Bakı Fransız Liseyi ləğv edildi .....                        Bakı Fransız Liseyi ləğv edildi .....                        Bakı Fransız Liseyi ləğv edildi .....                        Sumqayıtda yanğın: Tüstüdən zəhərlənənlər var .....                        "Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq" .....                        Riyaziyyat müəllimləri ən yüksək nəticə göstərən bölgələr .....                        Cəlilabadda faciə: 11 yaşlı uşaq su anbarında boğuldu .....                        Lahıc-Şamaxı yolunda torpaq sürüşməsi - FOTO .....                        Nazir prezidentə cadu etdi, həbs olundu .....                       
22-06-2024, 22:33
Magistratura: 4 minə yaxın bakalavr qəbul ola bilməyəcək


Magistratura: 4 minə yaxın bakalavr qəbul ola bilməyəcək

"Təxminən 3-4 min nəfərin məhz I turda müsabiqədən kənarda qalacağını proqnozlaşdırıram".
Bunu AzEdu.az-a təhsil eskperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
Onun sözlərinə görə, bu il magistraturaya müraciət etmiş 24858 nəfərdən 2301 nəfər 0-30 bal aralığı nəticə əldə edib:
"Bu il 22557 nəfər 15796 plan yeri uğrunda mübarizə aparır.Ötən il 22448 nəfər 14171 plan yeri uğrunda mübarizə aparırdı.Həmçinin keçən il 22448 nəfər müsabiqəyə buraxılsa da, onlardan 17359 nəfər ixtisas seçimini təsdiq etmişdi. İxtisas seçimini təsdiq edənlərdən isə I tur yerləşdirmə zamanı 13286 nəfər qəbul olmuşdu".
Ekspert bildirib ki, bu il isə 22557 nəfər müsabiqəyə buraxılıb:
"İxtisas seçim təsdiqi başa çatdıqdan sonra proqnozlaşdırıram ki, 18000 nəfərdən çox ixtisas seçimində iştirak edəcək. Təxminən 3-4 min nəfərin məhz I turda müsabiqədən kənarda qalacağını proqnozlaşdırıram", -deyə fikrini tamamlayıb.
22-06-2024, 21:58
AVRO-2024: Portuqaliyadan Türkiyəyə 3 cavabsız qol


AVRO-2024: Portuqaliyadan Türkiyəyə 3 cavabsız qol

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.
Görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.
Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.
22-06-2024, 21:24
Azad edilmiş ərazilərdə QHT forumu keçiriləcək


Azad edilmiş ərazilərdə QHT forumu keçiriləcək

İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.
200-ə yaxın ictimai birliyin təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.
Forum 2 gün davam edəcək.
22-06-2024, 19:49
Yük maşını məktəbin qarşısında qadını vurub öldürdü


Yük maşını məktəbin qarşısında qadını vurub öldürdü

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
22-06-2024, 18:03
Ermənistan Kəlbəcəri yenidən atəşə tutdu


Ermənistan Kəlbəcəri yenidən atəşə tutdu

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
22-06-2024, 17:21
Xankəndidə doğulan ilk azərbaycanlı körpənin ailəsi Prezidentə məktub yazdı


Xankəndidə doğulan ilk azərbaycanlı körpənin ailəsi Prezidentə məktub yazdı

36 ildən sonra – bu ilin aprelində Xankəndidə dünyaya gələn azərbaycanlı körpənin atası Prezident İlham Əliyevə məktub yazıb. Məktubda deyilir:

“Möhtərəm cənab Prezident, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı!
Sizi təkrarolunmaz gözəlliyə sahib, azad Qarabağ torpaqlarından salamlayıram. Allah Sizin diqqət və qayğınızı Azərbaycan xalqının üzərindən əskik etməsin. Allah Sizin uzaqgörən siyasətiniz və hamıya bərabər bölünmüş ədalətinizlə, müdrik rəhbərliyinizlə Xalq, Ordu, Dövlət birliyimizi qorusun!
Mən 36 ildən sonra Xankəndi şəhərində dünyaya göz açmış körpə İlhamın atasıyam. Oğlum anadan olan gündən ailəmiz xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Mən çox qürurluyam ki, mənim ailəmdə də bütöv Azərbaycanın sərhədlərini qoruyan əsgər böyüyəcək və oğlum Xankəndi şəhərində boya başa çatacaq. Mən fəxr edirəm ki, oğlum Azərbaycanın adını zirvələrə daşıyan Prezidentin, Ordumuzu Qələbəyə aparan Ali Baş Komandanın adını daşıyır!
Sizin əzminiz sayəsində işğaldan azad olunan torpaqlarımıza qayıdış prosesi davam edir. Bizim kimi gənc ailələr Sizin sayənizdə Vətən, torpaq, xalq sevgisini böyük coşqu ilə yaşayırlar. Övladımın Xankəndi şəhərində dünyaya gəlməsi üçün göstərdiyiniz köməyə, hazırda Xankəndi şəhərində xidmət dövründə yaşamaq üçün mənə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarına yaradılmış mənzil şəraitinə görə təşəkkürümü bildirirəm.
Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınızla hər nəfəsində, hər kəlməsində Vətən olan bir nəsil yetişir. Azərbaycan üçün etdiyiniz hər şey üçün ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Dövlətimiz daim var olsun!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Allah Azərbaycanımızı qorusun!
Hörmətlə,
Abbas Abdullayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı”.

Xatırladaq ki, bu ilin aprelində Xankəndidə doğulan İlham adlı körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşları Abdullayev Abbas Məmməd oğlu və Namazlı Səadət Faddin qızıdır.
Onların ilk körpəsi doğulandan sonra ailəyə Xankəndi şəhərində mənzil verilib.
22-06-2024, 16:52
Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi


Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei prezidentliyə namizədlərə müraciət edib.
Xamenei namizədləri teledebatlar zamanı diqqətli olmağa çağırıb:
“Namizədlər debatlar zamanı düşmənləri sevindirəcək ifadələrdən çəkinməlidirlər. Bəzən ölkənin, millətin, İslam Respublikası quruluşunun düşmənlərini sevindirəcək sözlər irəli sürülə bilər. Ona görə də deyilən sözlər düşməni sevindirməməlidir”.
Xatırladaq ki, namizədlər indiyə kimi üç teledebatda üz-üzə gəliblər.
Qarşıda daha iki teledebat qalır.
Onlar bazar ertəsi, iyunun 24-də “İran bugünkü dünyada” başlığı ilə canlı yayımda siyasi məsələləri müzakirə edəcəklər.
Prezidentliyə namizədlər iyunun 25-ində iqtisadi məsələlərdən danışacaqlar.
İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
22-06-2024, 15:18
Əlverişsiz havaya görə imtahanın vaxtı dəyişdirildi


Əlverişsiz havaya görə imtahanın vaxtı dəyişdirildi

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.
Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
22-06-2024, 14:39
MİQ imtahanlarının vaxtı açıqlandı


MİQ imtahanlarının vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.
Bunu açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".
Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".
22-06-2024, 14:12
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı


İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!