Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
12-06-2024, 17:18
Kimliyi 31 ildən sonra müəyyənləşən şəhidin məzarı abadlaşdırıldı - FOTO


Kimliyi 31 ildən sonra müəyyənləşən şəhidin məzarı abadlaşdırıldı - FOTO

Kimliyi 31 ildən sonra müəyyən olunan şəhid Hafiz Qədim oğlu Məmmədovun Gəncə Şəhidlər xiyabanında yerləşən məzarı abadlaşdırılaraq ailəsinə təqdim edilib.
Bununla bağlı keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə iştirak edib. 1993-cü ilin aprelində Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Hafiz Qədim oğlu Məmmədov naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu.



12-06-2024, 17:09
Ermənistan KTMT-dən çıxır - Paşinyandan açıqlama


Ermənistan KTMT-dən çıxır - Paşinyandan açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın KTMT-dən çıxacağını və bir daha təşkilata qayıtmayacağını bəyan edib.
Bu barədə Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifətçi deputatın sualına cavab olaraq bildirib.
O, vaxtın hələ müəyyən edilmədiyini əlavə edib. Paşinyan əlavə edib ki, hakimiyyət lazım bildiyi zaman Ermənistan KTMT-dən çıxacaq: «Ermənistanın keçmiş hakimiyyəti «köpük ittifaqı”na girdi və sonra məlum oldu ki, bu ittifaq Ermənistanı müdafiə etmir».
«Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq», — deyə Ermənistanın baş naziri qeyd edib.
Qeyd edək ki, ötən ay Ermənistan hakimiyyəti KTMT-ni maliyyələşdirməkdən imtina edib, ayın sonunda isə təşkilata daxil olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına öz nümayəndəsini göndərməyib.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) indi Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Belarus daxildir.
12-06-2024, 17:06
Ərdoğan İspaniyaya getdi


Ərdoğan İspaniyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyaya ikigünlük rəsmi səfərə yollanıb.
Ərdoğan Madriddə VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə görüşündə iştirak edəcək.
Türkiyə liderini bu səfərdə həyat yoldaşı Əminə Ərdoğan və bir sıra nazirlər müşayiət edir.
12-06-2024, 17:01
Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ


Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.
12-06-2024, 16:19
İştirak etməyəcəyik, amma mane olmayacağıq - Orban


İştirak etməyəcəyik, amma mane olmayacağıq - Orban

Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukrayna ilə bağlı qərarlarında iştirak etməkdən imtina edib, lakin onlara mane olmayacağına söz verib.
Bu barədə o, Budapeştdə Alyansın baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
"Macarıstan açıq şəkildə bildirdi ki, NATO daxilində vəziyyətlə bağlı təhlilimizdən fərqli ola biləcək hər hansı qərara mane olmaq niyyətində deyil", - o qeyd edib.
Bununla yanaşı, Stoltenberq bildirib ki, macar şəxsi heyəti Ukrayna məsələsində NATO-ya dəstək verməkdə iştirak etməyəcək.
"Heç bir macar bu fəaliyyətə cəlb edilməyəcək və heç bir Macarıstan maliyyəsi onu dəstəkləmək üçün istifadə edilməyəcək. Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərə qarşı çıxmayacaq və digər müttəfiqlərin irəliləməsinə imkan verəcək", - NATO-nun baş katibi deyib.
12-06-2024, 16:03
Buraxılış kartı alan nəqliyyat vasitələrinin sayə açıqlandı


Buraxılış kartı alan nəqliyyat vasitələrinin sayə açıqlandı

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə, buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd, təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.
İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
12-06-2024, 15:45
Evləri su basdı - Rəsmilər təcili Laçına getdi


Evləri su basdı - Rəsmilər təcili Laçına getdi

Laçın rayonunda sel fəlakəti ilə bağlı Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birgə məlumat yayıb.
Məlumata əsasən, bir neçə gündür, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər.
Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir.
12-06-2024, 15:37
Borel və Mişel gedir, yerinə onlar gəlir


Borel və Mişel gedir, yerinə onlar gəlir

Avropa İttifaqında əsas rəhbər vəzifələrə namizədlərlə bağlı konsensus yaranır.
Bunu "Politico" nəşri mənbələrə istinadən yazıb.
Ursula fon der Leyen, çox güman ki, Avropa Komissiyasının prezidenti olaraq qalacaq. Robert Metsola böyük ehtimalla ikinci müddətə yenidən Avropa Parlamentinin sədri seçiləcək.
O da bildirilir ki, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosto hazırda belçikalı Şarl Mişelin tutduğu Avropa Şurasının prezidenti postuna mümkün namizəd hesab olunur. Estoniyanın baş naziri Kaya Kallas isə Jozep Borelin yerinə Aİ-nin baş diplomatı vəzifəsinə gətirilə bilər.
Şərqi Avropadan olan parlaq siyasətçi kimi o, Avropa liberalları üçün yaxşı seçim ola bilər. Kallasın özü artıq bu vəzifə ilə maraqlandığını bildirib. Qeyd olunub ki, Avropa Parlamentinə seçkilərdən əvvəl bəzi ölkələr Rusiya Federasiyasına qarşı sərt mövqe tutduğuna görə Kallasa şübhə ilə yanaşırdılar. Tənqidçilər onun öz bölgəsinə çox diqqət yetirəcəyindən və Yaxın Şərq və Afrikaya kifayət qədər diqqət yetirməyəcəyindən qorxurdular.
Lakin zaman keçdikcə bu müxalifət praktiki olaraq yox olub və indi əksəriyyət hesab edir ki, Kallas coğrafi, siyasi və diplomatik baxımdan bu vəzifəyə idealda uyğun gəlir. Kallas Kremlə qarşı sərt mövqeyi və Ukraynaya fəal dəstəyi ilə tanınır. O, Estoniya bizneslərini Rusiya Federasiyasının şirkətləri ilə əməkdaşlığı dayandırmağa çağırıb və bütün Estoniya 155 mm-lik haubitsalarını Kiyevə təhvil verib.
Lakin bu yaxınlarda əri Arvo Hallikin biznesi ilə bağlı qalmaqal yaranıb. Onun şirkəti "Stark Logistics" Rusiya firmaları ilə əməkdaşlığı davam etdirib, bu isə Kallasın reytinqinin aşağı düşməsinə və hətta onun istefası tələbinə səbəb olub.
12-06-2024, 15:26
Putin hərbi rəhbərliklə fövqəladə iclas keçirib


Putin hərbi rəhbərliklə fövqəladə iclas keçirib

Rusiya prezidenti Vladimir Putin iyunun 11-də axşam müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov və müxtəlif hərbi hissələrin komandirlərinin iştirakı ilə fövqəladə iclas keçirib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, görüş iştirakçıları Ukraynadakı “xüsusi əməliyyat”ın gedişi və onun davam etdirilməsi planları barədə prezidentə məruzə ediblər.
12-06-2024, 15:24
Ərdoğan bu tarixdə Şuşaya səfər edəcək


Ərdoğan bu tarixdə Şuşaya səfər edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Şuşaya səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı Ərdoğanın administrasiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, səfər iyulun 6-da baş tutacaq. Onun Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Ankaraya son səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!