Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                        Saxta içkidən ölənlərin sayı 38-ə çatdı .....                       
30-01-2025, 17:22
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan...


Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan...

Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahlara verilən müddət sabah başa çatır.
Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Onlar praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Beləliklə müddət sabah başa çatacaq. Müvafiq sənədləri təqdim etməyən plastik cərrahların lisenziyası sabahdan etibarən ləğv ediləcək və onlara tibb fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək.
30-01-2025, 17:18
Putin vacib müraciət yayacaq


Putin vacib müraciət yayacaq

Rusiya prezidenti Vladimir Putinin yeni müraciəti hazırlanır.
Bu məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
O qeyd edib ki, Kreml Putinin mühüm mesajının hazırlanması prosesini fəal şəkildə davam etdirir.
Peskov müraciətin təqdimatının konkret tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb.
Peskovun sözlərinə görə, bu barədə qərar qəbul edildikdə, məlumat ictimaiyyətə açıqlanacaq.
Kremlin sözçüsü Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün təmaslar barədə suala cavab olaraq bildirib ki, hazırda yüksək səviyyəli görüşlər planlaşdırılmır.
30-01-2025, 17:10
Paşinyanla Kobaxidze Ermənistan-Azərbaycan məsələsini müzakirə etdilər


Paşinyanla Kobaxidze Ermənistan-Azərbaycan məsələsini müzakirə etdilər

Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.
O, həmçinin bildirib ki, bugünkü danışıqlarda Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verib.
Paşinyan qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri gücləndirmək barədə razılığa gəliblər.
Bundan əvvəl gürcü tərəfi Ermənistan paytaxtında aparılan danışıqlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.
30-01-2025, 16:59
İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq


İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq

“2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir”.
Bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.
Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları da tikiləcək.
30-01-2025, 16:52
Azərbaycanda su təchizatı infrastrukturu təkmilləşdiriləcək


Azərbaycanda su təchizatı infrastrukturu təkmilləşdiriləcək

Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq.
Bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən "Su şəbəkəsinə qoşulma" işçi qrupunun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub: "Görülən işlər nəticəsində bəzi çətinliklərə baxmayaraq, ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək".
Bildirib ki, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır:
"İştirakçılar təqdimat zamanı proseslə bağlı suallarını verə biləcək və mövzu geniş müzakirə olunacaq. Layihəyə sadəcə müşahidəçi kimi deyil, tam tərəfdaş kimi yanaşmağın vacibliyini vurğulamaq istəyirik".
30-01-2025, 16:40
Abşeronda dayı bacısı qızını qətlə yetirdi


Abşeronda dayı bacısı qızını qətlə yetirdi

Abşeron rayonunda qətl hadisəsi baş verib.
Rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, dayısı 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
30-01-2025, 16:33
Kürdəmirdə valideynlər övladlarını məktəbə buraxmır? - RƏSMİ


Kürdəmirdə valideynlər övladlarını məktəbə buraxmır? - RƏSMİ

Sosial şəbəkələrdə Kürdəmir şəhər 2 nömrəli məktəbdə onlarla şagirdin valideynləri tərəfindən məktəbə göndərilməməsi ilə bağlı iddialar yayılıb.
İddialara görə, məktəbdə istilik sistemi tam təchiz edilmədiyi üçün valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir:
“Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.
Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Son günlər bəzi media resurslarında Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir. Qeyd edilən Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir”.
30-01-2025, 16:11
Avropa Ermənistanla Azərbaycan arasında sülhə "YOX" dedi


Avropa Ermənistanla Azərbaycan arasında sülhə "YOX" dedi

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Brüsseldə qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətinin uzadılmasını müzakirə ediblər. Səfirlər Aİ müşahidəçilərinin daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalmasına imkan verəcək layihəni təsdiq edəcəklər. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni müşahidəçi.
Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan maddələrdən biri sərhəddəki üçüncü qüvvələrin çıxarılması ilə bağlıdır. Prezident İlham Əliyev ötən ay bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.
"Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir".
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Birliyinin bu qərarı və Ermənistanın bununla bağlı mövqeyi konkret olaraq qonşu ölkənin öz hərkətlərində, qərarlarında, mövqeyində axıra kimi səmimi olmadığını göstərir:
"Bir şeydən danışıb, başqa addım atan, bir şeydən dəm vurub, ayrı nəsə edən Ermənistan eyni anda bir masanın arxasında oturmaq istəyir. Bu isə mümkün deyil. Ona görə də getdikcə bununla bağlı Erməniistanda daxili vəziyyətin gərginləşəcəyinin şahidi olacağıq. Bu gərginlik həm də Ermənistanın Avropa və Rusiya arasında siyasət aparmasının nəticəsi kimi təzahür edəcək. Ermənistanın Avropa Birliyi ilə bağlı mövqeyi nədən ibarət olsa da,burada başqa məsələ gündəmə gəlir. Bu da Avropa birliyinin Ermənistandan istifadə edib regiona müdaxiləsi məsələsidir. Bizim üçün bu çox vacibdir. Çünki Avropa Birliyi təəssüflər olsun ki, reallıqları başa düşmür və Ermənistan vasitəsilə regionda öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Bu çox təhlükəli prosesdir. Əvvəla Azərbaycanla Ermənistan arasındakı ikitərəfli danışıqlar müsbət nəticə verir. AB bu prosesə müdaxilə edir, bunun qarşısını almaq üçün təxribatlara əl atır".
Komitə sədri vurğulayıb ki, digər yandan Avropa Birliyi bu cür missiyalarla öz aktuallığını gündəmə gətirmək istəyir:
"Dünya dəyişsə də, Avropa Birliyinin siyasəti dəyişmir. Onların köhnə siyasəti problemi yaradıb, sonra guya onu həll etmək üçün ölkələrə, xalqalara kömək əli uzatmaqdır. Hamıya bu çoxdan bəllidir. Bunlar indi də problem yaratmaq, yəni missiya göndərmək, onun vaxtını uzatmaq,sonra da missiya vasitəsilə problemləri həll etmək üçün regionda hərəkət edəcəklər. Addımların hamısı destruktiv tendensiyalardır. Nə qədər çalışsalar,səy göstərsələr də, regionun reallıqlarını dəyişə bilməyəcəklər. Ona görə ki, geosiyasi proseslər başqa istiqamətdə gedir. Avropa Birliyinin istədiyi məsələlər burada öz əksini tapa bilməyəcək".

30-01-2025, 13:04
Xocalıya növbəti köç olacaq

Xocalıya növbəti köç olacaq

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç gedəcək.Daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq. Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb
30-01-2025, 11:55
Bir daha “Sarı gəlin” haqqında

Hacı Nərimanoğlu yazır:


Bir daha “Sarı gəlin” haqqında

Sarı sözünün dilimizdə rəngdən savayı başqa işlənmə məqamlarına da nəzər salaq; sazın sarı simi, qəlbimin sarı teli, sarısını udmaq, gözümün sarısı, ürəyimin sarı siminə toxundun, lap sarı simə vurdun və sair söz birləşmələrinin tərkibində sarı – təyindir, incə, zərif mənalarını ifadə edir.
Sarı rəng Günəşin, işığın rəmzidir, insanda enerji, ilıq duyğu, xoş ruh, nəşəli sevinc, emosional hiss yaradır, qəlbə nüfuz edir, könül titrədir, yaddaşda silinməz izi qalır. Bir çox ölkənin gerbində, bayrağında, inancında sarı rəng simvollaşıb.
Sarı gəlin, Sarı bülbül, Sarı köynək, Sarıtel, Baş Sarıtel və sair xalq mahnı, aşıq havalarımızda incə, zərif, nazik ruh, sarı anlam yaşayır.
"Kitabi - Dədə Qorqud"dun ən yadda qalan obrazlarından biri “Ağca sazlar içində Sarı gönlər görübən taylar basan, Qara polad uz qılıcdan qayıtmayan, Qara-qara dağlardan, Qanlu-qanlu sulardan basıb keçən Qanlı qoca oğlı Qanturalının sevgilisi “gözəllər sərvəri”, “kimə baqsa, eşqiylə oda yaqar” Sarı donlu Selcan xatundur (incə ruhlu, nazik donlu, zərif geyimli). Ana kitabımızda Sarı ayamalı daha 3 qəhrəmanımız var. Ulu Türkün müqəddəs kitabında Sarı kimi, digər rəngli sözlərimiz də rəngbərəng çoxmənalılıq ifadə edib; qara, ağ, ala - böyük, geniş, torpaq, uca, duman-çən, igid, pis, uzun, hündür, uca mənalarında gen-bol işlənib, məsələn: “Qara yerin üstünə ağ ban evin tikdirmişdi. Ala sayvan göy yüzünə dirənmişdi» və sair.
Göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim Qubadlımın 30 yer-yurd adında sarı, qara, ağ, ala –nın Dədə Qorqud yaşıdlı mənaları daşlaşıb qalıb və Sarıtəpə ətəyindəki 30 evli Saray kəndimizdə yaşı 80-i keçmiş 2 Sarı nənə yaşayırdı (Mənbə: Hacı Nərimanoğlu “Oğuz yurdum Qubadlım”, «Azərbaycan» jurnalı, 1999 -cu il № 7).

Və acı təəssüflər olsun bu kimi sadə həqiqətləri cəmiyyətimizə, doğma türk qardaşlarımıza, əcnəbilərə çatdıra bilmirik, ona görə ermənibaşçısı Türkiyə prezidentinə “Sarı gəlin”i “Dağlı gəlin” kimi anladır, rus-sovet xəritələrində ən saf sulu “Böyük dəniz” dönüb olur “Çernoye more”...
Bu yazı sayğıdəyər alimimiz dosent Zaur Əliyevin “Sərkisyan Abdullah Gülə “Sarı gəlin” haqda nə demişdi? – Mahnının yaranma tarixçəsi” Həsən Padşah və onun EŞQ mahnısı “Sarı Gəlin” başlıqlı məqaləsinin təsiri ilə yazıldı: https://globalinfo.az/serkisyan-abdullah-gule-sari-gelin-haqda-ne-demisdi-mahninin-yaranma-tarixcesi/ 2025.01.24 20:42 Mədəniyyət.
Hacı Nərimanoğlu
Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!