Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-05-2024, 18:05
NATO Sammitinə ev sahibliyi edəcək ölkənin adı açıqlandı


NATO Sammitinə ev sahibliyi edəcək ölkənin adı açıqlandı

2025-ci ildə NATO Sammiti Niderlandda keçiriləcək.
Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.
"2025-ci il NATO Sammitinin 24-26 iyun tarixlərində Haaqadakı Ümumdünya Forumunda keçiriləcəyini bildirməkdən məmnunam. Biz bu görüşə ilk dəfə ev sahibliyi etməyə razılıq verdiyinə görə Niderlanda minnətdarıq. Niderland NATO-nun qurucu üzvüdür və Alyansın müdafiəsinə mühüm töhfələr verir. Sammitimizdə liderlər sürətlə dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq və Alyansımızı gücləndirməyə davam etmək üçün qərarlar qəbul edəcəklər. Biz birlikdə NATO-da daha güclü və təhlükəsizik”, - Stoltenberq deyib.
Niderlandın xarici işlər naziri Hanke Bruins Slot və Haaqa şəhərinin meri Jan van Zanen tarixi və yeri təsdiqləyiblər.
Qeyd edək ki, NATO Sammitləri müttəfiq ölkələrin liderlərinin Alyansın qarşısında duran mühüm məsələlərlə bağlı qərarlar qəbul etmələri üçün fürsətdir.
NATO-nun 2024-cü il sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
24-05-2024, 17:59
Şəhidimizin nəşi Ağsuda torpağa tapşırıldı


Şəhidimizin nəşi Ağsuda torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mustafayev Nuhu Mustafa oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi bu gün rayonun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Mustafayev Nuhu Mustafa oğlu 1994-cü ildə Kəlbəcərin Təkəqaya kəndi uğrunda döyüşlərdə itkin düşmüş sayılırdı.
24-05-2024, 17:55
Xamenei Rəisinin evinə gedib


Xamenei Rəisinin evinə gedib

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei mərhum prezident İbrahim Rəisinin evinə baş çəkib.
Xamenei Rəisinin ailəsinə bildirib ki, mərhum prezidentin dəfn mərasimində böyük izdiham İslam Respublikasının qüdrətinin sübutudur.
Ali rəhbər mərhum prezidentin ailə üzvləri ilə görüşüb, onlara təsəlli verib.
Xamenei Rəisinin ölümünü ölkə üçün böyük və əvəzedilməz itki kimi qiymətləndirib.
İbrahim Rəisi dünən Məşhəd şəhərində torpağa tapşırılıb.
Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Mehdi Musəvi də həyatını itirib.
24-05-2024, 17:30
Növbəti köç karvanı Sus kəndinə çatdı - FOTO


Növbəti köç karvanı Sus kəndinə çatdı - FOTO

Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Sus kəndinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu mərhələdə kəndə 39 ailə - 140 nəfər köçürülüb. Doğma yurda qayıtmış ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən, müvafiq qaydada, onlara verilən evlərdə yerləşdirliblər. Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamailə yenidən tikklib və zəruri infrastrukturla təchiz edilib.
İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) mənzillə təmin edilib.


24-05-2024, 17:17
Bu bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq


Bu bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.
24-05-2024, 17:10
Laçına gedən Fransa səfirindən ilk açıqlama


Laçına gedən Fransa səfirindən ilk açıqlama

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində Laçına gedən Fransanın səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib.
Diplomat qeyd edib ki, bu, onun Laçına ilk səfəridir:
“Bu mənim Laçına ilk gəlişimdir. Bu gün COP29-a həsr olunmuş tədbir keçirilir və hesab edirəm ki, bu, Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi".
Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssürata gəldikdə isə diplomat buranın çox gözəl olduğunu vurğulayıb:
"Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olduğu qədər dağıntılar yoxdur. Burada bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi".
COP29 çərçivəsində əməkdaşlıq məsələsinə toxunan Fransa səfiri qeyd edib ki, belə bir əməkdaşlıq artıq mövcuddur:
"COP29-un Prezidenti bir həftə əvvəl Parisdə idi. COP29 qlobal bir hadisədir, dünyanın və uşaqlarımızın gələcəyi üçün COP29-un uğurlarını dəstəkləməliyik".
24-05-2024, 17:06
Qarabağa getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır


Qarabağa getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır

Mayın 27-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılacaq.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 729 reys həyata keçirilib, 29 718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
24-05-2024, 16:55
İtkin düşən daha bir şəhidimiz dəfn edildi


İtkin düşən daha bir şəhidimiz dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
24-05-2024, 16:48
Ermənistanda 30 nəfərə cinayət işi açılıb


Ermənistanda 30 nəfərə cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi son günlər paytaxt İrəvan, Tavuş vilayəti də digər yerlərdə keçirilmiş etiraz aksiyaları ilə bağlı aşkar cinayət təzahürləri əsasında başlanmış cinayət işinin ümumi gedişi barədə məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, sözügedən icraat çərçivəsində ümumilikdə 30 nəfər barəsində cinayət işi başlanıb.
Onlar Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirləndirilirlər.
Belə ki, yolları bağlayarkən xuliqanlıq, qəsdən əmlaka ziyan vurma, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, avtomobillərlə yolları kəsmə və digər hallarla bağlı iş başlanıb.
Ümumilikdə 25 nəfərə qarşı cinayət işi icrata verilib. Cinayət təqibinə məruz qalmış şəxslərdən 10-u həbs edilib, 4-ü barəsində ev dustaqlığı seçilib, daha 7-si isə heç yerə getməmək, 1 nəfər barəsində isə tərbiyəvi nəzarət tətbiq edilib.
24-05-2024, 16:41
Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO


Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO

Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!