksiyada tutulanların sayı açıqlandı

Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirillib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.
DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.
14-05-2024, 19:53
Ferma işçilərini daşıyan avtobus qəzaya uğradı - 8 ölü


Ferma işçilərini daşıyan avtobus qəzaya uğradı - 8 ölü

ABŞ-ın Florida ştatında avtobus qəzası nəticəsində
8 nəfər ölüb.
Hadisə zamanı xəsarət almış 45 sərnişin müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərin vəziyyəti ağırdır. Florida Yol Təhlükəsizliyi və Nəqliyyat Vasitələri Departamentinin yaydığı məlumata görə, 53 nəfər ferma işçisini daşıyan avtobus hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
14-05-2024, 18:40
Hakan Fidan Umerovla danışıqlar apardı


Hakan Fidan Umerovla danışıqlar apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb.
Bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüş Ankarada baş tutub.
14-05-2024, 17:56
Şəhid Sirac Nərimanov Füzulidə torpağa tapşırıldı - FOTO


Şəhid Sirac Nərimanov Füzulidə torpağa tapşırıldı - FOTO

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.
Şəhid Sirac Nərimanovun nəşi Füzulidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Füzuli rayonunun Babı kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Sirac Nərimanov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb.
Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. Onun döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən etibarən başlayıb və Füzuli rayonunun “Məngələn ata” deyilən yüksəkliyi və Qacar kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qacar kəndi uğrunda gedən döyüşdə Sirac qəlpə yarası alsa da xidmətinə davam edib. Hərbi sirrlərə peşəkarcasına yiyələnərək N saylı briqadanın hücum alayına göndərilib və həmin alayda bölmə komandiri təyin edilib.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildiyi döyüşlər zamanı Füzulinin Arazboyu kəndlərinin azad olunmasında Sirac Nərimanov öz döyüş yoldaşları ilə əsl şücaət göstərib. 1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub.






14-05-2024, 17:49
Ədəbi prosesdən əbədi zəfərə


Ədəbi prosesdən əbədi zəfərə


Qətiyyətlə deyə bilərik ki, İkinci Vətən savaşı həm də həmrəyliyin, milli-mənəvi birliyin qələbəsinə çevrildi. Həmin günlərdə Xudayarımız "Vətən yaxşıdır" ifası ilə dastanlaşdı. "İstiqlal marşı"nı şövqlə söyləyən bığıburma igidimizin hər misrası Dədəm Qorqud əlindəki qopuz uyarına, ahənginə çalındı... Dünyaya şücaətləri, qorxmazlıqları ilə səs salan ərənlərimiz, həm də kamera önündə gülərüzləri, səlis nitqləri, ədəbiyyata, incəsənətə bağlılıqları ilə seçildilər. Döyüş meydanında baş verən təbii və qeyri-adi hadisə əksər dünya mediasında yayımlandı. Bütün bunların özülündə, mayasında nələr dayanırdı, hansı amillər şərt idi? Bu suala cavab olaraq, yüzlərlə faktı misal göstərmək olar. Məsələn, müstəqilliyimizin ilk illərində Heydər Əliyevin bu gün öz təsdiqini tapan nitqində deyilir: "Məhəmməd Füzuli-500" tədbirləri xalqımızın mənəvi həyatını daha da zənginləşdirir, adamlarımızı ruhlandırır, onları Vətənə, torpağa sədaqət ruhunda tərbiyələndirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək üçün hamımızı səfərbər edir. Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə M.Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq".

Bütün bunlar rəhbərin tizfəhmli, müdrik, uzaqgörən olmasından qaynaqlanırdı. O, əlbəttə, irəlicədən görürdü ki, milli-mənəvi dəyərlərə bağlılıq, keçmişdə türkləri birləşdirən dəyərlərimizə sadiqlik, elm və ədəbiyyat adamlarımızı tanımaq, öyrənmək, əxz etmək xalqı hər sahədə birləşdirir. Bu mənada həm də Heydər Əliyev müstəqil Azərbaycanın təhlükəsizliyini qoruyan oğul və qızlara səslənərək deyirdi: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Yəni belə səviyyədə olmalıdır. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz". Əlbəttə, Heydər Əliyevin Vətənpərvərlik məktəbinin müdavimləri elə o soyuq illərdən, çətin sovet dövründən yetişməyə başlamışdı. Bu barədə Heydər Əliyevin xatirələri tarixidir: "...1953-cü ilin sonunda mən birdən-birə əks-kəşfiyyat şöbəsinə rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan - onların da əksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu..."

Çətinliklərə rəğmən kommunist ideologiyasının hökm sürdüyü sonrakı mərhələlərdə Heydər Əliyev bir çox stereotipləri dağıtdı. Quruluşun nöqsanlarını tənqid etdi, fikrin açıq şəkildə söylənilməsi cəsarətini göstərdi, mənəvi-əxlaqi qaydalardakı qüsurlardan danışdı. Onun çıxış etdiyi plenumlar hər zaman açıq, tənqidi təhlil şəraitində keçdi. Məruzələrinin dərc olunduğu qəzetlər əl-əl gəzdi. Biz bunları yaxın tariximizdən, oxuduqlarımızdan öyrənirik, bilirik...

"'Literaturnaya qazeta'da Heydər Əliyevlə müsahibə baş tutdu və onun məzmunundan, yeri gəlmişkən, Nizami Gəncəvinin misralarından götürülmüş "Qoy ədalət zəfər çalsın" sözlərindən ibarət başlıq yarandı. Həmin müsahibə ümumittifaq miqyaslı istənilən siyasi materialdan daha güclü bir ictimai rəy yaratdı" (Bax: H.Həsənov, "Parlaq, xarizmatik, şəxsiyyət haqqında xatirələr, səh.,16).

Demək ki, tarixin ortaya qoyduğu həqiqət doğru imiş: kökə bağlılıq olmadan dövlətçilikdən, zəfərdən danışmaq müşkülmüş.

Şuşada keçirilən tarixi "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Ali Baş Komandan İlham Əliyevin çıxışından bir hissə ilə yazını tamamlamaq istəyirəm: "... Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun”.

Ədəbi prosesdən və milli-mənəvi birlikdən başlayan əbədi zəfərimiz mübarək!


Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!