Tbilisidə güclü külək və yağış - Şəhərə ziyan dəyib .....                        4 nəfər imtahandan xaric olundu - DİM .....                        Günorta vaxtı açıq havada uzun müddət qalmayın - XƏBƏRDARLIQ .....                        DİM imtahan keçirdi - Cəmi 16 nəfər... .....                        Sabahın havası - 38 dərəcə isti.. .....                        QMİ-dən Məhərrəm ayının başlanması ilə əlaqədar MÜRACİƏT .....                        Güləşçimiz Avropa çempionu oldu .....                        Axtarışda olan şəxs polis əməkdaşını qətlə yetirdi .....                        Ərdoğan Türkiyənin qoluna belə sevindi .....                       
1-06-2024, 19:09
Ruslar Xarkovu yenidən vurdu - 9 ölü


Ruslar Xarkovu yenidən vurdu - 9 ölü

İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.
Bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.
“9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb”, - deyə prokurorluğun məlumatında bildirilir.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölənlər arasında 39, 68 və 86 yaşlı üç qadın var.
Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.
1-06-2024, 18:42
Çaydan meyit tapıldı


Çaydan meyit tapıldı

Tovuz şəhər ərazisində yerləşən parkların birinin yaxınlığından keçən çayda kişi meyiti tapılıb.
Tapılan meyit tibbi ekspertizaya aparılıb.
Onun orta yaşlı kişiyə məxsus meyit olduğu bildirilir.
Meyit deformasiyaya uğrayıb, ekspertiza tərəfindən onun şəxsiyyəti və ölüm səbəbinin arşadırılması davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
1-06-2024, 17:48
HƏMAS məhv edilənə qədər Qəzzada atəşkəs olmayacaq - Netanyahu


HƏMAS məhv edilənə qədər Qəzzada atəşkəs olmayacaq - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü bildirib ki, HƏMAS-ın hərbi və inzibati potensialı məhv edilənə qədər Qəzzada daimi atəşkəs olmayacaq.
Məlumatı Reuters yayıb.
“İsrailin müharibəni bitirmək şərtləri dəyişməyib. HƏMAS-ın hərbi və inzibati potensialının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasının təmin edilməsi”, - Netanyahu bildirib.
“İsrail daimi atəşkəs tətbiq olunana qədər bu şərtlərin yerinə yetirilməsində israr etməyə davam edəcək. İsrailin bu şərtlər yerinə yetirilməyənə qədər daimi atəşkəsə razı olacağı fikrinin heç bir əsası yoxdur”, - baş nazir əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail Həmas tərəfindən girovların azad edilməsi müqabilində Qəzzada üç mərhələli atəşkəs razılaşması təklif edib.
1-06-2024, 17:43
Makron da Paşinyana zəng etdi


Makron da Paşinyana zəng etdi

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Prezident Makron baş nazir Paşinyanı ad günü münasibətilə təbrik edib. Baş nazir təbriklərinə və xoş arzularına, habelə Ermənistan-Fransa münasibətlərinin inkişafına müstəsna töhfəsinə görə prezident Makrona təşəkkür edib.
1-06-2024, 17:37
Bank kartlarını talayan şəxs tutuldu


Bank kartlarını talayan şəxs tutuldu

Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.
Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
1-06-2024, 17:29
Şuşada beynəlxalq festival keçirildi


Şuşada beynəlxalq festival keçirildi

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
Türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları festivalın tamaşaçıları arasında olub.
Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
1-06-2024, 17:24
Azərbaycan Premyer Liqasının başlama vaxtı açıqlandı


Azərbaycan Premyer Liqasının başlama vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2024/25-ci illər mövsümünün başlayacağı tarixi məlum olub.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Peşəkar Futbol Liqasının qərarına əsasən, növbəti mövsüm 2 avqust tarixində başlayacaq.
Transfer pəncərələrinin vaxtı ilə əlaqədar olaraq əlavə məlumatlar veriləcəyi bildirilib.
1-06-2024, 16:52
Qazaxda toyuna bir gün qalan gənc özünü asıb


Qazaxda toyuna bir gün qalan gənc özünü asıb

Qazaxda dəhşətli intihar hadisəsi baş verib.
Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov hələ ki bilinməyən səbəbdən özünü həyətlərindəki çardaxdan asıb.
Dünən canına qıyan Əhlimanın bu gün toyu olacaqmış.
Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.
1-06-2024, 15:57
Şahdağa və Gədəbəyə dolu düşüb


Şahdağa və Gədəbəyə dolu düşüb

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.
1-06-2024, 14:52
Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırdı


Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Nikola Paşinyanı ad günü münasibətilə təbrik edib.
Münasibətilə Lukaşenko Paşinyanı “təcrübəli siyasətçi” adlandırıb.
“Ad gününüz münasibətilə təbrikləri qəbul edin, sizə möhkəm cansağlığı və xalqınıza xidmət kimi yüksək missiyanı yerinə yetirməkdə qüvvət arzulayıram. Siz təcrübəli siyasətçisiniz və uzunmüddətli karyeranızda dəfələrlə özünüzü əmin etmisiniz ki, beynəlxalq münasibətlərdə ən dəqiq kompas milli diplomatiyadır.”, təbrikdə deyilir.
Lukaşenko ticarət, sənaye və humanitar sahədə mövcud inkişafın ən yüksək səviyyədə yardımla Minsk və İrəvan üçün əlavə imkanlar açacağına inandığını bildirib.
Qeyd edək ki, Lukaşenkonun təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Paşinyanın əleyhdarları və müxalifyönlü mətbuat onun “təcrübəli siyasətçi” adlandırılmasına istehza ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!