Birinci kanalın aparıcısının saxta pasportları üzə çıxdı .....                        Məni və övladlarımı ölümlə hədələyirlər - Jurnalist kömək istəyir .....                        Soyuducuda 4 kq narkotik gizlədən şəxslər saxlanıldı - FOTO .....                        "Qalatasaray"dan iki qolluq qələbə .....                        İnternet Vergi İdarəsinə giriş təhlükəli ola bilər - ÇAĞIRIŞ .....                        Paşinyan Qazaxla sərhədə gəldi .....                        Soyqırımı qurbanlarına baxmağa üzləri belə olmayıb... - FOTO .....                        Müavinət və təqaüdlərdə artım olacaq - Nazirlik .....                        Sərhədimizdə PUA zərərsizləşdirildi - FOTO .....                       
17-04-2025, 16:48
Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı


Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.
"Taliban" 2003-cü ildən Rusiyada terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilir. “O, Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarırdı”, - deyə məhkəmə qərarında qeyd edilib.
2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə “Əfqanıstan İslam Əmirliyi”nin yaradıldığını elan etdilər. “Taliban” qadınların hüquq və azadlıqlarını şəriət qanunları çərçivəsində təmin edəcəklərinə söz verib. Rusiya da bir sıra başqa ölkələr kimi hərəkata siyasi tələblər irəli sürüb, ilk növbədə hakimiyyətin inklüzivliyi və elementar insan hüquqlarına riayət olunmasını tələb edir. Rusiya rəsmiləri ilə “Taliban” arasında siyasi təmaslar davam edir. Ötən ilin yanvarında xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi.
2024-cü ilin mayında Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Agentliklər “Taliban”ın Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini və orada real güc olduğunu qeyd ediblər. Prezident bu təşəbbüsü şərh edərkən deyib ki, Kabillə münasibətlər necəsə qurulmalıdır.
2023-cü ildə “Taliban” Qazaxıstandada terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb.
17-04-2025, 16:42
İlham Əliyev bu sənədi təsdiq etdi


İlham Əliyev bu sənədi təsdiq etdi

2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
17-04-2025, 16:38
Ermənistanla Azərbaycan arasında yeni müharibəni unudun! - Paşinyan


Ermənistanla Azərbaycan arasında yeni müharibəni unudun! - Paşinyan

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 17-də parlamentdə deyib.
“Ermənistan və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb. Bu, təkcə siyasi müstəvidə deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir. Bu sənəddə Alma-Ata bəyannaməsi ümumilikdə münasibətlərin tənzimlənməsinin əsas prinsipi kimi qəbul edilib. Və bu bəyannamədə əsas prinsiplər sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, bir-birinin ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, güc tətbiq etməməkdir”.
Ermənistanla Azərbaycanın sülh sazişi layihəsinin bütün maddələrini razılaşdırdıqlarını vurğulayan N. Paşinyan onu imzalamağa hazır olduqlarını bəyan edib.
“Ermənistanla Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq. Biz eyni vaxtda sülh sazişini və Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı imzalamağa hazırıq”, - Paşinyan bildirib.
17-04-2025, 16:13
Azərbaycan və Serbiya HHQ komandanları görüşdü


Azərbaycan və Serbiya HHQ komandanları görüşdü

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar.
Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.
17-04-2025, 16:09
Palata "Semaşko"da yoxlama apardı - Nöqsanlar aşkarladı


Palata "Semaşko"da yoxlama apardı - Nöqsanlar aşkarladı

Hesablama Palatası “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsə ayrılmış dövlət vəsaitinin digər dövlət əmlakının idarə olunmasına dair audit keçirib.
Audit 01.01.2022-ci il tarixdәn 01.01.2024-cü il tarixәdәk dövrü әhatә edib.
Qeyd edilib ki, dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әskik vә ya artıq gәlmәsi ilә nәticәlәnmiş, dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması 2457,1 min manat dәyәrindә maşın vә avadanlıqların uzunmüddәtli saxlanılması, elәcә dә 297,1 min manat dәyәrindә dәrman vasitәlәri vә tibbi lәvazimatların istifadә müddәti әrzindә istifadә olunmaması ilә dövlәt vәsaitlәrin sәmәrәli icrası tәmin olunmayıb. Elәcә dә, tibbi sәrfiyyatla bağlı normaların vә hesabatlılığın tәlәblәrinә әmәl olunmaması artıq vәsait icrasına sәbәb olmuş, hәmçinin hәkim tәyinatı olmadan dәrman vasitәlәrinin silinmәsi әmlakın istifadәsi vә әhalinin sağlamlığının qorunması istiqamәtindә risklәri formalaşıb.
Agentliklә Xәstәxana arasında bağlanmış müqavilәnin şәrtlәrindә әks olunmuş zaman tәnzimlәmәlәrinә әmәl edilmәmiş, xidmәtlәrin dәyәri gecikmәlәrlә ödәnilmişdir. Belә ki, 2022- ci ildә ekspertizadan keçmiş vә dәyәrinin ödәnilmәsi üçün qәbul olunmuş xidmәtlәrin 17356,5 min manat dәyәrinin 28,3%-i, 2023-cü ildә 29852,9 min manat dәyәrinin 40,1%-i növbәti ildә ödәnilmişdir. 2024-cü ilin yanvar-mart aylarında göstәrilmiş xidmәtlәr üzrә isә auditin başa çatdığı dövrәdәk hәr hansı ödәmә aparılmayıb.
Hesablama Palatasından bildirilib ki, toplanmış audit sübutları audit predmetinin bütün әhәmiyyәtli aspektlәr baxımından müәyyәn edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nәticә çıxarmaq üçün yetәrli vә müvafiq olmaqla kafi әminliyi formalaşdırmışdır. Fikrimizcә, Xәstәxana tәrәfindәn tibbi xidmәtlәrin tәşkili, gәlir әldә etmәk imkanlarından istifadә olunması, dövlәt satınalmalarının hәyata keçirilmәsi, tәmir xәrclәrinin icrası, hәmçinin mühasibat uçotunun tәşkili vә maliyyә hesabatlarının tәrtibi, elәcә dә daxili nәzarәt sisteminin qurulması vә tәmin edilmәsi istiqamәtindә fәaliyyәti qüvvәdә olan hüquqi aktlara uyğun deyil.
17-04-2025, 16:01
43 nəfər 300 bal topladı: Keçid balları qalxacaq, enəcək?


43 nəfər 300 bal topladı: Keçid balları qalxacaq, enəcək?

11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 2 mart tarixli buraxılış imtahanlarının da nəticələrilə birlikdə bu il ümumilikdə 43 nəfər maksimum bal toplayıb. Bu isə keçən ilə nisbətən zəif nəticədir - 10 nəfər azdır.
Buraxılış imtahanında toplanılan balların ixtisas seçiminə təsiri haqqında təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəticələr gözləntiləri doğrultdu, sadəcə maksimal nəticə göstərənlər ötən illə müqayisədə bir qədər azdır:
“200 və daha çox bal toplayanlar isə keçən illə nisbətən daha yüksəkdir. Bu da onu deməyə əsas verir ki, ixtisaslar üzrə formalaşacaq keçid ballarına V qrup və 11 illik bazada kolleclər istiqamətində artım müşahidə olunacaq. Çünki hər iki istiqamət üzrə qəbul məhz buraxılış imtahanında aparılır”.
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün qəbul etdiyi qərar da keçid ballarına təsir edəcək:
“DİM bu gün elan edib ki, bu il I ixtisas qrupunda həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər I cəhddə bir, II cəhddə isə digər altqrupu seçə bilərlər. Yəni bir imtahanda iki altqrupu eyni anda seçə bilməzlər. Bu da onu deməyə əsas verir ki, I qrupda riyaziyyat-informatika altqrupu istiqamətində ixtisasların formalaşacaq keçid ballarında müəyyən qədər enmə müşahidə oluna bilər”.
“Bundan başqa biz 6 aprel tarixli imtahanın nəticələrin də gözləyirik. Burada da əvvəlki ilin məzunları, cari ildə buraxılış imtahanında üzrlü və üzrsüz səbəblərdən iştirak edə bilməyən abituriyentlərin nəticələri bilinəcək. Ondan sonra maksimal nəticə göstərən şagirdlərin daha dəqiq sayını biləcəyik",- deyə sonda E. Əfəndi qeyd edib.
Təhsil eksperti Elmin Nuri isə qeyd edib ki, ümumi nəticələr onu deməyə əsas verir ki, builki nəticələr keçən ilki nəticələrlə oxşarlıq təşkil edir. Bu da blok imtahanları və ixtisas seçimində daha sərt rəqabətin müşahidə olunacağı deməkdir.
17-04-2025, 15:40
Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsində - FOTO


Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsində - FOTO

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.
Tanya Fayon əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.





17-04-2025, 15:21
Ceyhun Bayramov Sloveniya şirkətlərini Qarabağın bərpa işlərində iştiraka dəvət etdi


Ceyhun Bayramov Sloveniya şirkətlərini Qarabağın bərpa işlərində iştiraka dəvət etdi

Sloveniya şirkətlərini Qarabağa və Şərqi Zəngəzura dəvət edirik, şirkətlər regionda aparılan bərpa işlərində iştirak edə bilərlər.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Sloveniya biznes- forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu və güclü dövlət dəstəyi ilə beynəlxalq biznes üçün cəlbedici mühit yaradır.
“Azərbaycanla Sloveniya arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mövzusunda danışarkən, turizm sektorunun potensialını nəzərdən qaçırmaq olmaz. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır. Bundan əlavə, ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin əməkdaşlığın yalnız paytaxt şəhərlərlə məhdudlaşmaması, regionlararası biznes əlaqələrinin inkişafı əməkdaşlığımızın şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi baxımından faydalı olacaq. Son 20 ildə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi mühüm rol oynayıb”, - deyən nazir bildirib.
Ceyhun Bayramov bu cür biznes-forumların mütəmadi keçiriləcəyinə ümidini ifadə edib və gələcəkdə həm ümumi, həm də tematik forumların ikitərəfli ticarətin, qarşılıqlı investisiyaların artmasına yeni təkan verəcəyini diqqətə çatdırıb.
Nazir, həmçinin deyib ki, gələn il Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olsa da, ölkələr arasındakı dostluq və əməkdaşlıq son 30 illə məhdudlaşmır: “80 il əvvəl Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseyn partizan döyüşlərində “Mixaylo” adı ilə tanınaraq, Sloveniyanın faşist işğalından azad olunması uğrunda canından keçərək xalqlarımız arasında qardaşlıq əlaqələrinin təməlini qoyub. Azərbaycanla Sloveniya arasında son dövrlərdə baş tutan yüksəksəviyyəli təmaslar, dərinləşən siyasi dialoq, iqtisadi əməkdaşlığın davamlı artımı, birgə işçi qrupun iclası və biznes-forumu tərəflərin geniş sahələr üzrə əməkdaşlığını inkişaf etdirməklə qarşılıqlı marağını və güclü siyasi iradəsini aydın şəkildə nümayiş etdirir. İnanırıq ki, işçi qrupunun iclaslarından ticarət, investisiya, enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, turizm, təhsil və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək üçün əsas mexanizm kimi istifadə etməliyik. Biz bu müzakirələr çərçivəsində qəbul olunmuş qərarların tam icrası üçün bütün zəruri birgə səyləri səfərbər etməliyik. Biznes-forum iş adamları, şirkət nümayəndələri və işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyən edilməsi və uyğun layihələrin həyata keçirilməsi baxımından çox önəmli bir platformadır”.
17-04-2025, 15:15
Arkadi Qukasyandan etiraf - Azərbaycanlılar Xankəndidən məcburi çıxarılıb


Arkadi Qukasyandan etiraf - Azərbaycanlılar Xankəndidən məcburi çıxarılıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirəndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
O, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib.
Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında isə bu hadisəni xatırladığını deyib.
A.Qukasyan hadisələr baş verən vaxtlarda - ötən əsrin 90-cı illərdə Ermənistandan Azərbaycan ərazilərinə (Xankəndiyə və digər yerlərə) gələnlərin olduğunu təsdiqləyib, lakin silahların haradan gətirilməsi barədə məlumatsız olduğunu iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
17-04-2025, 00:47
ABŞ bu ölkəyə 14 zərbə endirdi


ABŞ bu ölkəyə 14 zərbə endirdi

ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!