Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
12-02-2025, 22:15
Putindən sonra Zelenski ilə danışdı


Putindən sonra Zelenski ilə danışdı

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdığını bildirib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
Bundan əvvəl Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və onunla Ukraynadakı vəsiyyəti müzakirə edib
"İndicə Ukrayna prezidenti Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, prezident Putin kimi barışmaq istəyir”, - Tramp qeyd edib.
12-02-2025, 22:07
Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətə başlayır? - Kobaxidzedən AÇIQLAMA


Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətə başlayır? - Kobaxidzedən AÇIQLAMA

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.
Bunu Dubayda jurnalistlərlə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.
12-02-2025, 21:44
Koalisiya danışıqları növbəti dəfə uğursuz oldu


Koalisiya danışıqları növbəti dəfə uğursuz oldu

Avstriyada keçən il sentyabrın 29-da baş tutan parlament seçkilərindən sonra hökumət böhranı dərinləşməkdə davam edir. Yeni formatda koalisiya danışıqları bu gün də uğursuzluqla başa çatıb və siyasi qüvvələr arasında ortaq məxrəc əldə etmək mümkün olmayıb.
Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandırıb və hökuməti qurmaq üçün ona verilmiş mandatdan geri çəkilib. Bununla da sağçılar və mərkəzçilər arasında qurulması gözlənilən koalisiya iflasa uğrayıb.
Qeyd edək ki, yanvar ayının 5-də dövlət başçısının mandatı əsasında seçkilərdə 28,8 faiz səslə qalib gələn sağçı radikal Avstriya Azadlıq Partiyası (FPÖ) yeni hökuməti təşkil etmək üçün Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başladı. Seçkilərdə 26,2 faiz səslə ikinci yer tutan mərkəzçi-mühafizəkar ÖVP daha öncə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparıb və yeni ilin ilk günlərində tərəflər arasındakı fikir ayrılığı səbəbilə bu danışıqlar uğursuzluqla nəticələnmişdi.
Bundan sonra seçkilərdə qalib gələn FPÖ ikinci yerdəki ÖVP ilə koalisiya danışıqlarına start verdi və ilk günlərdən mətbuata sızan məlumatlarda danışıqların çətin irəlilədiyi, tərəflərin siyasi baxış və resurs bölgüsündə ciddi fikir ayrılığına sahib olduğu bildirilirdi. Yekun olaraq daxili işlər və maliyyə kimi mühüm nazirliklərin hansı tərəfdaşın səlahiyyət dairəsində olması barədə gərginlik danışıqların dalana dirəndiyini açıq şəkildə nümayiş etdirdi.
FPÖ sədri Herbert Kikl mətbuat açıqlamasında danışıqların pozulmasında qarşı tərəfi günahlandırıb. O, partiyasının danışıqlarda dəfələrlə qarşı tərəfə doğru addım atdığını, lakin ÖVP tərəfindən həlledici mövzularda heç bir güzəştli yanaşma müşahidə olunmadığını qeyd edib.
ÖVP tərəfindən isə bildirilib ki, danışıqlarda ilk mərhələdə birgə hökumət üçün prinsipial şərtlər və öhdəliklər, eləcə də resurs bölgüsü müəyyənləşməli, sonrakı mərhələdə isə məzmun və detal danışıqları baş verməli idi. Lakin prinsipial baza şərtlərinə məhəl qoymayan FPÖ-nün və beş həftə davam edən danışıqlarda H.Kiklin cəmi 7 saat danışıqlar masası arxasında əyləşməsi bu partiyanın yanaşmasını açıq şəkildə ortaya qoyub.
12-02-2025, 21:00
Putin Trampı Moskvaya dəvət etdi


Putin Trampı Moskvaya dəvət etdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını deyib.
Telefon danışığı bu səhər baş tutub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Trampla telefon danışığı apardığını təsdiqləyib.
Putin Trampı Moskvaya dəvət edib.
Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.
“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.
12-02-2025, 20:40
11-ci sinif şagirdi vəfat etdi


11-ci sinif şagirdi vəfat etdi

Bakıda orta məktəb şagirdi vəfat edib.
238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əli Məmmədov dünyasını dəyişib.
Onun uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.
12-02-2025, 20:17
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı açıqlandı


Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı açıqlandı

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.
Bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib. İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
12-02-2025, 18:14
Putin onunla ilk dəfə danışdı


Putin onunla ilk dəfə danışdı

Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı aparıb.
Bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı Suriyadakı vəziyyət müzakirə olunub.
“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda qeyd olunub.
Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.
12-02-2025, 18:00
Prezident bu quruma Agentlik statusu verdi


Prezident bu quruma Agentlik statusu verdi

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.
Bununla bağlı dövlət başçısı yeni fərmanlar imzalayıb.
Təsdiq olunmuş struktura görə, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.
Agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.
Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.



Azərbaycan Respublikasının Nazirlər Kabineti:



Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
12-02-2025, 17:48
Arxalanacağımız dostlara malik olmaq çox vacibdir


Arxalanacağımız dostlara malik olmaq çox vacibdir

Tərəfdaşlığımızın (Somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.
12-02-2025, 17:45
Moskva Zelenskinin təklifini RƏDD ETDİ


Moskva Zelenskinin təklifini RƏDD ETDİ

Rusiya heç vaxt öz ərazilərinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və etməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin müvafiq açıqlamalarını şərh edərkən deyib:
“Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək”
Fevralın 11-də Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa nail olsa, o zaman Rusiyaya ərazi mübadiləsi təklif etməyə və Kiyevin Rusiya Federasiyasının Kursk vilayətində ələ keçirdiyi torpaqları Moskvaya verməyə hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!