Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
27-06-2024, 19:56
Nazir prezidentə cadu etdi, həbs olundu


Nazir prezidentə cadu etdi, həbs olundu

Maldiv adalarında nazirlərdən biri ölkə prezidentinə cadu etdiyi üçün həbs edilib.
Məlumata görə, Maldiv adaları polisi ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Ali Saleemi həbs edib.
O, ölkə prezidenti Məhəmməd Muizuya qarşı cadu etməkdə şübhəli bilinir.
Naazir iyunun 23-də nəzarətə götürülüb. Onunla birlikdə qohumlarından biri və cadugər olduğu iddia edilən şəxs həbs edilib.
Mətbuatda yayılan məlumatlara görə, həbs edilən şəxslər xanım nazirin yenidən prezidentə yaxın olması üçün cadu mərasimində iştirak ediblər.
O, ekologiya naziri olana qədər prezident sarayında işləyib. Bundan əlavə, onun keçmiş əri əvvəllər prezidentin yaxın adamlarından biri olub və nazir vəzifəsində çalışıb, lakin bir neçə ay əvvəl o, işdən çıxarılıb.
Cadugərlik Maldiv adalarında cinayət sayılmır, lakin şəriət qanunlarına görə altı aylıq həbslə cəzalandırılır.
27-06-2024, 19:40
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ən yüksək bal topladığı rayonlar


Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ən yüksək bal topladığı rayonlar

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlər açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Həmin rayon və şəhərlər aşağıdakılardır:

Göyçay

Lənkəran

Füzuli

Göygöl

Ağstafa

Goranboy

Qusar

Daşkəsən

Laçın

Astara

Tovuz

Tərtər

Kəlbəcər

Ağcabədi

Bərdə
27-06-2024, 19:37
Ceyhun Bayramov Kobaxidze ilə görüşdə


Ceyhun Bayramov Kobaxidze ilə görüşdə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.
Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
Həmçinin, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
27-06-2024, 18:35
Sahil metrostansiyasının qarşısı belə oldu - FOTO


Sahil metrostansiyasının qarşısı belə oldu - FOTO

Bülbül prospektində (Sahil metrosunun giriş hissəsinin yaxınlığında) piyadaların intensiv hərəkət etdiyi səki genişləndirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məqsəd piyada təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə atılıb.


27-06-2024, 18:16
Təbrizdə "Azərbaycanım" oxudular


Təbrizdə "Azərbaycanım" oxudular

İranda prezidentliyə namizəd Məsud Pezeşkianın seçicilərlə sonuncu görüşlərindən biri Təbriz şəhərində baş tutub.
Görüşdə Rəşid Behbudovun məşhur "Azərbaycanım" mahnısı səsləndirilib.
Görüş iştirakçıları mahnını müşayiət edib.
Qeyd edək ki, sabah İranda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədlər artıq seçki kampaniyasını başa vurublar.
27-06-2024, 17:57
Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq


Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, çalışacağıq yüksək nəticə göstərənlər daha çox dərs desinlər.
"İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq".
27-06-2024, 17:53
Aİ Ukraynaya 1.9 milyard avro ayırdı


Aİ Ukraynaya 1.9 milyard avro ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya 1.9 milyard avro ayırdığını elan edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" hesabında bildirib.
O bildirib ki, bu gün Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində bu ölkəyə büdcə xərclərini qarşılamaq üçün 1,9 milyard avro maliyyə yardımı ayırıb.
27-06-2024, 17:17
Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırıldı


Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Ucar Fidail oğlunun cəsədinin qalıqları iyunun 27-də doğulduğu Göygöl rayonuna gətirilib.
Şəhid Ucar Zeynalovla keçirilən vida mərasimindən sonra Göygöl rayon Pənahlılar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, məzarına tər güllər düzülüb, əklil qoyulub.

27-06-2024, 17:13
Rusiya gəmiləri Bakıya gəldi


Rusiya gəmiləri Bakıya gəldii

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
27-06-2024, 16:59
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi


Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

Prezident İlham Əliyevin sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!