Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-06-2024, 16:45
Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır


Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.
Məlumata görə, ilkin olaraq texniki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.
"Böyükşor gölünün bərpası layihəsi" Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

- Olimpiya Stadionu tərəfində Gölün şərq hissəsinin bərpası

- Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası

- Şimal Gölün və Dib çöküntülərinin saxlanc anbarlarının bərpası.
5-06-2024, 16:41
Azərbaycan əməkdaşlığa sadiqdir - XİN-dən bəyanat


Azərbaycan əməkdaşlığa sadiqdir - XİN-dən bəyanat

Azərbaycan gələcək nəsillər üçün ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əməkdaşlığa sadiqdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçısı kimi nümunəvi olmaq niyyətindədir. Planetimizin gözəlliyinə dəyər verərək, biz iqlim dəyişikliyi ilə mübarizədə və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında qlobal əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.
5-06-2024, 16:28
Birinci Qarabağ müharibəsinin şəhidi Şəkidə dəfn edildi - FOTO


Birinci Qarabağ müharibəsinin şəhidi Şəkidə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilənlərdən biri də Səbuhi Yamən oğlu Süleymanovdur.
Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Tərtərdə şəhidlər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşinin qalıqları bu gün Şəkinin Cəfərabad kəndinə gətirilib.
Şəhidin nəşi əvvəlcə ailəsinə təhvil verilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib.
Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə anadan olub. İkiillik hərbi xidmətdən sonra döyüşlərə könüllü qatılıb. Ailədə üç övlad olublar. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.




5-06-2024, 16:03
“Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi layihəsinin icrasına başladı

Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “ Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ” layihəsinə start verildi. Üç ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində Bakıda və bölgələrimizdə milli mənəvi dəyərlərimizə, kəlağayımıza həsr olunmuş konsert proqramları keçiriləcək.
4-06-2024, 22:49
Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı


Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı

Nigeriyanın mərkəzində yeraltı qızıl mədəni çöküb. Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.
Bu barədə Nigeriyanın Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib. Altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilərin xilasetmə işləri davam edir.
4-06-2024, 22:10
5 uşaq, 1 qadın Suriyadan Azərbaycana gətirildi


5 uşaq, 1 qadın Suriyadan Azərbaycana gətirildi

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
"İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib.
4 iyun 2024-cü il tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-dən bildirilib.
4-06-2024, 21:34
Naxçıvanın enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək


Naxçıvanın enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək

"Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında bildirib.
Enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası ilə əməkdaşlıq qurulduğunu deyən Ərdoğan ilk dəfə olaraq Avropanın sərhəd qonşusu olmayan iki ölkəsinə təbii qaz ixrac edildiyini vurğulayıb.
4-06-2024, 21:20
Bu dəhlizlər Avrasiyanın nəqliyyat rabitəsi üçün çox zəruridir


Bu dəhlizlər Avrasiyanın nəqliyyat rabitəsi üçün çox zəruridir

“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Avrasiyada nəqliyyat-logistika rabitəsinin yaxşılaşdırılması, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi baxımından olduqca zəruridir.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, “Şərq-Qərb” nəqliyyat dəhlizi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə öz tranzit potensiallarını reallaşdırmağa imkan verir, “Şimal-Cənub” dəhlizi isə Aİİ-yə üzv dövlətlərdən olan ixracatçılar üçün qlobal Cənub ölkələrinin inkişaf edən bazarlarına çıxmaq üçün daha yaxşı rəqabət şəraiti yaradır.
O bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri nəqliyyat layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Rusiya-Azərbaycan sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsi üzrə Azərbaycanla bir sıra layihələr həyata keçirilib. Azərbaycan, həmçinin İranla sərhəddə öz avtomobil və dəmir yollarının, infrastrukturunun buraxılış imkanlarını artırır.
Özbəkistan tərəfdaşları ilə birlikdə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizini inkişaf etdirməyə hazırdır. Rusiya üçün bu, Əfqanıstan, Pakistan və Hindistanın sıx məskunlaşmış bazarlarına çıxış deməkdir.
İran Aİİ yanında müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib. Tərəflər müvafiq hüquqi prosedurların şərtlərinə əməl etdiyi təqdirdə, İrana bu statusun verilməsi barədə qərar Aİİ-yə üzv dövlətlərin başçıları tərəfindən 2024-cü ilin sonunda Avrasiya Ali İqtisadi Şurasının növbəti iclasında qəbul edilə bilər.
Avrasiya Hökumətlərarası Şurasının iclasının yekunlarına əsasən, “2023-cü il üçün Avrasiya İqtisadi Komissiyasının transsərhəd bazarlarda rəqabətin vəziyyəti haqqında illik hesabatı və onlarda ümumi rəqabət qaydalarının pozulmasının qarşısının alınması üzrə görülən tədbirlər haqqında” Sərəncam və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin ərazilərində “Şərq-Qərb” və “Şimal-Cənub” istiqamətlərində nəqliyyat infrastrukturunun yaradılması və inkişafına dair, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə (Avrasiya Hökumətlərarası Şurasının 21 iyun 2022-ci il tarixli 8 nömrəli tapşırığının icrası barədə məlumat daxil olmaqla) “2023-cü il üçün hesabat haqqında” Sərəncam imzalanıb.
4-06-2024, 21:07
Millimiz Türkiyə yığmasına qalib gəldi


Millimiz Türkiyə yığmasına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.
Qeyd edək ki, komandamız mayın 31-də "ay-ulduzlar"a 0:1 hesabı ilə məğlub olmuşdu.
4-06-2024, 20:52
Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verdi


Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verdi

Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!