Əsgəran qalasından ən son görüntülər .....                        Polad Həşimovun necə şəhid olduğu açıqlandı .....                        Sexdə 3 nəfər dəm qazından zəhərləndi .....                        Bakıdakı ermənilərin növbəti məhkəməsi: YENİ FAKTLAR .....                        Türkiyə Ukrayna-Rusiya danışıqları üçün ideal məkandır .....                        Həmin görüş Ukrayna üçün sürpriz olub .....                        Prezident və xanımının Ağdam səfərindən FOTOLAR .....                        Səfirliklər bərpa olunur .....                        “Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs həbs olundu .....                       
14-02-2025, 23:53
Azərbaycan-Serbiya əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Serbiya əməkdaşlığı müzakirə olundu

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
XİN-dən bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə verilən davamlı dəstək məmnunluqla qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
14-02-2025, 23:27
Ləğv edilən bələdiyyələrin siyahısı

Ləğv edilən bələdiyyələrin siyahısı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Siyahını təqdim edirik:

14-02-2025, 22:31
Ermənilər tərəfindən 170 azərbaycanlı işgəncələrlə öldürülüb

Ermənilər tərəfindən 170 azərbaycanlı işgəncələrlə öldürülüb

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb.
Bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib.
O bildirib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb:
"Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".
14-02-2025, 21:55
Qəzzada əldə edilmiş atəşkəsin qorunması vacibdir - Nazir

Qəzzada əldə edilmiş atəşkəsin qorunması vacibdir - Nazir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan və İsrail arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
C.Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14-02-2025, 21:47
Bakıda gecə tıxacı - SİYAHI

Bakıda gecə tıxacı - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
14-02-2025, 20:48
İranla sərhədə gedən yoldan yeni görüntüsü yayıldı

İranla sərhədə gedən yoldan yeni görüntüsü yayıldı

Azərbaycanın Ələt-Astara İranla dövlət sərhədi magistral yolunun Yenikənd-Biləsuvar hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" sosial şəbəkədəki hesabında yazıb.
"Xeyirli, uğurlu olsun!", - paylaşımda bildirilib.
Qeyd edək ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı 2018-ci ildə olub.
2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Yenikənd-Biləsuvar Yenikənd-Biləsuvar 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7,5 metrdir.
14-02-2025, 20:31
" Kitablar ən yaxın dostumuzdur " adlı tədbir keçirildi.

"Kitablar ən yaxın dostumuzdur " adlı tədbir keçirildi

14 fevral 2025 - ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə "14 fevral Beynəlxalq Kitab Bağışlanma Günü" münasibəti ilə " Kitablar ən yaxın dostumuzdur " adlı tədbir keçirildi. Tədbirdə Hamlet İsaxanlının, Turan İbrahimovun Əzizə Cəfərzadə haqqında və özünün yazdığı , Vaqif Osmanlının, Ali Kafkazyalının kitabları və Mirvarid Dilbazi Poeziya Məclisinin dəstəyi ilə işıq üzü görən 100 kitab 100 tələbəyə hədiyyə olundu.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent, folklorşünas Aynur Qəzənfərqızı, Xalq Yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, şəhid anası Sevil Hüseynova, araşdırmaçı, yazıçı Vaqif Osmanlı çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı " Beynəlxalq Kitab Bağışlama Günü" münasibəti ilə İmişli Rayon Diferensial Tədris Mərkəzinin rəhbəri Elşən Şəmmədova 100 kitab göndərdiyini qeyd edib. Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə İmişlidə fevralın 9 -dan başlayan Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimiz Rəssam Gülnarənin rənglər dünyasında" adlı fərdi sərgisinin sonuncu günü olaraq tədbir iştirakçılarına hədiyyə olunacaq.
Tədbirdə Ramin Qarayevin ifasında saz havaları dinlənildi. Kitaba həsr olunmuş möhtəşəm tədbir gözəl bir kitab bayramı kimi ürəklərə və yaddaşlara yazıldı.
Sonda xatirə şəkilləri çəkildi.
14-02-2025, 20:25
ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan

ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan

Türkiyə ABŞ Prezidenti Donald Trampın qlobal sülh gündəliyinin təmin edilməsi ilə bağlı seçkiqabağı vədlərinə əməl etməsini gözləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri çərçivəsində onu müşayiət edən jurnalistlərə söyləyib. Türkiyə liderinin sözlərinə görə, Ağ evin yeni rəhbərinin addımları müharibəyə deyil, sülhə xidmət etməlidir.
Ərdoğan Yaxın Şərqdəki vəziyyətə diqqət çəkərək, “Mən etdim, belə də olacaq” prinsipinin regionda işə yaramayacağını vurğulayıb. “Qəzza sektorunda hazırkı vəziyyət həqiqətən də çox həssas və qarışıqdır. Buna görə də münaqişənin ədalətli həlli yollarının təmin edilməsi istiqamətində atılacaq addımlar üstünlük təşkil etməlidir. Bu, fələstinlilərin hüquqlarının müdafiəsi üçün vacib amildir”, - deyə Türkiyə Prezidenti söyləyib və Ankaranın Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin əldə edilməsi ilə bağlı çağırışlarını xatırladıb.
D.Trampın Qəzza ilə bağlı bəyanatlarını şərh edən Türkiyə Prezidenti deyib: “Təəssüflər olsun ki, ABŞ bizim regionla bağlı səhv mövqe tutub. İstənilən addım regionun tarixi irsi və dəyərlərini nəzərə alaraq atılmalıdır. Bundan kənar istənilən nəzər nöqtəsi Birləşmiş Ştatlara fayda verməyəcək. Bu, gözlənilən sülhün bərpa edilməsi planına zidd və səhv yoldur”.
O əminliklə bildirib ki, fələstinlilərin Qəzza sektorundan köçürülməsi ilə bağlı bəyanatları heç bir müsəlman dövləti dəstəkləməyəcək və Yaxın Şərqdə yalnız qarşıdurmaların daha da dərinləşməsinə gətirib çıxaracaq.
Ankaranın xarici siyasi kursuna gəlincə, Ərdoğan söyləyib ki, Türkiyənin nüfuzu artdıqca, Şərqdə və Qərbdə ölkəyə olan maraq daha da artacaq.
Rəcəb Tayyib Ərdoğan Türkiyəni “iki müxtəlif dünya arasında möhkəm körpü” adlandırıb.
14-02-2025, 20:24
ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan

[b]ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan[/b]

14-02-2025, 20:17
Aparıcının həyətinə düşən daş meteorit imiş - FOTO

Aparıcının həyətinə düşən daş meteorit imiş - FOTO

Bir neçə gün öncə tanınmış aparıcı Leyla Mustafayeva evinin bağçasına meteorit düşdüyünü bildirib.
Aparıcı sosial şəbəkədə paylaşım edərək həmin daşın meteorit olduğunun təsdiqləndiyini yazıb.
Onun sözlərinə görə, Geologiya və Geofizika İnstitutu tərəfindən daşın meteorit olduğu rəsmi şəkildə təsdiq olunub.
“Bu da nəticə. Daşım meteoriddir”, - aparıcı qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!