Tbilisidə güclü külək və yağış - Şəhərə ziyan dəyib .....                        4 nəfər imtahandan xaric olundu - DİM .....                        Günorta vaxtı açıq havada uzun müddət qalmayın - XƏBƏRDARLIQ .....                        DİM imtahan keçirdi - Cəmi 16 nəfər... .....                        Sabahın havası - 38 dərəcə isti.. .....                        QMİ-dən Məhərrəm ayının başlanması ilə əlaqədar MÜRACİƏT .....                        Güləşçimiz Avropa çempionu oldu .....                        Axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirdi .....                        Ərdoğan Türkiyənin qoluna belə sevindi .....                       
4-06-2024, 12:55
İranda prezident olmaq istəyən 4 qadın kimdir?


İranda prezident olmaq istəyən 4 qadın kimdir?

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 4 qadın da qeydiyyatdan keçib. Namizədliyini irəli sürən qadınlardan kimin təsdiqlənəcəyi yaxın günlərdə məlum olacaq.
İRNA agentliyi onların adını açıqlayıb: Zöhrə Elahian, Həmidə Zərabadi, Həcər Çenarani və Rafat Bayat.
Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatlarıdır.
56 yaşlı Zöhrə Elahian ixtisasca həkimdir və hazırda İran Tibb Elmləri Akademiyasında işləyir.
45 yaşlı Həmidə Zərabadi islahatçı qanadı təmsil edir. Namizədliyinin irəli sürülməsi qeydə alındıqdan sonra keçirdiyi mətbuat konfransında o, xarici siyasətdə eskalasiyanın tərəfdarı olduğunu deyib. Zərabadi ümid etdiyini bildirib ki, nə vaxtsa iranlılar qadın prezident seçəcəklər.
Həcər Çenarinin də 45 yaşı var və parlamenmtin deputatı olub. Milli təhlükəsizlik və xarici siyasət komissiyasında çalışıb. Onun atası İran-İraq müharibəsində (1980-1988) həlak olub. Həcər Çenarini parlamentari kimi işləyərkən İranda qadınların məcburi hicab taxması qaydalarını sərtləşdirmək üçün qanunların qəbul edilməsinin tərəfdarı olub.
Rafat Bayatın 66 yaşı var, təhsili sosioloqdur. 2005 və 2009-cu illərdə prezident seçkilərində namizədliyini irəli sürsə də, Konstitusiyanın Keşikçiləri Şurası onun namizədliyini təsdiq etməyib.
Qeyd edək ki, bu günə qədər heç bir iranlı qadın prezident seçkiləri üçün namizədlərin yekun siyahısında yer almayıb.
Mayın 30-dan iyunun 3-dək İslam Respublikasının Daxili İşlər Nazirliyi prezident postuna namizədliyini irəli sürənləri qeydə alıb.
İyunun 28-nə təyin edilmiş növbədənkənar seçkilər prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir.
Cəmi beş gün ərzində namizədliyini irəli sürən 80 nəfər qeydiyyatdan keçib. Lakin onların heç də hamısı seçkilərdə namizəd olmayacaq. Çünki Konstitusiyanın Keşikçilər Şurası 7 gün ərzində 80 nəfərdən kimlərin prezidentliyə namizəd kimi uyğun olub-olmadığını müəyyən edəcək və sonda yekun siyahı açıqlanacaq.
İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Daha sonra namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
4-06-2024, 12:50
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi


"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

Super Liqa təmsilçilərindən "Qalatasaray"ın vitse-prezidenti Erden Timur istefa verib.
O, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
"Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmən açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim", - deyə o bildirib.
Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından "Qalatasaray"da çalışırdı.
4-06-2024, 12:37
Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanacağına ümid edirik - Ərdoğan


Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanacağına ümid edirik - Ərdoğan

Rəsmi Ankara Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın oxuduğu bəyanatda deyilib.
Qeyd olunub ki, Ankara Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını regionun gələcəyi üçün tarixi fürsət hesab edir.
Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində işlərin davam etdiyini də bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Bakı ilə Ankara arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür və Türkmənistan təbii qazının Azərbaycan ərazisindən Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir.
3-06-2024, 21:50
Amerikalı admiral Türkiyədə


Amerikalı admiral Türkiyədə

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisi, admiral Liza Françetti Türkiyədə rəsmi səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər Türkiyə Respublikasının HDQ komandanı, donanma admiralı Ercüment Tatlıoğlunun dəvəti ilə baş tutub.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada admiral Liza Françetti ilə görüşüb.
Admiral Ercüment Tatlıoğlu və ABŞ-ın Ankaradakı səfiri Cefri L. Fleykin də iştirak etdikləri görüş media üçün qapalı şəraitdə keçirilib.
3-06-2024, 21:36
"Qarabağ" fransalı hücumçu ilə vidalaşdı


"Qarabağ" fransalı hücumçu ilə vidalaşdı

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb. Klubdan Modern.az -a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
3-06-2024, 21:27
Leyla Əliyevanın yeni kitabı


Leyla Əliyevanın yeni kitabı

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.
Kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.
Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru isə yazıçı-tərcüməçi Yaşar Əliyevdir.
3-06-2024, 20:52
Millimiz İtaliyanı məğlub etdi


Millimiz İtaliyanı məğlub etdi

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.
3-06-2024, 20:34
Bu gün intihar edən gənc qızın fotosu yayıldı


Bu gün intihar edən gənc qızın fotosu yayıldı

Bu gün Bakıda özünü 12-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.
İntihar edən, 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.
Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş.
İntihar edən qızın fotosunu təqdim edirik:

3-06-2024, 20:21
Bakıda zavodda faciə: 5 nəfər zəhərlənərək öldü - SİYAHI


Bakıda zavodda faciə: 5 nəfər zəhərlənərək öldü - SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

3-06-2024, 20:15
İsrail SEPAH zabitini öldürdü


İsrail SEPAH zabitini öldürdü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Səid Əbiyar öldürülüb.
Bu barədə SEPAH-a bağlı kanallar məlumat yayıb.
Onun ötən gecə İsrailin Hələbə endirdiyi aviazərbə nəticəsində öldürüldüyü bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!