Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
28-06-2024, 22:22
Lavrov iranlı həmkarı ilə danışıqlar apardı


Lavrov iranlı həmkarı ilə danışıqlar apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Baqeri Kayani ilə telefon danışığı aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib.
Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanıb.
28-06-2024, 18:33
Naxçıvan Ali Məclisi də buraxıldı - Seçki təyin edildi


Naxçıvan Ali Məclisi də buraxıldı - Seçki təyin edildi

Naxçıvan Ali Məclisi buraxılıb, sentyabrın 1-nə seçkilər təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iyunun 28-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin edilib.
28-06-2024, 18:29
İranda seçki daha iki saat davam edəcək


İranda seçki daha iki saat davam edəcək

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.
Bu barədə ölkənin Seçki Komissiyasının mətbuat katibi Möhsün Eslami deyib.
O, ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
28-06-2024, 18:22
MSK sabah seçkilərlə bağlı qərar verəcək


MSK sabah seçkilərlə bağlı qərar verəcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
28-06-2024, 18:14
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı


FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28-06-2024, 18:10
Parisdə yenidən etirazlar başlayır


Parisdə yenidən etirazlar başlayır

Parisin nəqliyyat həmkarlar ittifaqları sağçı Milli Birlik partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə tətillə hədələyib.
Marin Le Penin partiyası parlament seçkilərin ikinci turunda deputat yerlərinin mütləq əksəriyyətini qazanarsa, “Solidaires” həmkarlar ittifaqı Parisin nəqliyyat işçilərini tətil və nümayişlərə çağırıb. “Solidaires” hesab edir ki, Le Penin partiyası “fəhlələrin düşmənidir” və dövləti parçalayır.
Bundan əvvəl Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) “Solidaires” ilə birlikdə “sağlara qarşı vahid cəbhə” yaratmağa və “təcili sosial ədalət tədbirləri” tətbiq etməyə çağırmışdı. CGT solçu partiyaların koalisiyasına, “Yeni Xalq Cəbhəsi”nə dəstəyini açıq şəkildə ifadə edir.
İyunun 9-da Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Milli Birlik partiyası 31,36 faiz səs toplayaraq prezident Emmanuel Makronun tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - iyunun 30-da və iyulun 7-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Sorğulara görə, fransızların 37 faizi Milli Birlik partiyasına səs verməyə hazırdır, prezident koalisiyası isə 20 faizdən də az səs toplaya bilər.
28-06-2024, 17:55
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq


Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.
28-06-2024, 17:51
ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib


ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.
"Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermınistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", - o deyib.
Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.
28-06-2024, 17:47
Dostu Baydeni seçki yarışından çəkilməyə çağırdı


Dostu Baydeni seçki yarışından çəkilməyə çağırdı

ABŞ prezidenti, prezidentliyə namizəd Co Baydenin dostu və məşhur publisist Tomas Fridman onu təcili olaraq seçki yarışından çəkilməyə, "Amerikanı xilas etməyə" çağırıb.
"Mən Bayden-Tramp debatına baxdım və bu, məni ağlatdı. Yaxşı insan və yaxşı prezident olan Co Bayden yenidən seçilmək hüququ yoxdur”, - o qeyd edib.
Fridman Baydenin ailəsi və siyasi komandasının tez bir zamanda bir araya gəlməli və prezidentlə ən çətin söhbəti - "sevgi, aydınlıq və qətiyyət haqqında söhbət" etməli olduğuna inandığını ifadə edib.
"Gənc Co Bayden belə bir lider ola bilərdi, amma zaman ona yetişdi. Bu, cümə axşamı günü ağrılı və qaçılmaz şəkildə aydın oldu. Əgər o [namizədliyini geri götürərsə], adi amerikalılar Co Baydeni tərifləyəcəklər", - Fridman yazıb.
28-06-2024, 17:40
Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatlar təsdiqləndi


Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatlar təsdiqləndi

Avropa İttifaqı ölkələrinin liderləri növbəti beş il üçün Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatları təsdiqləyiblər.
Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Ursula fon der Leyen 5 il müddətinə Avropa Komissiyasının rəhbəri, Estoniyanın baş naziri Kaja Kalas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının rəhbəri seçilib.
Təyinat üçün Avropa Parlamentində səsvermə keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!