Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                       
15-09-2024, 00:02
Bakının azad olunmasının 106-cı ili


Bakının azad olunmasının 106-cı ili

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür.
Bakının azad edilməsinin 106 ili tamam olur.
Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
106 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu.
Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.
Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd paytaxt Bakını işğalçılardan azad etmək idi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdikdən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında" müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu.
Bakının azad edilməsinin həm də böyük siyasi əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə şimali Azərbaycan bütövləşdi.
14-09-2024, 23:40
MI6-nın rəhbəri Bakıdadır - FOTO


MI6-nın rəhbəri Bakıdadır - FOTO

Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur Azərbaycana gəlib.
O, Bakıda ADA Universitetində olub.
Kəşfiyyat rəhbərinin universitetdə mühazirə oxuduğu bildirilir.


14-09-2024, 21:18
Həlak olan hərbiçimiz bu rayondandır


Həlak olan əsgərimiz bu rayondandır

Xəbər verdiyimiz kimi, əsgər Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.
O, cari ilin iyul ayında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.
Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.
14-09-2024, 19:10
MSK-nın bugünkü iclasında nələr müzakirə edildi...


MSK-nın bugünkü iclasında nələr müzakirə edildi...

Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın sentyabrın 12-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar ərizəçilərin, maraqlı subyektlərin və media mənsublarının da iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsinin ardınca, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Daxil olan müraciətlərin, müxtəlif mənbələrdən əldə edilən məlumatların ərizəçilərin özlərinin də bilavasitə iştirakı ilə tamamilə şəffaf, hərtərəfli və obyektiv araşdırılmasının nəticəsi olaraq, seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
14-09-2024, 18:30
"Azərbaycan Himni mənə güc verir"


"Azərbaycan Himni mənə güc verir"

"Bu gün Bakıda olduqca həyəcanlı və rəqabətli mübarizə keçdi".
Bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan "Ferrari"nin pilotu Karlos Sayns mətbuat konfransında deyib.
İspaniyalı sürücü Bakının ən yaxşı treklərdən biri olduğunu söyləyib: "Burada çoxlu döngələr var. Bəzi döngələrdə sürəti azaltmaq məcburiyyətində qalırsan. Bu, sürücüdə stressə səbəb olur. Amma mən rahat idim, həyəcanımı boğa bilmişdim. Belə çətin treklər özümü inkişaf etməyimə kömək olur".
O, ilk "üçlük"də yer almağın yaxşı nəticə olduğunu vurğulayıb: "Gərgin mübarizə idi. Həftəsonunu gözləyəcəyik. Sabahkı yarışda hamıya uğurlar arzulayıram".
Pilot Azərbaycan Himninə qulaq asmağı sevdiyini bildirib: "Nədənsə, bu musiqi mənə güc verir. Himnin sözlərini əzbər bilməsəm də, melodiyasını çox xoşlayıram. Bu musiqini eşidəndə tüklərim biz-biz olur".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
14-09-2024, 18:17
Hərbiçimiz həlak oldu


Hərbiçimiz həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə hərbi prokurorun böyük köməkçisi — Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
«Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq», — məlumatda deyilir.
14-09-2024, 18:00
Bakı ən sevdiyim traslardan biridir - Lekler


Bakı ən sevdiyim traslardan biridir - Lekler

"Bakı ən sevdiyim traslardan biridir".
Bunu "Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olması ilə bağlı danışarkən deyib.
Sürücü birinci sərbəst yürüşdə qəza törətdiyini xatırladıb:
"Həftəsonu asan başlamadı. Amma mən özümə inanmağa davam etdim. Tempimizin yaxşı olduğunu bilirdim. Sıralama turunda ilk işim səddə toxunmamaq oldu. Bolid də əla idi".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
14-09-2024, 17:11
Şarl Lekler ardıcıl dördüncü dəfə lider oldu - "Formula 1"


Şarl Lekler ardıcıl dördüncü dəfə lider oldu - "Formula 1"

"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.
26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.
"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqedə qərarlaşıb.
14-09-2024, 17:04
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirir


Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirir

Türkiyə ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq güclənəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər görüş zamanı bu məsələ barədə geniş fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan, həmçinin söyləyib ki, yaxın vaxtlarda Türkiyə vətəndaşlarının Bosniya və Herseqovinaya şəxsiyyət vəsiqəsi ilə səyahəti mümkün olacaq.
Türkiyə lideri, həmçinin ikitərəfli ticarət həcminin ilin sonuna qədər 1 milyard dollara çatacağına inamını ifadə edib.
14-09-2024, 16:25
Türkiyənin müxalif partiyasında kütləvi istefalar


Türkiyənin müxalif partiyasında kütləvi istefalar

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.
Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.
Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!