Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-06-2024, 17:21
Xankəndidə doğulan ilk azərbaycanlı körpənin ailəsi Prezidentə məktub yazdı


Xankəndidə doğulan ilk azərbaycanlı körpənin ailəsi Prezidentə məktub yazdı

36 ildən sonra – bu ilin aprelində Xankəndidə dünyaya gələn azərbaycanlı körpənin atası Prezident İlham Əliyevə məktub yazıb. Məktubda deyilir:

“Möhtərəm cənab Prezident, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı!
Sizi təkrarolunmaz gözəlliyə sahib, azad Qarabağ torpaqlarından salamlayıram. Allah Sizin diqqət və qayğınızı Azərbaycan xalqının üzərindən əskik etməsin. Allah Sizin uzaqgörən siyasətiniz və hamıya bərabər bölünmüş ədalətinizlə, müdrik rəhbərliyinizlə Xalq, Ordu, Dövlət birliyimizi qorusun!
Mən 36 ildən sonra Xankəndi şəhərində dünyaya göz açmış körpə İlhamın atasıyam. Oğlum anadan olan gündən ailəmiz xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Mən çox qürurluyam ki, mənim ailəmdə də bütöv Azərbaycanın sərhədlərini qoruyan əsgər böyüyəcək və oğlum Xankəndi şəhərində boya başa çatacaq. Mən fəxr edirəm ki, oğlum Azərbaycanın adını zirvələrə daşıyan Prezidentin, Ordumuzu Qələbəyə aparan Ali Baş Komandanın adını daşıyır!
Sizin əzminiz sayəsində işğaldan azad olunan torpaqlarımıza qayıdış prosesi davam edir. Bizim kimi gənc ailələr Sizin sayənizdə Vətən, torpaq, xalq sevgisini böyük coşqu ilə yaşayırlar. Övladımın Xankəndi şəhərində dünyaya gəlməsi üçün göstərdiyiniz köməyə, hazırda Xankəndi şəhərində xidmət dövründə yaşamaq üçün mənə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarına yaradılmış mənzil şəraitinə görə təşəkkürümü bildirirəm.
Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınızla hər nəfəsində, hər kəlməsində Vətən olan bir nəsil yetişir. Azərbaycan üçün etdiyiniz hər şey üçün ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Dövlətimiz daim var olsun!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Allah Azərbaycanımızı qorusun!
Hörmətlə,
Abbas Abdullayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı”.

Xatırladaq ki, bu ilin aprelində Xankəndidə doğulan İlham adlı körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşları Abdullayev Abbas Məmməd oğlu və Namazlı Səadət Faddin qızıdır.
Onların ilk körpəsi doğulandan sonra ailəyə Xankəndi şəhərində mənzil verilib.
22-06-2024, 16:52
Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi


Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei prezidentliyə namizədlərə müraciət edib.
Xamenei namizədləri teledebatlar zamanı diqqətli olmağa çağırıb:
“Namizədlər debatlar zamanı düşmənləri sevindirəcək ifadələrdən çəkinməlidirlər. Bəzən ölkənin, millətin, İslam Respublikası quruluşunun düşmənlərini sevindirəcək sözlər irəli sürülə bilər. Ona görə də deyilən sözlər düşməni sevindirməməlidir”.
Xatırladaq ki, namizədlər indiyə kimi üç teledebatda üz-üzə gəliblər.
Qarşıda daha iki teledebat qalır.
Onlar bazar ertəsi, iyunun 24-də “İran bugünkü dünyada” başlığı ilə canlı yayımda siyasi məsələləri müzakirə edəcəklər.
Prezidentliyə namizədlər iyunun 25-ində iqtisadi məsələlərdən danışacaqlar.
İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
22-06-2024, 15:18
Əlverişsiz havaya görə imtahanın vaxtı dəyişdirildi


Əlverişsiz havaya görə imtahanın vaxtı dəyişdirildi

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.
Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
22-06-2024, 14:39
MİQ imtahanlarının vaxtı açıqlandı


MİQ imtahanlarının vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.
Bunu açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".
Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".
22-06-2024, 14:12
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı


İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
22-06-2024, 13:33
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 23-nə gözlənilən hava şəraitilə bağlı proqnoz açqılanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 % olacaq.
​​​​​​​Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
22-06-2024, 13:25
Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi cavab verildi


Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi cavab verildi

8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat bu gün müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
“Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.
Qeyd edək ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və səhv sual aşkarlanmamışdır”, - Mərkəzdən bildirilib.
Xatırladaq ki, iyun ayının 8-də keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarında 7296 müəllim iştirak edib.
Nəticələrə əsasən, ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəslib, onlar müvafiq keçid balını (30 bal) toplaya bilməyiblər.
22-06-2024, 12:44
Baş nazir azad edilmiş ərazilərlə bağlı dəyişikliyi imzaladı


Baş nazir azad edilmiş ərazilərlə bağlı dəyişikliyi imzaladı

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
22-06-2024, 12:40
AzTV-də dəyişiklik qərarı


AzTV-də dəyişiklik qərarı

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarda bildirilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilsin:

- AzTV

- Mədəniyyət TV

- İdman TV

- Azərbaycan Radiosu

- Azərbaycan Beynəlxalq Radiosu
22-06-2024, 12:23
Putin dünyanı nüvə silahı ilə hədələdi


Putin dünyanı nüvə silahı ilə hədələdi

Rusiya prezidenti Vladimir Putin yenə hədə dili ilə danışıb.
Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə, ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb.
Putinin sözlərinə görə, Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl ata bilər.
“Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, bu hamıya aydındır.
Və sonra sual yaranır: niyə qorxmalıyıq? Bütün yolu getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”.
Eyni zamanda, Putinin fikrincə, Rusiyanın hələ də qabaqlayıcı zərbə endirməsinə ehtiyac yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!