Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi .....                        Araz Musayev niyə bıçaqlanıb? .....                        Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir .....                        Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu .....                        Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü .....                        Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir .....                        3 ölkənin lideri seyrangahda .....                        Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu .....                        Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq .....                       
26-05-2025, 17:17
Fiziki məhdudiyyətli yeniyetmə itkin düşdü


Fiziki məhdudiyyətli yeniyetmə itkin düşdü

Sumqayıt şəhər sakini fiziki məhdudiyyətli 14 yaşlı Ömər Yaqubov itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə o, yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
26-05-2025, 16:44
Yaşı 100-dən çox olan seçicilər - Ən qocası qadındır


Yaşı 100-dən çox olan seçicilər - Ən qocası qadındır

212 nəfər yaşı 100-dən çox olan seçicimiz var.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, ən yaşlı qadın seçici Əzizova Tamam 135 yaşındadır: “Kişilərdən isə Hacıyev Fərrux ən yaşlı seçicidir və 105 yaşı var”.
26-05-2025, 16:40
DİN-dən əməliyyat - Saxlanılanlar var (VİDEO)


DİN-dən əməliyyat - Saxlanılanlar var (VİDEO)

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.
Tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

26-05-2025, 16:36
Azərbaycanda seçicilərin sayı AÇIQLANDI


Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov məlumat verilib.
MSK sədri bildirib ki, ölkə üzrə 6 milyon 302 min 93 nəfər seçici var.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verməlidir. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir.
Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.
26-05-2025, 16:28
Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü


Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

Hakan Fidan Moskvada Putinin köməkçisi Medinski ilə görüşüb.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvaya ikigünlük səfəri çərçivəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb.
Görüşdə müzakirə edilən məsələlər açıqlanmayıb.
Qeyd edək ki, Medinski İstanbulda Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəridir.
26-05-2025, 16:25
Rəsmi Bakıdan Paşinyana cavab


Rəsmi Bakıdan Paşinyana cavab

26 may 2025-ci il tarixində Ermənistan Baş nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
“Bundan əlavə, Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır.
Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk Qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir.
Ermənistan Baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”, - XİN rəsmisi vurğulayıb.
Ayxan Hacızadə qeyd edib ki, kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir.
Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.
26-05-2025, 16:20
Daha bir ölkədə Rus evi bağlandı


Daha bir ölkədə Rus evi bağlandı

Suriyadakı Rus evi fəaliyyətini dayandırıb.
Bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.
O, Suriyadakı Rus Evinin fəaliyyətinin və bu ölkədən tələbələrin işə qəbulunun müvəqqəti dayandırıldığını açıqlayıb.
Mərkəzin işinin dondurulması qərarı regiondakı qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə bağlıdır. Təşkilatın əməkdaşları təxliyə edilib, sənədlərin yoxlanılmasında çətinliklər yarandığı üçün Suriyalı tələbələrin dövlət kvotasına əsasən işə qəbulu dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycandakı Rus evinin fəaliyyəti dayandırılıb.
26-05-2025, 16:16
Videosu yayılan şəhid anası danışdı: "İçkili halda oğlumun..."


Videosu yayılan şəhid anası danışdı: "İçkili halda oğlumun..."

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.
Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova bildirib ki, videodakı şəxs içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atıb:
"O kişi tanımadığım insandır, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə etdim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan-döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də, böyüklük göstərib onu bağışladım".
Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar:
“Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”.
Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.
26-05-2025, 15:41
Seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatdı


Seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatdı

2025-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.
Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır.
Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.
Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir.
Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
26-05-2025, 15:36
Şahbaz Şərif İranda səfərdədir


Şahbaz Şərif İranda səfərdədir

Pakistanın Baş naziri Şahbaz Şərif İrana səfər edib.
Şahbaz Şərifi Tehranın Mehrabad hava limanında İranın daxili işlər naziri İskəndər Momeni qarşılayıb.
O, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlərlə bağlı İran rəsmiləri ilə görüşlər keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!