İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
23-02-2025, 23:16
Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ


Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
"Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.
Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.
Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.
Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq", - açıqlamada bildirilir.
23-02-2025, 22:53
BDU tələbələrinin nəzərinə! - Sabah dərslər...


BDU tələbələrinin nəzərinə! - Sabah dərslər...

Mövcud hava şəraiti nəzərə alınaraq, yaranmış zərurətlə əlaqədar Bakı Dövlət Universitetində təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi hibrid formada həyata keçiriləcək.
Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.
Qeyd olunub ki, əyani formada iştirak edən təhsilalanlar üçün dərslər ənənəvi qaydada, əyani formada iştirak edə bilməyən tələbələr üçün isə "Blackboard" platforması üzərindən təşkil olunacaq.
23-02-2025, 22:49
“Mançester Siti” öz meydanında məğlub oldu


“Mançester Siti” öz meydanında məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında XXVI tur başa çatıb.
Son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Nyukasl” evdə “Nottingem Forest”i qəbul edib. Yeddi qolun vurulduğu matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıblar.
Tura mərkəzi oyunla yekun vurulub. Çempionatın lideri “Liverpul” səfərdə “Mançester Siti”nin qonağı olub. Mersisayd təmsilçisi bu görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları 14-cü dəqiqədə Məhəmməd Salah və 37-ci dəqiqədə Dominik Soboslay vurublar.
Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Liverpul” turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 44 xalla 4-cü pillədə qərarlaşıb.
23-02-2025, 22:17
Bakıda taksi qiymətləri kəskin artıb


Bakıda taksi qiymətləri kəskin artıb

Bakıda taksi qiymətləri kəskin şəkildə artıb.
Sosial şəbəkə istifadəçiləri bu barədə paylaşımlar edirlər.
Məlumata görə, adi günlərdə 5-7 manata başa gələn qısa məsafəli taksi səfərləri üçün hazırda 25 manatdan çox tələb olunur.
Sərnişinlər bildirirlər ki, təkcə qiymət artımı deyil, eyni zamanda taksi tapmaq da çətinləşib. Mobil taksi tətbiqlərində maşın tapmaq mümkün olmur və bir çox sürücü sifariş qəbul etmir.
Taksi qiymətlərinin artması hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirilir. Hazırda paytaxtda güclü qar yağır və yolların buz bağlaması nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Həmçinin avtobuslar bu gün saat 21:00-dək fəaliyyət göstərib. Nəticədə taksi şirkətləri və sürücülər riskin artmasını əsas gətirərək qiymətləri yüksəldiblər.
Sərnişinlər və sürücülər arasında yaranan bu vəziyyət bir sıra narazılıqlara səbəb olub. Bəzi vətəndaşlar taksi şirkətlərinin süni şəkildə qiymətləri artırdığını iddia etsələr də, sürücülər bunun hava şəraiti ilə bağlı qaçılmaz olduğunu bildirirlər.
23-02-2025, 22:02
Kansler məğlub olduğunu etiraf etdi


Kansler məğlub olduğunu etiraf etdi

Almaniya kansleri Olaf Şolts bu gün keçirilən parlament seçkilərində təmsil etdiyi Sosial Demokrat Partiyasının (SPD) məğlub olduğunu bildirib.
O, məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb.
"Bu seçkinin nəticələrinə görə məsuliyyət daşıyıram. Bu acı bir nəticə, seçki məğlubiyyətidir", - Şolta deyib.
"Exit-poll" nəticələrinə görə SPD üçüncü yeri tutub.
23-02-2025, 21:44
Sabah universitetlərdə dərslər onlayn olacaq


Sabah universitetlərdə dərslər onlayn olacaq

Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah bir çox universitetdə dərslər onlayn formatda keçiriləcək. Onlayn tədrisə keçən universitetlər aşağıdakılardır:

Azərbaycan Texniki Universiteti (AzTU),

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),

Bakı Mühəndislik Universiteti (BMU),

Türkiyə-Azərbaycan Universiteti (TAU),

Sumqayıt Dövlət Universiteti (SDU),

Xəzər Universiteti,

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU),

Bakı Slavyan Universiteti (BSU),

Bakı Biznes Universiteti,

Azərbaycan Universiteti,

Avrasiya Universiteti,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

Azərbaycan-Fransız Universiteti (UFAZ),

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,

Azərbaycan Dillər Universiteti,

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
23-02-2025, 21:42
Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu


Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu

Almaniya parlamentinə keçirilən növbədənkənar seçkilərin başa çatmasından sonra "exit-poll" nəticələri açıqlanıb.
Nəticələr Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) partiyalar blokunun qalib olduğunu göstərir.
CDU/CSU 28,5% səs toplayır. Seçkilərdə seçicilərin 83 faizi iştirak edib.
Exit-poll nəticələrinə görə, ifrat sağçı “Almaniya üçün Alternativ” 19,8% səslə ikinci yerdədir. Bu arada hazırkı kansler Olaf Şolzun mənsub olduğu Sosial Demokrat Partiyası 16,5%-lik tarixi minimuma enərək üçüncü yerdədir. Mərkəz solçu Birlik 90/Yaşıllar 12% səs toplayıb.
23-02-2025, 21:28
İntihara cəhd edən gənc şairin son durumu açıqlandı


İntihara cəhd edən gənc şairin son durumu açıqlandı

İntihara cəhd etmiş şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.
Sabunçu xəstəxanasının mətuat xidmətindən APA-ya bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.
Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
23-02-2025, 20:53
17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır


17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır

Bərdə rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Rayonun Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.
Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
23-02-2025, 20:25
Qarlı havada "BMW" yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR


Qarlı havada "BMW" yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

[media=https://youtu.be/EXsZw2O5ZCQ]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!