27-06-2024, 16:41
Avropa İttifaqı ilə Ukrayna arasında mühüm saziş imzalandıBrüsseldə keçirilən sammit zamanı Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb.
Sazişi Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel imzalayıblar.
Həm də Litva və Estoniya ilə təhlükəsizlik təminatları imzalanıb.
27-06-2024, 16:35
Müharibənin illər boyu davam etməsini istəmirik - Zelenski"Ukrayna müharibəni uzatmaq istəmir".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Biz bunun illər boyu davam etməsini istəmirik", - o qeyd edib.
Prezident əlavə edib ki, nizamlanma planı bir neçə ay ərzində masaya qoyulmalıdır.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
27-06-2024, 16:28
[b]Arif Quliyevin həyat yoldaşı vəfat etdi[/b]Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.
Bununla bağlı məlumatı mərhumun oğlu Rövşən Quliyev təsdiqləyib.
Mərhumu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda oğlu Fərid Quliyevin yanında dəfn ediblər.
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
27-06-2024, 16:18
Sertifikasiya imtahanında 30 müəllim 10-dan az bal toplayıb - Nazir30 müəllim 10 baldan da az toplayıb.
Bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev iştirakı ilə ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə məlumat verilib.
"Sertifikatlaşdırma imtahanında iştirak edən ibtidai sinif müəllimlərindən 30 nəfəri 0-9 bal arası nəticə göstərib. 1240 nəfər isə 10-19 arası bal toplayıb", - o əlavə edib.
27-06-2024, 16:13
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edildiDövlət İmtahan Mərkəzi (DİM) iyulun 28-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan verəcək namizədlərin qeydiyyatı 27 iyun saat 14:30-dan 18 iyul saat 11:00-dək aparılacaq.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları barədə məlumar DİM-in saytında yerləşdirilib.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
27-06-2024, 16:08
Ağdərədə seçki dairəsi yaradılırAzərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
“Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub. Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır.
Tərtər, Kəlbəcər və Ağdam rayonlarını ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o bildirib.
27-06-2024, 16:05
MSK-nın iclası başlayırMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasının gündəliyi müəyyənləşib.
İclasın gündəliyinə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.
Mərkəzi Seçki Komissiyası həmçinin bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi də müzakirə edir.
27-06-2024, 16:02
Bu müəllimlər ömürlük sertifikasiya imtahanından azad olunacaqlar - NazirNövbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç dəfə ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır".
E.Əmrullayev vurğulayıbki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu:
Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir".
27-06-2024, 15:58
Nazir kollec bitirənlərin müəllim olması ilə razılaşmırMüəllim ali təhsilli olmalıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Dünyanın hər yerində müəllimlər ali təhsillidir. Sadəcə, Azərbaycanda müəyyən dövrdə müəllim qıtlığına görə qısa müddətdə boşluq doldurulub və orta ixtisas sahibləri müəllim olmaq imkanı əldə edib", - nazir söyləyib.
27-06-2024, 15:54
Məktəb direktoru və müavinləri də sertifikasiyadan keçəcəklər - NazirMəktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, hazırkı vəziyyətdə məktəb direktoru və müavinlərinin yüksək nəticə göstərən müəllimlərin arasından seçilməsi nəzərdə tutulur.