Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
6-06-2024, 17:56
Əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var - Spiker


Əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var - Spiker

Qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında deyib.
Spiker qeyd edib ki, çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan Sahibə Qafarova deyib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək.
O, məmnunluqla bildirib ki, yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır. Spikerin sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
6-06-2024, 17:44
Azərbaycanda teleradiolara elektron siqaretlərlə bağlı sanksiya tətbiq edilir


Azərbaycanda teleradiolara elektron siqaretlərlə bağlı sanksiya tətbiq edilir

Azərbaycanda teleradiolara elektron siqaretlərin reklamına görə sanksiya tətbiq edilə bilər.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, son zamanlar bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapmışdır və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir. Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.
Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.
Nəzərə alınmalıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.
Eyni zamanda, “Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı saksiya tətbiq olunacaq.
6-06-2024, 17:41
DİN Daşkəsəndə baş vermiş insidentə aydınlıq gətirdi


DİN Daşkəsəndə baş vermiş insidentə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.
DİN-dən bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.
Qeyd edək ki, Ədalət İsmayılov bu gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ə. İsmayılov xəstəxanaya yerləşdirilib.
6-06-2024, 17:36
Ötən gün həlak olan hərbçimiz dəfn edildi - FOTO


Ötən gün həlak olan hərbçimiz dəfn edildi - FOTO

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.
Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nurəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.



6-06-2024, 17:09
Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib


Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyunun 6-da xarici işlər naziri Ararat Mirzoyan ilə xarici siyasət problemlərini müzakirə edib və onların həlli istiqamətində iş aparıb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Mirzoyan Xaçaturyana beynəlxalq proseslər və ölkəyə təsir edən hadisələr barədə danışıb.
Dövlət başçısı səmərəli fəaliyyətinə görə Xarici İşlər Nazirliyinin rəhbərinə təşəkkür edib.
“Bu çətin şəraitdə siz Ermənistanı təhlükəsiz gələcəyə aparan daha yaxşı yollar tapırsınız”, - Xaçaturyan bildirib.
Görüşdə Ermənistan-Azərbaycan danışıqlarının gedişi də müzakirə olunub.
Tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərindən də danışıb və bir sıra məsələlər üzrə ümumi mövqenin işlənib hazırlanmasının mümkünlüyünü qeyd ediblər.
6-06-2024, 17:00
TÜRKPA-nın yeni bayraq və loqosu


TÜRKPA-nın yeni bayraq və loqosu

TÜRKPA-nın yeni bayraq və loqosu təqdim olunub.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) iclasında deyib.
Qeyd edək ki, TÜRKPA-nın 13-cü iclası Bakıda keçirilib.
6-06-2024, 16:52
Göyçayda restoran yandı


Göyçayda restoran yandı

Göyçayda restoran yanıb.
Hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumatalara görə, anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib. Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.
Əraziyə Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Ətrafda olan tikililər yanğından mühavifizə edilib, alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
6-06-2024, 16:45
"Son zəng"lə bağlı hazırlıq işlərinə nəzarət ediləcək - RƏSMİ


"Son zəng"lə bağlı hazırlıq işlərinə nəzarət ediləcək - RƏSMİ

Məlum olduğu kimi, iyunun 14-də ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov yoxlamalar çərçivəsində "Son zəng" ilə bağlı hazırlıq işlərinə də nəzarət ediləcəyini bildirib.
Qeyd edib ki, yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq.
6-06-2024, 16:41
"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlandı


"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlandı

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.
Mərasim oktyabrın 28-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını Lionel Messi qazanıb. ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz futbolçu səkkizinci dəfə bu mükafata sahib çıxıb.
6-06-2024, 16:14
Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək


Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək

Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar.
Bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.
Yeddi mindən çox keçmiş köçkünün artıq öz dədə-baba torpaqlarında yaşadığını, bu ilin sonuna qədər bu rəqəmin ən azı 20 minə çatacağını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!