"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
13-08-2024, 15:05
Qaşım və Alfonsoya 300 min manat veriləcək


Qaşım və Alfonsoya 300 min manat veriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları mükafatlandırıb. Sərəncama əsasən, Olimpiadada birinci yeri tutan idmançılar 400 min manat, ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan idmançılar isə 100 min manat mükafat alacaq.
Milli Olimpiya Komitəsi də uğur qazanan idmançılara mükafat ayırıb. Belə ki, qızıl medalçılar 200 min, gümüş medalçılar 100 min, bürünc medalçılar isə 50 min manat əldə edəcək.
Taekvondoçu Qaşım Maqomedova və boksçu Alfonso Domingezə 300 min (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) manat veriləcək. Onların məşqçilərinə isə 150 min manat veriləcək.
Qaşım Maqomedov və Alfonso Domingez, həmçinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
13-08-2024, 14:45
Mahmud Abbas Putinlə görüşüb


Mahmud Abbas Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin və Fələstin prezidenti Mahmud Abbas görüşüblər.
Tərəflər Novo-Oqarevoda danışıqlara başlayıb.
Qeyd edək ki, Fələstin prezidenti Moskvaya səfər edib.
13-08-2024, 14:39
Məzahir Pənahov MDB-nin nümayəndə heyəti ilə görüşdü


Məzahir Pənahov MDB-nin nümayəndə heyəti ilə görüşdü

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə MSK-dan məlumat verilib.
Bildirilib ki, müşahidə missiyasının üzvlərini salamlayan sədr M.Pənahov, Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib.
O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.
MDB Baş katibinin müavini N.Seytimov kifayət qədər sıx iş qrafikinə rəğmən, görüş üçün vaxt ayırdığına və səmimi qəbula görə MSK sədrinə minnətdarlığını ifadə edib. Nümayəndə heyətinin rəhbəri MDB missiyasının uzunmüddətli müşahidəçilərinin artıq fəaliyyətə başladığını, paytaxt Bakıda və regionlarda seçkilərə hazırlığı yaxından izlədiklərini deyib.
Sədr M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini diqqətə çatdırıb, seçki komissiyalarının fəaliyyət prinsipləri, müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılan addımlar və son hazırlıq işlərindən danışıb, eləcə də beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.
Ətraflı məlumat üçün MSK sədrinə təşəkkür edən MDB Baş katibinin müavini Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun azad, ədalətli, şəffaf keçəcəyinə və Azərbaycanın gələcək inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
13-08-2024, 14:26
Hidayətlə Zelimə 600 min manat və "Şöhrət" ordeni verildi


Hidayətlə Zelimə 600 min manat və "Şöhrət" ordeni verildi

XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev “Şöhrət” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov və cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmana "Şöhrət" ordeni verilib.
Hidayət Heydərov və Zelim Kotsoievə 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən), onların məşqçilərinə isə 300 min manat (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) veriləcək.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
13-08-2024, 14:03
Parisdə medal qazanan idmançılarımıza pul veriləcək


Parisdə medal qazanan idmançılarımıza pul veriləcək

Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
13-08-2024, 13:27
Badamdarda su borusu partladı, küçəni su basdı


Badamdarda su borusu partladı, küçəni su basdı

Səbail rayonu, Badamdar qəsəbəsində (2-ci massiv) su borusu partlayıb.
Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, nəticədə Badamdar - 20-ci Sahə yolunu və Tofiq Məmmədov küçəsini su basıb.
Yaranmış problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib: “Məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər. Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq”.
13-08-2024, 12:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 14-də Azərbaycanda havanın yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
13-08-2024, 12:21
Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti icraata götürmədi


Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti icraata götürmədi

Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayəti icraata götürməyib.
Məhkəmə keçmiş cəbhəçi Aydın Əliyevin şikayətini icraata götürərək araşdırmaqdan imtina edib.
Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimliyə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdi.
13-08-2024, 10:51
Müqəddəs peşənin etibarlı xidmətçisi...


Müqəddəs peşənin etibarlı xidmətçisi...

Cavid Musazadə: “Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır...”
Həkimlik insanların səhhətinin qorunması, xəstəliklərin qarşısının alınması istiqamətində qədim peşə və humanist sənət kimi mühüm rol oynayır. Bu peşənin sahibləri daim bəşərin keşiyində dayanmış, tarixə sağlamlığın qarantı kimi düşmüşlər...
Ölkəmizdə hazırda da öz işinə sevgi ilə yanaşan həkimlər çoxdur. Onlardan biri də Abşeron rayon Mərkəzi Xəstəxanasının Neyrotravma şöbəsinin müdiri Musazadə Cavid Əhliyət oğludur. O, hazırda bu xəstəxanada travmatoloq-ortoped kimi çalışır, peşə fəaliyyətini inamla davam etdirir. Söhbətimiz zamanı Cavid həkim bildirdi ki, bu sənətə valideyinlərinin xeyir-duası ilə gəlib.
Cavid həkim əlavə olaraq dedi:
- Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir. Həkimlik olduqca məsuliyyətli və çətin sənətdir. Bu vacib peşənii seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən zövq almalıdır. Əlbəttə ki, bu sənət hər kəsə geniş əhval-ruhiyyə və dərin məhəbbət tələb edir. Mənim ən böyük arzularımdan biri, həkim sənətinə daha dərindən yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir. Həkim, birinci növbədə, tibb sahəsində yüksək səviyyəli elm və bacarığa malik olmalıdır. Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan həkimlərə vaxtı ilə “el anası” da deyirmişlər. Hətta həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər belə öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Biz təbii ki, Cavid həkimin fəaliyyətində özünün ifadə etdiyi bu keyfiyyətləri dəqiq və aydın görə bilirik...
Qısa məlumat:
Travmatoloq-ortoped Musazadə Cavid Əhliyət oğlu 1982-ci ildə Qubadlı rayonunda anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərindəki 106 saylı tam orta məktəbdə oxuyub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin ”Müalicə-profilaktika” fakültəsində təhsil alıb.
2005-2006-cı illərdə Bakı şəhər Onkoloji Dispanserdə həkim-interna olub. 2006-2008-ci illərdə Rusya Federasiyasının Moskva şəhərində Sklifasovski adına Elmi-Tədqiqat Təcili Yardım Xəstəxanasında Travmatologiya və Ortopediya ixtisası üzrə ordinatura keçib. 2009-cu ildən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim travmatoloq-ortoped işləyib və həmin xəstəxanada Travmatologiya və ortopediya şöbəsinin müdiri olub. 2011-ci ildə Türkiyyə Cümhuriyyətinin Ankara şəhərində Yıldırım Beyazit adına Eğitim və Araştırma Hastanesində onurğa əməliyyatları, travmatoloji və ortopedik xəstəliklərin cərrahi müalicəsi üzrə uzunmüddətli kurs keçib. 2011-ci ildə Türkiyə, 2019-cu ildə Almanya və Rusiyada müxtəlif konfranslarda iştirak edib.
Bütün yuxarıda qeyd olunanlar da Musazadə Cavid Əhliyət oğlunun nə qədər təcrübəli bir həkim olduğunu təsdiq edir.
Cavid həkimin dediklərindən:

- İnsanlar həkimin yanına elə düşüncə ilə gəlirlər ki, elə sanırlar, həkimdən bir yardım aldıqda mütləq yaxşılaşacaqlar. Bu mənada həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin ovqatına və səhhətinə çox müsbət təsir göstərir. Həkimin qayğısı, xəstəyə səmimi münasibəti də bir müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdırlar ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla çəkinmədən, utanmadan bölüşsünlər.
Söhbət əsnasında Cavid həkimə belə bir sualla müracət etdim:
- Həkim xəstəliyin səbəbini pasiyentə bildirməlidirmi? Biz sovetlər dönəmində eşidirdik ki, həkim xəstəni çox vaxt dava-dərmanla yox, ümidverici sözlərlə yola salıb. Siz bu barədə nə deyərdiniz?
- Birincisi, baxır xəstə hansı xəstəliyə mübtəla olub. Əgər onun xəstəlik səbəbi həyati təhlükə yaradırsa, nəticə etibarilə, xəstəyə heç nə deyilməməlidir. Bu, onlarda ciddi psixoloji travma yaradar. Ancaq mən xəstələrimə öz xəstəlikləri haqqında geniş məlumat və tapşırıqlarımı verirəm. Verdiyiniz sual əslində, mənim işlədiyim şöbənin xəstələrinə aid olmasa da, qeyd edim ki, xəstənin birinci arzusu əlbəttə ki, sağalmaqdır. Onun ilk baxışdan ümidini qırmaq olmaz...

Nə xoş ki, xəstəxanamıza müraciət edən xəstələrin hamısı bizim şöbənin həkimlərindən razılıq edirlər. Onlara hər cür xidmət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimlik anddır, həkimlik vicdandır, həkimlik müqəddəs işdir. Biz bu gün bunların hamısına riayət edirik. Bir həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra da onların müalicəsinə başlayıram. Heç bir həkim istəməz ki, əynindəki ağ xalata haradasa kiçicik bir ləkə düşsün. Çox şükürlər olsun ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da Allahın köməkliyi ilə sadiq qalacağam.
- Səhiyyə sahəsindəki islahatlar və dövrümüzün həkim- xəstə münasibətləri barədə nə deyə bilərsiniz?
- Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artır. Nəticədə cəmiyyət və həkim münasibətlərində də dərin doğmalıq hissi yaranır...
Bəli, yaxşı həkim ola bilmək üçün yaxşı düşüncəyə malik olmalısan. Bu mənada təkmilləşmə və təcrübə mübadiləsi məqsədilə Cavid Musazadə beynəlxalq və yerli konfrans və kurslarda iştirakını davam etdirir. Onu da xatırladaq ki, Cavid həkim İkinci Qarabağ müharibəsi zamanı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadasının tərkibində ilk gündən son günə kimi Füzuli və Naftalan Mərkəzi Xəstəxanasında yaralılara tibbi yardım göstərib, yüzdən çox cərrahi əməliyyat aparıb. Bu da onun Vətənə olan sevgisindən, insanlara olan dərin ehtiramından irəli gəlir.
Cavid həkimə Allahdan möhkəm can sağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq..

Hüseyn İsaoğlu (Məmmədov),
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri,
AYB və AJB üzvü.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!