Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
26-06-2024, 20:50
"Neftçi"nin yeni loqosu


"Neftçi"nin yeni loqosu

"Neftçi" klubu loqosunu dəyişib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun yeni loqosu ənənəvi ağ-qara fonda hazırlanıb və ilk emblemin konturlarından, klubun adının baş hərfindən və neft buruqlarından isifadə olunub.
Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirilib. Loqonun yuxarı hissəsində ulduz işarəsi yerləşdirilib, aşağısında isə klubun yarandığı tarix yazılıb.
26-06-2024, 18:26
Gəncədə 3 nəfər bıçaqlandı - Biri öldü


Gəncədə 3 nəfər bıçaqlandı - Biri öldü

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və daha bir nəfər bıçaqlanıb.
Onlardan biri dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
26-06-2024, 17:58
Lənkəranda evi yararsız hala düşən sakinə çadır quruldu - VİDEO


Lənkəranda evi yararsız hala düşən sakinə çadır quruldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

26-06-2024, 17:29
Lənkəran-Lerik yolunda hərəkət qismən bərpa edilib - AÇIQLAMA


Lənkəran-Lerik yolunda hərəkət qismən bərpa edilib - AÇIQLAMA

Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib, Lənkəran-Lerik yolu uçqun səbəbindən bağlanıb.
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov saytımıza açıqlamasında bildirilib ki, 40 dəqiqədən çox davam edən və dolu ilə müşahidə edilən leysan xarakterli güclü yağışlar nəticəsində əsasən Lerik-Lənkəran yoluna ciddi ziyan dəyib:
"Hazırda 52 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyəti MMC-nin ağır texnikaları və rayondan gətirilən digər texnikalar əməliyyatlara cəlb edilib".
Qurum rəsmisinin sözlərinə görə, 15 kilometrə yaxın məsafədə daş, çınqıl, qum yolu bağlayıb:
"Hazırda yolun bir hissəsi açılıb, avtomobillərin hərəkəti qismən bərpa edilib. Təsərrüfata müəyyən qədər zərər dəyib, ərazilərdən isə hələlik ciddi ziyan dəyməsi ilə bağlı məlumat daxil olmayıb".
Sonda bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, bu yağışlar axşam da davam edəcək. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baş verə biləcək hadisəyə qarşı ərazidə gözləyir.
26-06-2024, 16:57
Lerikdə torpaq sürüşməsi - Lənkəran yolu bağlandı


Lerikdə torpaq sürüşməsi - Lənkəran yolu bağlandı

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.
Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.
Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.
Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.
26-06-2024, 14:50
Şuşada Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO


Şuşada Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO

Şuşa şəhərində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub.
Bu barədə Şuşa şəhər Dövlət Qoruğu İdarəsindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov yeni yaşayış kompleksində I, II Qarabağ müharibəsi qaziləri, şanlı Azərbaycan Ordusunun nümayəndələri, şəhid ailələri ilə çay süfrəsi arxasında görüşüblər, qazilərin qəhrəmanlıq hekayələri dinlənillib.



26-06-2024, 13:54
Daşaltıda bitən çətənə bitkiləri məhv edildi


Daşaltıda bitən çətənə bitkiləri məhv edildi

Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
26-06-2024, 13:49
Bu xəbəri illərdi gözləyirdim - Natiq Qasımovun anası


Bu xəbəri illərdi gözləyirdim - Natiq Qasımovun anası

“32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun”.
Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımova Prezident İlham Əliyevin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib.
"Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam".
Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş:
“Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sonra rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı”.
Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib:
"Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb".
Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
26-06-2024, 13:34
Buzovnada quldurluq edən qaramaskalılar saxlanıldı


Buzovnada quldurluq edən qaramaskalılar saxlanıldı

İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
26-06-2024, 13:24
Türkiyənin sabiq xarici işlər naziri vəfat etdi


Türkiyənin sabiq xarici işlər naziri vəfat etdi

Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.
Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıbz.
Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri olaraq Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış COMCEC Koordinasiya Şurasını yaradıb və ona rəhbərlik edib.
Yakış 2001-ci ildə Xarici İşlər Nazirliyindən təqaüdə çıxıb və AKP-nin qurucu üzvü kimi siyasətə daxil olub. O, eyni zamanda AKP sədrinin müavini və Mərkəzi İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Yakış 3 noyabr 2002-ci ildə keçirilən seçkilərdə Düzcedən millət vəkili seçilib, 18 noyabr 2002-ci ildə isə xarici işlər naziri vəzifəsinə təyin edilib.
AKP hakimiyyətinin ilk XİN başçısı olan Yaşar Yakış 28 mart 2016-cı ildə partiyadan xaric edilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!