Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-05-2024, 16:27
Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açıldı


Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açıldı

Böyük Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açılıb.
Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“COP29 komandamızın ofisi açıqdır və bu, bizə azərbaycanlı tərəfdaşlarımızla birlikdə iqlim konfransının uğuruna töhfə verməyə imkan verəcək”, - paylaşımda bildirilib.
30-05-2024, 16:10
Bəşər Əsəd Tehrana gəlib - Xamenei ilə görüşüb


Bəşər Əsəd Tehrana gəlib - Xamenei ilə görüşüb

İranın Ali Rəhbəri Seyid Əli Xamenei Tehranda səfərdə olan Suriya Prezidenti Bəşər Əsədi qəbul edib.
Bəşər Əsəd helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə bağlı başsağlığı verib.
Həmçinin ikitərəfli münasibətlər, Qəzza da daxil olmaqla regional və beynəlxalq məsələlər müzakirə edilib.
30-05-2024, 16:04
Taksi sürücülərinin hazırlığını DİM qiymətləndirəcək - Məleykə Abbaszadə


Taksi sürücülərinin hazırlığını DİM qiymətləndirəcək - Məleykə Abbaszadə

“Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”.
Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur: “Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur”.
30-05-2024, 15:58
Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı


Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı

İş günü başa çatandan sonra da Ermənistan hökumətinin binası yanında qalmağa davam edəcəyəm və hamını mənə qoşulmağa çağırıram.
Bunu “Vətən naminə” hərəkatın lideri, keşiş Baqrat Qalstanyan deyib.
“İşini saat 18:00-da bitirənlər gəlsinlər, bizə qoşulsunlar ki, biz daha çox olaq”, - deyə Qalstanyan əhalini mitinqə çağırıb.
Arxiyepiskopun sözlərinə görə, onlar Ermənistan baş nazirinin Hökumət binasından çıxmasına mane olurlar. Etirazçılar onunla görüşməyi tələb edirlər.
30-05-2024, 15:33
Ordumuzun döyüş texnikaları saz vəziyyətə gətirilir - VİDEO


Ordumuzun döyüş texnikaları saz vəziyyətə gətirilir - VİDEO

Plana uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.
Bundan başqa, şəxsi heyətə mövsümə uyğun texnikanın istismarı qaydaları öyrədilir və təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılır.

30-05-2024, 15:20
Cəsarət Valehovun yeni vəzifəyə təyinatı rəsmiləşdi


Cəsarət Valehovun yeni vəzifəyə təyinatı rəsmiləşdi

Mədəniyyət Nazirliyində yeni təyinat olub.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Cəsarət Valehov müşavir təyin edilib.
O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.
Təyinatı Mədəniyyət Nazirliyindən təsdiq ediblər.
30-05-2024, 15:16
Müharibə veteranları təhsil haqlarından azad olundular


Müharibə veteranları təhsil haqlarından azad olundular

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
30-05-2024, 15:09
Şəhid ailələri özəl universitetlərdə pulsuz oxuyacaq


Şəhid ailələri özəl universitetlərdə pulsuz oxuyacaq

Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.
30-05-2024, 14:55
Paşinyanla Mirzoyan xarici vəsait hesabına körpü tikdirmək istəyirlər


Paşinyanla Mirzoyan xarici vəsait hesabına körpü tikdirmək istəyirlər

Ermənistan baş naziri Nikol Paşinyan Lori və Tavuş bölgələrində daşqınlar nəticəsində dağılmış körpülərin bərpasında və yeni körpülərin tikintisində beynəlxalq tərəfdaşların dəstəyinə ümid edir.
Paşinyan hökumətin iclasında bu barədə danışıb:
“Beynəlxalq tərəfdaşlardan dəstək verməyə hazır olduqları barədə mesajlar almağımız çox vacibdir. Düşünürəm ki, xüsusilə körpü tikintisi sahəsində biz tərəfdaşlarımızdan konkret dəstək tələb etməliyik”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, belə şəraitdə cəlb oluna biləcək bir sıra beynəlxalq mexanizmlər var və bu və ya digər məsələdə dəstək verməyə hazır olduqlarını bildirən beynəlxalq tərəfdaşlar var.
“Modullu körpülər məsələsində bizə kömək edə biləcək tərəfdaşlar var. Biz indi elə bir mərhələdəyik ki, beynəlxalq tərəfdaşlardan tam olaraq nə gözlədiyimizi mümkün qədər tez başa düşməliyik. Bu məsələdə ümidimizi Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə bağlayırıq. Bizdə körpülərin sayı və onların növləri haqqında tam və aydın fikir olan an müraciət edə bilərik”, - deyə Mirzoyan vurğulayıb.
30-05-2024, 14:53
Ərdoğandan ermənilərə çağırış: Xaricdə "qəzəl" oxuyanlarla deyil, qonşularla anlaşın!


Ərdoğandan ermənilərə çağırış: Xaricdə "qəzəl" oxuyanlarla deyil, qonşularla anlaşın!

Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə bildirib.
O qeyd edib ki, Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!