Tbilisidə güclü külək və yağış - Şəhərə ziyan dəyib .....                        4 nəfər imtahandan xaric olundu - DİM .....                        Günorta vaxtı açıq havada uzun müddət qalmayın - XƏBƏRDARLIQ .....                        DİM imtahan keçirdi - Cəmi 16 nəfər... .....                        Sabahın havası - 38 dərəcə isti.. .....                        QMİ-dən Məhərrəm ayının başlanması ilə əlaqədar MÜRACİƏT .....                        Güləşçimiz Avropa çempionu oldu .....                        Axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirdi .....                        Ərdoğan Türkiyənin qoluna belə sevindi .....                       
25-06-2024, 21:38
Namiq İslamzadə də general-leytenant oldu


Namiq İslamzadə də general-leytenant oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“General-leytenant” rütbəsi verilən hərbçilərdən biri də general-mayor Namiq İslamzadədir
Qeyd edək ki, Namiq İslamzadə bir müddət əvvəl Hərbi Hava Qüvvələrinə komandan təyin edilib.
O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdıb, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.
Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "general-mayor" ali hərbi rütbəsi verilib.
2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini - aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini - hava döyüş komandiri vəzifəsinə təyin olunub.
2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
İngilis və rus dillərini bilir.
Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən, "Hərbi xidmətlərə görə" medalı ilə, 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən, "Azərbaycan Bayrağı" ordeni ilə, 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.
9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
25-06-2024, 21:01
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım


Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

25-06-2024, 20:35
Sel Naxçıvanda fəsadlara səbəb oldu


Sel Naxçıvanda fəsadlara səbəb oldu

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür.
Güclü yağış və sel Şahbuz rayonunda dağıntı və fəsadlar törədib.
Rayonun Ayrınc və Kükü kəndlərinə gedən yollar keçilməz hala düşüb.
25-06-2024, 19:52
BMU və AQTİ arasında anlaşma memorandumu - FOTO


BMU və AQTİ arasında anlaşma memorandumu - FOTO

Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli, hər iki qurumun rəhbər şəxsləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.
Nazir Emin Əmrullayev memorandumun elmi-tədqiqat institutu ilə ali təhsil müəssisəsinin qarşılıqlı fəaliyyətinin təşkili, yüksəkixtisaslı kadr hazırlığı baxımından önəmini bildirib və bu istiqamətdə əsası qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını söyləyib. Əməkdaşlığın əsas istiqamətləri ilə bağlı fikirlərini bölüşən nazir imzalanan memorandumun yeni imkanlar açacağına, sənəd çərçivəsində görüləcək işlərin ümumi işə töhfələr verəcəyinə inamını ifadə edib.
AQTA sədri Qoşqar Təhməzli BMU və AQTİ arasında başlanan əməkdaşlığın qida təhlükəsizliyi sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların aparılmasına, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb. Gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün qida təhlükəsizliyi ilə yanaşı, digər mümkün sahələrə toxunan AQTA sədri ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin paylaşılması kimi məsələləri nəzərə çatdırıb.
Çıxışlar zamanı qida təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələri uğurla davam etdirmək üçün bilikli, müasir elmin yeniliklərinə bələd olan kadrlara hər zaman ehtiyac olduğu bildirilib. Eyni zamanda BMU-da bu il açılan yeni ixtisaslar arasında “Qida mühəndisliyi”, “Biotexnologiya” və başqa bu kimi ixtisasların yer almasına, təhsil müəssisəsinin güclü maddi-texniki bazaya, elmi-tədqiqat fəaliyyətinə, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalara malik olmasına diqqət çəkilib.
Sonra BMU-nun rektoru Yaqub Piriyev və AQTİ İdarə Heyətinin sədri Əli Nəbiyev tərəfindən Anlaşma Memorandumu imzalanıb.
Sənəd qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin qurulması, inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və digər istiqamətlərdə əməkdaşlıq məqsədi daşıyır.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, səsləndirilən təklif və təşəbbüslər ətrafında müzakirələr aparılıb.



25-06-2024, 17:09
Hakan Fidan ermənistanlı həmkarı ilə telefon danışığı aparıb


Hakan Fidan ermənistanlı həmkarı ilə telefon danışığı aparıb

Türkiyə XİN başçısı Hakan Fidan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.
Bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
25-06-2024, 16:53
Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb


Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb

Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.
Hadisə Biləsuvar şəhəri, Molla Pənah Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.
Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
25-06-2024, 16:40
Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başladı


Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başladı

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Goranboy rayon prokurorluğundan verilən məlumata görə, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
25-06-2024, 16:17
BAKIDA TÜRK DÜNYASI TƏHSİL SƏRGİSİ KEÇİRİLİB


BAKIDA TÜRK DÜNYASI TƏHSİL SƏRGİSİ KEÇİRİLİB

İyunun 22-də “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti Türk Dünyası Təhsil Sərgisi baş tutub.
“AzPolitika” xəbər verir ki, sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak ediblər.
Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək və onlar arasında ikili əməkdaşlıqları gücləndirmək olub.
Sərgidə iştirak edən gənclər “İstanbul Kent”, “Fənərbaxça”, “İstanbul-Medipol” kimi məşhur universitetlər başda olmaqla, Türkiyənin bir sıra aparıcı təhsil ocaqları barədə onları maraqlandıran məsələlərlə bağlı qardaş ölkənin ali məktəb təmsilçilərindən ətraflı məlumat alıblar.Sərgi iştirakçılarına məşhur türk universitetlərinin qəbul qaydaları, təqaüd imkanları və digər məsələrlə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, sərginin sonunda lotereya çəkilişində iştirak edərək qalib olan 6 şəxsə müxtəlif dəyərli hədiyyələr təqdim olunub.














25-06-2024, 16:05
Ərdoğan Putinlə danışdı


Ərdoğan Putinlə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə olunub.
Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadıqlarını ifadə edərək, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.
Türkiyə prezidenti bölgədə bütün çalışmaların sona çatdırılması üçün səy göstərəcəyini vurğulayıb.
25-06-2024, 15:57
Şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək


Şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.
İyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.
Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl rayonunda, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.
İyunun 28-də isə digər şəhidlər - Cavadov Elman Xurşud oğlu Sumqayıt Şəhidlər Xiyabanında, Əbdürəhmanov Yasin Şakir oğlu Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Yaqubov Fəqan Misir oğlu isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!