Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
23-06-2025, 15:50
Bu ölkənin vətəndaşları İrandan Azərbaycana gəldi


Bu ölkənin vətəndaşları İrandan Azərbaycana gəldi

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilən növbəti təxliyə mərhələsində müxtəlif ölkələrin, o cümlədən Çin, Şri-Lanka, Kanada və ABŞ vətəndaşları Azərbaycan ərazisinə daxil olublar.
Onlar son zamanlar İranda baş verən hadisələrə görə bu ölkəni tərk etmək məcburiyyətində qalanlardır. Təxliyə olunan şəxslər əvvəlcədən beynəlxalq protokollara əsasən müvafiq sənədlərlə təmin olunub, Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən dəqiq və çevik aparılan prosedurlarla məntəqədən qəbul ediliblər.
Sərhəd-keçid məntəqəsində təşkil edilmiş yardım zonasında onlara ilkin tibbi baxış keçirilib, həmçinin psixoloji dəstək xidməti də təqdim olunub.
Bəzi vətəndaşlar Azərbaycanda gördükləri isti münasibət və təşkilatlanma səviyyəsindən duyduqları razılığı bölüşüblər. Onlardan biri, İrandan təxliyə olunan Çin vətəndaşı Ka Tung Tai deyib: “Burada insanlar çox yardımsevər və mehribandırlar. Özümüzü tam təhlükəsizlikdə hiss edirik. Azərbaycan çox gözəl ölkədir. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik”.
Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayrılıb və onlar təhlükəsiz şəkildə Bakı istiqamətində yola salınıblar.
Azərbaycan Respublikasının aidiyyəti qurumları bu prosesin növbəti mərhələlərində də yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
23-06-2025, 15:47
İran ilk dəfə İsrailə “Xeybər” raketləri atdı


İran ilk dəfə İsrailə “Xeybər” raketləri atdı

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı başladılan “Əsl vəd 3” əməliyyatı çərçivəsində bu gün ilk dəfə olaraq “Xeybər” çoxbaşlıqlı ballistik raketlərini işə salıb.
Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.
Bildirilib ki, bu raketlər İsrailə qarşı başladılan əməliyyatın 21-ci dalğası çərçivəsində atılıb.
23-06-2025, 15:26
Naxçıvanda ölən əsgərin 40 dərəcə hərarəti olubmuş


Naxçıvanda ölən əsgərin 40 dərəcə hərarəti olubmuş

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunun ölümü ilə bağlı hərbi-hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.
Gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.
Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.
Mərhum əsgərin atası məhkəmədə ifadə verərək R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.
Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi-hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib.
23-06-2025, 15:15
İrana hücumlar nəticəsində 430 nəfər ölüb


İrana hücumlar nəticəsində 430 nəfər ölüb

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi İsrailin İrana hücumu nəticəsində 430 nəfərin öldüyünü, 3500 nəfərin yaralandığını bildirib.
Bunu mətbuat konfransında danışan diplomat hücumların təkcə hərbi obyektlərə deyil, həmçinin də mülki obyektlərə olduğunu qeyd edib:
“Onlar mülki obyektlərə də hücum ediblər, halbuki sadəcə hərbi obyektlərə hücum etdiklərini deyirlər, ancaq bu, səhvdir”.
23-06-2025, 15:00
Zelenski Londona getdi


Zelenski Londona getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya rəsmi səfərə gedib.
Zelenskinin səfərinin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığın artırılmasıdır.
O, Londonda Baş nazir Keir Starmer, parlament üzvləri və Kral III Çarlzla görüşəcək.
23-06-2025, 14:36
Ermənistan “Artsaxbank”ı qeydiyyatdan keçiribmiş - Arayikdən etiraf


Ermənistan “Artsaxbank”ı qeydiyyatdan keçiribmiş - Arayikdən etiraf

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.
“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, - deyə A.Harutyunyan əlavə edib.
Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
23-06-2025, 14:31
İsrail İrandakı məşhur Evin həbsxanasını vurdu


İsrail İrandakı məşhur Evin həbsxanasını vurdu

İsrail bu gün İranın paytaxtı Tehranda bir neçə əsas hədəfə zərbələr endirib.
İsrailin xarici işlər naziri Gideon Saarın təsdiq etdiyi kimi, hədəflər arasında Bəsic yarımhərbi təşkilatının qərargahı, Evin həbsxanası və İranın İsrailə qarşı mövqeyini simvolizə edən “İsrailin Məhv Saatı” kimi tanınan saytın ofisi yer alıb.
"Biz İrana dönə-dönə xəbərdarlıq etmişik: mülki əhalini atəşə tutmağı dayandırın! Onlar bu səhər də daxil olmaqla davam etdi. Cavabımız: Yaşasın azadlıq!", - Gideon Saar X sosial şəbəkəsində yazıb.
23-06-2025, 13:33
İran Silahlı Qüvvələri Hörmüz boğazının bağlanması məsələsinə baxır - XİN


İran Silahlı Qüvvələri Hörmüz boğazının bağlanması məsələsinə baxır - XİN

“Hörmüz boğazının bağlanması İran Silahlı Qüvvələri səviyyəsində nəzərdən keçirilir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi deyib.
İsmayıl Bekayi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, iranlılar İsrail qarşısında öz şəxsiyyətlərini və ləyaqətlərini müdafiə etməkdən heç vaxt geri çəkilməyəcəklər.
"Bizim diqqətimiz bütün gücümüzlə İranın ərazi bütövlüyü və milli suverenliyini, millətini və maraqlarını müdafiə etməkdir. Necə müdafiə etmək, hansı vasitələrdən istifadə etmək və düşmənin bu cür cinayətlərin təkrarlanmasının qarşısını almaq İranın səlahiyyətli orqanlarının məsuliyyətidir. Hörmüz boğazının bağlanması hazırda İran silahlı qüvvələri səviyyəsində nəzərdən keçirilir”, - Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
"Bizim ərəb və islam ölkələri ilə çox yaxşı münasibətlərimiz var. İran mehriban qonşuluq siyasətinə sadiq bir ölkə kimi bütün islam ölkələri ilə əlaqələrini artırıb və bunun nəticəsi olaraq İƏT ölkələrinin nazirlərinin iclasında İsrailin İrana təcavüzünü açıq şəkildə pisləyən açıq-aşkar bəyanat verilib", - İ.Bekayi deyib.
23-06-2025, 13:28
Prezident Goranboyda istehsal müəssisəsinin açılışında - FOTO


Prezident Goranboyda istehsal müəssisəsinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək.
Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.








23-06-2025, 12:39
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 24-də Azərbaycanda havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!