Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
19-06-2024, 16:43
Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb


Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb

Ermənistanın Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.
Həmsöhbətlər əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri, xüsusilə Aİ-nin dəstəyi ilə həyata keçirilən proqramları müzakirə ediblər.
Cari il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi qarşılıqlı qeyd olunub.
"Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar", - məlumatda deyilir.
19-06-2024, 16:19
Ermənistanla hərbi-texniki əlaqələrdən imtina etmirik - Zaxarova


Ermənistanla hərbi-texniki əlaqələrdən imtina etmirik - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya Ermənistanla hərbi-texniki sahədə əlaqələrdən imtina etmir.
Zaxarovanın sözlərinə görə, hərbi təyinatlı məhsulların digər ölkələrə tədarükü Şimal Hərbi Dairəsinin ehtiyacları nəzərə alınmaqla həyata keçirilir:
"Bəzi silah növləri üzrə mövcud məhdudiyyətlər təkcə Ermənistanla deyil, həm də digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlığa aiddir. Buna baxmayaraq, İrəvanla hərbi-texniki əməkdaşlıq sahəsində mütəmadi olaraq təmaslar aparılır və Moskva bu tərəfdən heç bir şikayət görməyib".
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan etmişdi ki, Ermənistanın ABŞ və NATO-nun “çətiri” altına keçməsi Rusiya Federasiyası ilə və KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanmasını qeyri-mümkün edəcək.
19-06-2024, 16:11
Bakıdakı doğum evində yanğın


Bakıdakı doğum evində yanğın

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir:
"Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb".
19-06-2024, 15:50
Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır - Ermənistana cavab


Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır - Ermənistana cavab

Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır.
"1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.
Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.
Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır", - şərhdə vurğulanıb.
A.Hacızadə əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: "Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir".
19-06-2024, 15:40
Rusiya Finlandiya sərhədindəki qoşunlarını Ukraynaya aparıb


Rusiya Finlandiya sərhədindəki qoşunlarını Ukraynaya aparıb

Rusiya Finlandiya ilə sərhəddəki bölmələrinin 80%-ni Ukraynadakı müharibəyə cəlb edib.
Nəşrin məlumatına görə, Rusiya Federasiyasının qarnizonlarının və hərbi bazalarının boş olması faktını bu bazalarda yalnız köhnə texnikanın qaldığını göstərən peyk görüntüləri sübut edir.
Ölkənin kəşfiyyat rəsmiləri qeyd ediblər ki, onların standartlarına görə bu texnologiya kifayət qədər pisdir, lakin Rusiya standartlarına görə istifadə üçün kifayət qədər uyğun ola bilər.
19-06-2024, 15:08
İtaliya COP29-da çox yüksək səviyyədə iştirak edəcək


İtaliya COP29-da çox yüksək səviyyədə iştirak edəcək

İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək. Azərbaycan hökumətini belə böyük və əhəmiyyətli tədbiri təşkil etməyi öz üzərinə götürdüyü üçün təbrik edirəm.
Bu sözləri jurnalistlərə müsahibəsində İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko deyib.
Səfir bildirib ki, İtaliya çox yüksək səviyyəli heyətlə bu tədbirdə iştirak edəcək. O deyib ki, COP29-un gündəliyində iqlim dəyişiklikləri və davamlılıq kimi çox mühüm məsələlər var.
Luka Di Canfrançesko, eyni zamanda, qeyd edib ki, keçən illə müqayisədə İtaliyadan Azərbaycana qida və içki sahəsində idxalın 10 faizdən çox artdığı müşahidə olunur.
İtaliya mətbəxinin Avropanın incisi olduğun söyləyən səfir deyib: “Hazırda İtaliya mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olması üçün namizədliyi irəli sürülüb. Bugünkü tədbirin əsas məqsədi İtaliya mətbəxinin, xüsusilə içki və qida məhsullarının Azərbaycanda daha yaxşı tanıdılması, eyni zamanda, İtaliya operatorları ilə Azərbaycanın yerli idxalçı müəssisələri arasındakı əlaqələrin daha da yaxşılaşdırılmasıdır”.
19-06-2024, 14:46
Rusiyadan Ermənistana sərt xəbərdarlıq


Rusiyadan Ermənistana sərt xəbərdarlıq

Fransanın Ermənistana "Sezar" özüyeriyən artilleriya qoşunları tədarük etməsi Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya səbəb ola bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Fransa Ermənistanın maraqlarını rəhbər tutmur.
Xatırladaq ki, Fransadan Ermənistana "Sezar" silahlarının tədarükü barədə saziş imzalanıb.
"Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.
19-06-2024, 13:49
Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə


Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə

“Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir”.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "ASAN TV"yə açıqlamasında bildirib.
O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir:
“Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın”.

19-06-2024, 12:34
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
19-06-2024, 12:08
"Bakmil" stansiyası ilə bağlı yenilik


"Bakmil" stansiyası ilə bağlı yenilik

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.
Bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib. Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!