20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
30-09-2024, 18:33
Futbolçu hoteldə ölü tapıldı


Futbolçu hoteldə ölü tapıldı

İtaliya A seriyası komandalarından “Kalyari”nin sabiq futbolçusu Andrea Kaponi dünyasını dəyişib.
Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, 43 yaşlı sabiq yarımmüdafiəçi ötən gün gecə klubunda olub, səhər isə hotel otağında ölü tapılıb.
Futbolçunun kəllə-beyin travması səbəbindən vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, Kapone 2000-2007-ci illərdə “Kalyari”də oynayıb. O, kariyerasını 2010-cu ildə bitirib.
30-09-2024, 18:30
Ali Məclisin yeni komitə sədrləri - SİYAHI


Ali Məclisin yeni komitə sədrləri - SİYAHI

Bu gün yeddinci çağırış Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda Ali Məclisin komitə sədrləri, sədr müavinləri və üzvləri seçilib.
Naxçıvan Ali Məclisində fəaliyyət göstərən 4 komitənin sədr və müavinləri məlum olub.

1. Hüquq siyasəti komitəsi - Sədr Əjdər Əliyev, müavini Kamil Şükürov

2. İqtisadi siyasət komitəsi - Sədr Emin Şıxəliyev, müavini Mübariz Bayramov

3. Sosial siyasət komitəsi - Sədr Nuray Əliyeva, müavini Azad Novruzov

4. Humanitar siyasət komitəsi - Sədr Ülkər Bayramova, müavini Əziz Qasımov.
30-09-2024, 18:15
Sabiq ombudsmana yeni vəzifə verildi


Sabiq ombudsmana yeni vəzifə verildi

Naxçıvanın sabiq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovaya yeni vəzifə verilib.
O, Naxçıvan Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri seçilib.
Ülkər Bayramova Ali Məclisdə 23 saylı Cəhri seçki dairəsini təmsil edir. O, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ülkər Bayramova iki dəfə 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
30-09-2024, 17:34
Zelenski 5 bəndlik “qələbə planı” xalqa elan edəcək


Zelenski 5 bəndlik “qələbə planı” xalqa elan edəcək

"Prezident Vladimir Zelenskinin hazırladığı “qələbə planı” Ukrayna xalqına təqdim olunacaq, lakin onun bəzi müddəaları məxfi qalacaq".
Bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib:
“İctimaiyyətə açıqlanan hissə təkcə bizdə deyil, düşmən tərəfdə də eşidilir. Və bu səbəbdən, təbii ki, proqramın bəzi detalları məxfi qalacaq. Ancaq bilirsiniz ki, həmin planın düşmən ərazisində həyata keçirilməsini görmək və bunu nəticələrdə, əsgərlərimizin qələbələrində görmək vacibdir”, - Yermak bildirib.
Yermak Zelenskinin ABŞ-a səfərini şərh edərək deyib ki, Ukrayna prezidenti prezident Co Bayden, vitse-prezident Kamala Harris və prezidentliyə namizəd Donald Trampa “qələbə planı”nı təqdim edib.
“Biz ABŞ-dan tərəfdaşlarımızın ölkəmizə dəstəyinin çox yüksək səviyyədə olduğunu hiss edərək qayıtdıq”.
Ukrayna hakimiyyəti əvvəllər "qələbə planı"nı Qərb müttəfiqlərinə təqdim edərkən onu dərc etməyə söz vermişdi. Vladimir Zelenskinin planına aşağıdakılar daxildir:
xüsusi müasir silahlar, Ukraynanın dağılmış iqtisadiyyatına beynəlxalq maliyyə yardımı tələbləri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatlarının davam etdirilməsi və s.
Zelenskinin özü NBC News-a müsahibəsində Kiyevin “qələbə planı”nın beş bənddən ibarət olduğunu bildirib. “Bizə indi dördü lazımdır, müharibədən sonra biri”, - o, ətraflı məlumat vermədən deyib.
30-09-2024, 17:26
Ankara və İrəvan vaxt itirməməlidir! - Erməni nazir müavini


Ankara və İrəvan vaxt itirməməlidir! - Erməni nazir müavini

Rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin müsbət dinamikasından məmnundur, lakin bu istiqamətdə daha çox iş görülə biləcəyinə inanır.
Bu barədə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Kostanyan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda keçirilən görüşə diqqət çəkib.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam tənzimlənməsi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”, - Vahan Kostanyan vurğulayıb.
O, Ermənistan və Türkiyə liderlərinin görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birinin mövqelərini başa düşməyə hazırdırlar.
Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb.
“Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır”.
Kostanyan gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu bildirib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.
“Biz bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir. Bu baxımdan Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”, - deyə o əlavə edib.
Nazir müavini erməni tərəfinin müxtəlif türk tərəfdaşlarına çatdırmağa çalışdığı mesajı təkrarlayıb: “Hərəkətə keçməyin vaxtı çatıb. Biz vaxt itirməməliyik”.
30-09-2024, 16:50
Baş nazir bu qaydaları təsdiqlədi


Baş nazir bu qaydaları təsdiqlədi

Nazirlər Kabineti “Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.
Qaydaya əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Qanuna, bu Qaydaya və digər normativ hüquqi aktlara uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri var:

- qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

- təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;

- ilkin zəruri təmir-bərpa işləri;

- ictimai asayişin qorunması;

- əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;

- sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;

- ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;

- əhalinin ilkin həyat təminatı üçün tədbirlər;

- xəbərdar etmə və maarifləndirmə.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiya (qərargah) (komissiya (qərargah) yaradıldıqdan dərhal sonra komissiyanın (qərargahın) rəhbəri onun iclasını çağırır və iclasda nəzərdə tutulmuş tədbirlərdən hər hansı birinin və ya bir neçəsinin tətbiq edilməsinə dair komissiyanın (qərargahın) qərarı qəbul edilir. Komissiyanın (qərargahın) qərarında tətbiq edilməsi zəruri hesab edilmiş sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirin növü (növləri), tətbiq edildiyi ərazi və müddəti, icraçı dövlət orqanları (qurumları), həmçinin bu Qaydada nəzərdə tutulmuş digər məsələlər barədə məlumatlar göstərilir. Komissiya (qərargah) sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil və təmin edir və aidiyyəti dövlət orqanlarının (qurumlarının) bu sahədə fəaliyyətini əlaqələndirir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə komissiyanın (qərargahın) tərkibinə daxil olan dövlət orqanları (qurumları) ilə yanaşı həmçinin, mövcud vəziyyətdən asılı olaraq, digər dövlət orqanları (qurumları), müstəqil ekspertlər və mütəxəssislər də cəlb edilə bilərlər.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır və bu barədə dərhal komissiyaya (qərargaha) məlumat verilir. Əhalinin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə həyata keçirilən tədbirlər haqqında tam və obyektiv məlumatlandırılmasının təmin edilməsi məqsədilə komissiyanın (qərargahın) qaynar xətt xidməti yaradılır. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildiyi zaman aşağıdakı əsas tələblərə riayət edilməlidir:

- əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməməli;

- sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının) və komissiyanın (qərargahın) səlahiyyətli nümayəndələrinin tələblərinə əməl edilməli, onların işini çətinləşdirən hərəkətlərə yol verilməməli;

- zəruri təhlükəsizlik tədbirlərinə əməl edilməli, tapşırılmış vəzifələr vaxtında yerinə yetirilməli, zəruri hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməli;

- normativ hüquqi aktların və komissiyanın (qərargahın) qərarlarının tələblərinə riayət edilməli.
30-09-2024, 16:46
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü


Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü

Baş prokuror Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkələr arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmənin Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Yəmənin Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.
30-09-2024, 16:39
Suraxanıda açıq sahədə yanğın


Suraxanıda açıq sahədə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
30-09-2024, 16:23
Putin Polad Bülbüloğlunu təltif etdi


Putin Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki sabiq səfiri Polad Bülbüloğlunu təltif edib.
Bu barədə o, fərman imzalayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Aleksandr Nevski ordeni ilə təltif olunub.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
30-09-2024, 16:19
Masazırda hərbi sursatlar aşkarlandı


Masazırda hərbi sursatlar aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!