Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-06-2025, 18:02
Azərbaycanda radiasiya təhlükəsi? - Üç nazirlik məlumat yaydı


Azərbaycanda radiasiya təhlükəsi? - Üç nazirlik məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.
Bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb:
“Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir.
Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb. Nəticələr:

- Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib.

- Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilib.

- Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb.

Qeyd edək ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək”.
24-06-2025, 17:44
Qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı


Qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən daha bir taksi sürücüsü saxlanılıb.
Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olub.
Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri keçirilir. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.
Vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur.
24-06-2025, 17:37
Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı


Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı

Ali Məhkəmə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli haqqında hökmü qüvvədə saxlayıb.
İyunun 24-də Şahin Yusifovun sədrlik etdiyi proses onun kasasiya şikayətinə baxıb və təmin etməyib.
N.Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyindən prosesdə iştirak etməyib.
Vəkili Aqil Layıc deyib ki, artıq ölkə daxilində N.Bəydəmirlinin hüquqi müdafiə vasitələri tükənib. Yəqin ki, Avropa Məhkəməsinə şikayət edəcəklər.
N.Bəydəmirli hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
24-06-2025, 17:30
Kəlbəcərdə qeyri-adi doğuş: Körpə təcili yardım maşınında dünyaya gəldi


Kəlbəcərdə qeyri-adi doğuş:Körpə təcili yardım maşınında dünyaya gəldi

Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə etməli olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Kəlbəcər rayonu, Bəylik kəndində yaşayan hamilə qadının doğuş prosesini çağırışa gələn təcili yardım briqadası həyata keçirib.
Bu gün səhər saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.
Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.
Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.
Körpənin cinsi qız, çəkisi 2 kq, boyu isə 44 sm olub. Hazırda ana və körpənin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
24-06-2025, 17:14
Bakıda yaşayış binada yanğın - Sakinlər təxliyə edildi


Bakıda yaşayış binada yanğın - Sakinlər təxliyə edildi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın baş verib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

24-06-2025, 17:12
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı


“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı

“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu gün Xətai rayon Məhkəməsində keçirilən proseslərdə qərar verilib.
Qərara əsasən, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında isə Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
24-06-2025, 17:07
İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp


İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp

ABŞ prezidenti Donald Tramp bu gün yenidən İranda rejim dəyişikliyini görmək istəmədiyini bildirib.
Bu barədə "Reuters" agentliyinin məlumatında bildirilib.
Onun fikrincə, bu, xaosa gətirib çıxaracaq.
Tramp NATO sammitinə gedən Air Force One təyyarəsində jurnalistlərə deyib ki, İranın nüvə silahı olmayacaq.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin ona zəng vurub İran probleminin həllinə kömək etməyi təklif edib.
24-06-2025, 17:00
İranda daha bir general öldürüldü


İranda daha bir general öldürüldü

İsrailin həyata keçirdiyi hücum nəticəsində İranda daha bir general öldürülüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı "Fərəc" kəşfiyyat xidmətinin rəis müavini, briqada generalı Əlirza Lütfi həyatını itirib.
24-06-2025, 16:45
Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır


Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Nazirlikdən verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:
"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
24-06-2025, 16:30
Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”


Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib.
“Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”, - E.Əmrullayev bildirib.
Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir:
“Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”.
E.Əmrullayevin sözlərinə görə, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır:
“Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Hər gün gecə saatlarınadək test sualları üzərində iş aparılır. Bu proses başa çatdıqdan sonra daxil olan bütün müraciətlərə mütləq şəkildə baxılacaq. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər. Yəni bu prosesin nəticələri elmi və obyektiv olacaq. Bizim tərəfimizdən bununla bağlı təhlillər aparılır və mən müəllimlərdən bir qədər səbirli olmalarını xahiş edirəm. Ona görə də bu təhlil prosesi bir neçə həftə çəkə bilər. Paralel olaraq, bizim digər proseslərimiz və prioritetlərimiz də mövcuddur.
Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəyik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!