MİLLİ DƏYƏRLƏRİMİZ MƏNƏVİ GÜCÜMÜZDÜR .....                        Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır .....                        Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır - BƏYANAT .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        Azərbaycanla Çin arasındakı sazişlərin DETALLARI .....                        İstanbulda məktəb və universitetlər üçün 2 günlük tətil elan edildi .....                        Ermənistana məlumat ötürməkdə təqsirləndirilənə hökm oxundu .....                        Türkiyəli spiker dağıdıcı zəlzələyə hazır olmağa çağırıb .....                        Xoşqədəm Hidayətqızına fəxri doktor adı verildi .....                       
Dünən, 14:20
İstanbuldakı zəlzələdə balkondan tullanan şəxs yaralandı


İstanbuldakı zəlzələdə balkondan tullanan şəxs yaralandı

İstanbulda baş verən zəlzələ nəticəsində bir nəfər yaralanıb.
Bu barədə TGRT telekanalı məlumat yayıb.
Həmin şəxsin yaralanmasına səbəb zəlzələdən xilas olmaq üçün balkondan tullanması olub.
İstanbul Böyükşəhər Bələdiyyəsi hələlik ciddi bir hadisə barədə məlumatın olmadığını bildirir.
Dünən, 14:02
İstilik təchizatı qiymətləri belə tənzimlənəcək


İstilik təchizatı qiymətləri belə tənzimlənəcək

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənəcək.
Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla, istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək.
Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunacaq.
Dünən, 13:57
İstanbulda şiddətli zəlzələ


İstanbulda şiddətli zəlzələ

Türkiyənin İstanbul şəhərində hiss olunan yeraltı təkan baş verib.
Zəlzələ Silivri rayonu ərazisində qeydə alınıb.
Anadolu Agentliyinin məlumatına görə, Fövqəladə Halların İdarə Edilməsi Mərkəzi (AFAD) zəlzələnin 6,2 bal gücündə olduğunu bəyan edib. Zəlzələ yerli vaxtla 12.49-da baş verib.
Zəlzələnin episentrinin 6,92 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Güclü silkələnmə insanları təşvişə salıb və küçələrə axın olub. Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, AFAD və aidiyyatı qurumlar ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı bütün qrupları ilə araşdırmalara başlayıb.
Dünən, 13:33
Şamaxıda torpaq sürüşməsi


Şamaxıda torpaq sürüşməsi

Şamaxı rayonunda torpaq sürüşməsi olub.
Sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlərin bildirdiyinə görə, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.
Hazırda kəndlə rayon mərkəzi arasında gediş-gəliş tam dayanmasa da, sürüşmə zonasından keçid avtomobillər üçün ciddi təhlükə yaradır. Əraziyə baxış keçirən Yol İdarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər.
Dünən, 13:24
Ata və anasını öldürən oğlana ömürlük CƏZA VERİLDİ


Ata və anasını öldürən oğlana ömürlük CƏZA VERİLDİ

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fikrət Məmmədov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, təqsirləndirilən Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9- cu maddələri ilə ittiham irəli sürülüb.
Dünən, 13:19
Roma Papasının cənazəsi Müqəddəs Pyotr Kilsəsinə gətirildi


Roma Papasının cənazəsi Müqəddəs Pyotr Kilsəsinə gətirildi

Roma Papası Fransiskin cənazəsi onun şəxsi iqamətgahı olan və aprelin 21-də vəfat etdiyi Müqəddəs Marfa evindən Müqəddəs Pyotr Kilsəsinə gətirilib və yaxın vaxtlarda ictimai vida mərasimi başlayacaq.
Vida mərasimini idarə edən Müqəddəs Roma Kilsəsinin kamerlenqosu kardinal Kevin Farrell cənazənin aparılmasından əvvəl ölü duası oxuyub və artıq kilsədə liturgiya ayininə başlayıb. Mərasimdə kardinallar, arxiyepiskoplar, yepiskoplar və kilsə xadimləri iştirak edirlər.
Pontifiklə vida mərasiminin bütün qaydaları xüsusi sənəddə təsvir edilib, lakin Fransisk hələ sağlığında ona bəzi dəyişikliklər edərək proseduru sadələşdirib.
Müqəddəs Pyotr meydanında dindarlar toplaşıb. Roma hakimiyyətinin təxmini hesablamalarına görə, 100 min nəfərədək insanın iştirakı gözlənilir.
Romada misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Müqəddəs Pyotr meydanı, nəqliyyat qovşaqları xüsusi nəzarətə götürülüb. Səmada uçuşsuz zona rejimi elan edilib, PUA-ların zərərsizləşdirilməsi sistemi işə salınıb.
Fransisklə vida mərasimi aprelin 25-dək davam edəcək. Dəfn mərasimi aprelin 26-da dövlət, hökumət başçıları və ruhanilərin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, pontifik Romanın Eskvlino rayonundakı Santa Maria Maggiore bazilikasında dəfn olunmasını vəsiyyət edib. Kilsə dörd əsas papa bazilikalarından biridir
1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər 7 Papa orada dəfn edilib.
Dünən, 13:13
Prezident Çində onunla görüşdü - FOTO



Prezident Çində onunla görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşüb.
Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd etdi. Bildirdi ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını dedi.
Prezident İlham Əliyev də öz növbəsində vurğuladı ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Dövlətimizin başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini dedi.
Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunuldu, Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Son dövrlərdə Çin şirkətlərinin Orta Dəhliz üzrə daşımalarının 80 faizdən çox artdığı diqqətə çatdırıldı, ticarət dövriyyəsinin 20 faiz artımı məmnunluqla qeyd edildi.
Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunuldu, bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulandı, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri qeyd olundu, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı və bir sıra elektrik avtobuslarının yerli səviyyədə istehsalı üçün strateji tərəfdaş kimi müəyyənləşdirildiyi vurğulandı.




Dünən, 13:08
Mehriban Əliyeva Pekindəki Böyük Xalq Sarayından paylaşım etdi - FOTO


Mehriban Əliyeva Pekindəki Böyük Xalq Sarayından paylaşım etdi - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sosial media hesabında Pekindəki Böyük Xalq Sarayından paylaşım edib.
Mehriban Əliyeva, qızı Leyla Əliyeva və onun oğulları Pekindəki Böyük Xalq Sarayı ilə tanış olublar.
Paylaşımı təqdim edirik:






Dünən, 12:56
Azərbaycan-Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL


Azərbaycan-Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddət keçir. Çin 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci ilin aprelində isə tərəflər arasında rəsmi diplomatik münasibətlər təsis edilib. 1992-ci ildə Çinin Bakıda, 1993-cü ildə isə Azərbaycanın Pekində səfirlikləri açılıb.
Çin dünya iqtisadiyyatının əsas aparıcı qüvvələrindən biridir. İldə 19 trilyon dollardan çox məhsul istehsal edən Çin bu göstəriciyə görə yalnız ABŞ-dan geri qalır. Əhalisinin sayı 1,5 milyard olan Çində adambaşına ÜDM 13 min dollardlır. Ölkədə illik iqtisadi artım stabil olaraq 5-6 faiz təşkil edir. Ölkədıə illik inflyasiya 2-3 faiz təşkil edir.
Çin inkişaf etməkdə olan ölkələr arasında ən böyük iqtisadi gücə malikdir. Bu ölkə dünyanın ən böyük ixracatçısı olmaqla yanaşı, əhəmiyyətli bir idxalçıdır. Çin hər il təxminən 2.5 trilyon dollar dəyərində mal ixrac edir. Elektronika, maşın avadanlıqları, geyim və tekstil Çin ixracatının əsas sahələridir. Ölkənin illik idxalı təxminən 2 trilyon dollardır. İdxalın əsasını xam materiallar, texnologiya və enerji təşkil edir.
Çin, həm daxili, həm də xarici sərmayə yatırımlarında böyük bir oyunçudur. İnvestisiyalar əsasən infrastruktur, texnologiya və sənaye sahələrinə yönəlir. Bu ölkə dünyada texnoloji inkişaf sahəsində böyük addımlar atmaqdadır. Huawei, Alibaba, Tencent kimi böyük şirkətlər qlobal bazarda önəmli yer tutur. Çin bərpa olunan enerji sektoruna böyük sərmayələr qoyaraq, dünyanın ən böyük günəş enerjisi istehsalçısıdır. Bu ölkə 5G şəbəkəsini genişləndirməkdə və süni intellekt sahəsində lider olmaqda iddialıdır.
Çin istehsal sahəsində çox güclüdür və qlobal istehsalın böyük hissəsinə nəzarət edir. Ucuz işçü qüvvəsi və geniş resurslara malik olması, ölkəni qlobal istehsalın mərkəzi halına gətirmişdir. Elektronika, avtomobil və geyim istehsalı kimi sahələrdə Çin dünya bazarının lideridir.
Çin, həmçinin dünyanın ən böyük xarici investisiya qoyan ölkəsidir. Çinin dövlət və özəl sektoru inkişaf etməkdə olan ölkələrdə və xüsusilə Afrikada mühüm sərmayələr edir.
Çin, həmçinin Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda mühüm rol oynayır. Çinin güclü beynəlxalq təsiri, onun dünya iqtisadiyyatına təsirini daha da artırır. Çinin aparıcı qüvvə olduğu Asiya İnkişaf Bankı (ADB) və digər regional iqtisadi təşkilatlar da Çinin qlobal iqtisadi siyasətindəki rolunu gücləndirir.
Azərbaycan–Çin iqtisadi əlaqələri son illərdə sürətli dinamika ilə inkişaf edib. 2018-ci ildə 1,3 milyard dollar olan ticarət dövriyyəsi 2023-cü ildə 3,2 milyard dollar yüksəlib.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Azərbaycanın Çinə əsas ixrac məhsulları neft koksu, kimya sənayesi məhsulları və polimerlərdən ibarətdir. Çin isə Azərbaycana əsasən elektronika, avtomobillər, geyim, yüksək texnologiyalı avadanlıqlar, telekommunikasiya məhsulları və s. ixrac edir. Bu struktur asimmetrik olsa da, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli potensial formalaşdırır.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. 2024-cü ilin əvvəlinə qədər Çin Azərbaycana 920 milyon dollara yaxın birbaşa sərmayə yatırıb. Azərbaycan isə Çinə təxminən 1,8 milyard dollar həcmində investisiya qoymuşdur. Hazırda Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 375 şirkətdən 298-i aktiv fəaliyyətdədir. Bu şirkətlər arasında “Huawei” kimi texnologiya nəhəngləri, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir.
Azərbaycanın Çindəki iqtisadi təbliğat platformaları – Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatszedə yerləşən 7 Ticarət və Şərab Evi – Azərbaycan məhsullarının Çin bazarına çıxışına dəstək verir. Həmçinin, bu məhsullar Çinin məşhur “JD” onlayn ticarət platformasında da satışa çıxarılıb.
Azərbaycan və Çin arasında qeyri-neft sahəsində əməkdaşlıq genişlənməkdədir. Xüsusilə yaşıl enerji, yüksək texnologiyalar, innovasiyalar və startap ekosistemləri istiqamətində əməkdaşlıq intensivləşir. Bu kontekstdə “Ələt Azad İqtisadi Zonası” Çin müəssisələri üçün mühüm iqtisadi və logistika qovşağı kimi çıxış edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və infrastruktur imkanları Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Orta Dəhliz marşrutunda mühüm rol oynamasına səbəb olmuşdur. Bakı–Tbilisi–Qars dəmir yolu, Şimal-Cənub və Transxəzər nəqliyyat dəhlizləri vasitəsilə yüklərin Çindən Avropaya daşınma müddəti 12 günə endirilib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi bu logistik imkanları daha da gücləndirəcək.
2024-cü ildə BTQ dəmir yolu xəttində başa çatdırılmış yenidənqurma işləri ilə daşıma gücü artırılıb. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana göndərilən yük qatarlarının sayı 287-yə çatıb, tranzit yüklərin həcmi isə 378 min ton olub ki, bu da ötən illə müqayisədə 86 faiz artıb.
Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə vasitəsilə Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, Orta dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə Çinə, Avropaya və dünyaya inteqrasiyaya imkan yaradacaq ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına daha bir təkan olacaq.
Azərbaycan–Çin iqtisadi münasibətləri strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur. Gələcək perspektivlər enerji, rəqəmsallaşma, elm, nəqliyyat və alternativ enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ilə daha da genişlənəcək. Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşməsi regionda sabitlik və inkişaf üçün strateji zəmin yaratmaqla yanaşı, qlobal ticarət və nəqliyyat sisteminin formalaşmasında da mühüm rol oynayacaq.
Dünən, 12:47
Yağış, dolu, 30 dərəcə isti - Sabahın havası


30 dərəcə isti - Sabahın havası

Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!