MİLLİ DƏYƏRLƏRİMİZ MƏNƏVİ GÜCÜMÜZDÜR .....                        Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır .....                        Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır - BƏYANAT .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        İstanbulda məktəb və universitetlər üçün 2 günlük tətil elan edildi .....                        Ermənistana məlumat ötürməkdə təqsirləndirilənə hökm oxundu .....                        Türkiyəli spiker dağıdıcı zəlzələyə hazır olmağa çağırıb .....                        Xoşqədəm Hidayətqızına fəxri doktor adı verildi .....                       
Dünən, 17:06
Xoşqədəm Hidayətqızına fəxri doktor adı verildi


Xoşqədəm Hidayətqızına fəxri doktor adı verildi

Beynəlxalq Elm və Texnologiya Universiteti ("International Science & Technology University") tərəfindən Əməkdar jurnalist və televiziya aparıcısı Xoşqədəm Baxşəliyevaya fəxri doktor adı verilib.
Diplom rəsmi mərasim zamanı universitetin rektoru prof. dok. Erdal Dursun və rektor müşaviri prof. dok. Bəxtiyar Nəcəfov tərəfindən təqdim olunub.
Beynəlxalq Elm və Texnologiya Universiteti dünyanın fiziki məhdudiyyətli şəxslər üçün yaradılmış ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, 10 beynəlxalq akkreditasiyaya malikdir. Universitet təhsil, elmi araşdırma və inklüziv cəmiyyətin qurulması sahəsində mühüm istiqamətləri üzrə fəaliyyət göstərir.
Dünən, 16:55
İstanbul zəlzələsində binalardan tullanan 151 nəfər yaralanıb


İstanbul zəlzələsində binalardan tullanan 151 nəfər yaralanıb

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Valilik 151 nəfərin hündür yerlərdən atıldığını açıqlayıb.
Panika səbəbilə hündürlükdən tullanaraq yaralanan 151 vətəndaşın xəstəxanalarda müalicəsi davam edir və onların həyati təhlükəsi yoxdur.
Zəlzələ zamanı enerji təchizatı və infrastruktur, təbii qaz təchizatı, içməli su və kanalizasiya infrastrukturunda ümumi həyata təsir edəcək hər hansı bir mənfilik yaşanmayıb.
"Zəlzələdə can itkisi olmayıb. 151 vətəndaşın yüksəklikdən tullanması səbəbinən xəsarət alması müəyyənləşdirlib. Onların müalicəsi davam edir", - məlumatda deyilir.
Xatırladaq ki, İstanbulda son bir saat ərzində 8 zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, yerli vaxtla saat 12:19-da baş vermiş 3,9 bal gücündə ilk zəlzələdən sonra şəhərdə daha 7 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən kiçiyi İstanbulun Böyükçekmece rayonunun sahillərində 3,4 bal, ən şiddətlisi isə Mərmərə dənizinin İstanbulun Silivri rayonu suları ərazisində 6,2 bal gücündə olub.
Qeyd edək ki, şəhərdə saat 12:19-da baş verən 3,9 bal gücündəki ilk zəlzələdən sonra 6.2, 4.4, 5.9, 4.8, 4.5, 4.9 və 3.4 gücündə yeraltı təkanlar qeydə alınıb.
Dünən, 16:17
Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır


Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hazırda zəlzələ bölgəsi monitorinq edilir.
Xatırladaq ki, bu gün İstanbulda ardıcıl bir neçə zəlzələ olub.
Dünən, 15:53
Çin Ayın səthində nüvə reaktoru inşa edəcək


Çin Ayın səthində nüvə reaktoru inşa edəcək

Çin və Rusiyanın rəhbərlik etdiyi Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) quraşdırılması planlarına Ayın səthində nüvə reaktorunun tikintisi də daxildir.
Bu məlumat aprelin 23-də Pekində keçirilən təqdimat zamanı verilib.
Çinin 2028-ci il “Chang'e-8” missiyasının baş mühəndisi Pey Çjaounun təqdimatında qeyd edilib ki, bazanın enerji təchizatı Ayın səthində qurulacaq irimiqyaslı günəş panellərindən də asılı ola bilər.
“Chang'e-8” missiyası insanların uzun müddət qalacağı Ay bazasının tikintisi üçün zəmin yaratmağı hədəfləyir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı 2030-cu ilə qədər böyük bir kosmik gücə çevrilməyi və astronavtları Aya endirməyi planlaşdırır.
Çinin Ayın cənub qütbündə forpost tikmək qrafiki NASA-nın 2025-ci ilin dekabrında ABŞ astronavtlarını Yerin təbii peykinin səthinə qaytarmağı hədəfləyən daha iddialı və təkmil “Artemida” proqramı ilə üst-üstə düşür.
Pekin Mühəndislik Akademiyasının akademiki və Çinin Ayın kəşfiyyatı layihəsinin baş dizayneri Vu Veyrin keçən il Ayın Cənub qütbünün mərkəzində olan ILRS-in əsas modelinin 2035-ci ilə qədər qurulacağını bildirib.
“Chang'e-8” missiyası Ay zondunun buraxılışının ardından Çinin həyata keçirəcəyi nüvə reaktoru tikintisi mərhələsinin bir hissəsidir.
Pekin gələcəkdə 50 ölkəni, 500 beynəlxalq elmi tədqiqat institutunu və 5000 xarici tədqiqatçını ILRS-ə qoşulmağa dəvət edəcək və “555 layihəsi” yaradacaq.
Dünən, 15:41
Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza


Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza

AFFA İntizam Komitəsi U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.
Matçın sonlarında hakimi təhqir edən “Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov 5 oyunluq sanksiya ilə üzləşib.
Həmin anda eyn hərəkətə yol verən “Şamaxı”nın rəsmisi Amil Mənsimov də 5 matçlıq diskvalifikasiya olunub.
Bundan başqa, “Şamaxı”da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq o, 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq komanda 500 manat cərimələnib.
“Şamaxı”nın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.
Dünən, 15:36
Yasamalda bank kartından 5 min manat oğurlandı


Yasamalda bank kartından 5 min manat oğurlandı

Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb.
Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Dünən, 15:16
Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlandı


Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlandı

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.
Bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:
"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".
Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək.
Dünən, 15:10
Zəlzələ sonrası insanlar küçələrə axın edir


Zəlzələ sonrası insanlar küçələrə axın edir

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra insanlar küçələrə axışıb.
Episentri Mərmərə dənizi və İstanbulun Silivri bölgəsində olan 6,2 bal gücündə zəlzələ İstanbul ilə yanaşı, ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələdən sonra bütün şəhərdə vətəndaşlar küçələrə axın edib. Onlar parklara, açıq ərazilərə toplaşıblar.
İstanbul Hava Limanında sərnişinlər və işçilər də panika içində çölə çıxıblar.
Taksim meydanındakı otel və iş yerlərində çalışan işçilər zəlzələdən sonra bayırda gözləməyə başlayıblar.
Dünən, 15:09
Təqaüd "düzəldən" dələduz həbs edildi


Təqaüd "düzəldən" dələduz həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Dünən, 15:04
Pezeşkian aprelin 28-də Bakıda olacaq - RƏSMİ


Pezeşkian aprelin 28-də Bakıda olacaq - RƏSMİ

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcəyi açıqlanıb.
Bu barədə Prezidentin Siyasi Aparatının rəhbər müavini Mehdi Senai sosial media hesabında paylaşım edib:
"Doktor Pezeşkian Azərbaycan Prezidentinin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcək. Səfər üçün bir çox proqramlar nəzərdə tutulub və bu səfərin iki qardaş ölkə arasında bütün sahələrdə, xüsusən də ticarət və sərhəd bölgələrində əməkdaşlığın tarixi səviyyəyə yüksələcəyi gözlənilir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!