Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                        Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA .....                        Sumqayıtda oğul atasını döyərək öldürdü .....                        “Neftçi” heç-heçə etdi .....                        Daxili işlər naziri adından saxta şərh yayıldı .....                       
4-07-2025, 18:18
Ali Məhkəmədən mühüm qərar


Ali Məhkəmədən mühüm qərar

Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib.
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar verilib.
Həmçinin “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihələri barədə məlumat verilib.
İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə” 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişiklik edilməsi haqqında Qərar səsverməyə qoyularaq qəbul edilib.
4-07-2025, 18:05
Trampla Zelenski telefonla danışdı


Trampla Zelenski telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
4-07-2025, 17:55
Təbiətə 81 min manatlıq ziyan vuruldu


Təbiətə 81 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda, İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb və yaşıllıqlara ümumilikdə 81 min 470 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilmək üçün hazırlanır.
4-07-2025, 17:50
Şavkat Mirziyoyev ölkəsinə döndü


Şavkat Mirziyoyev ölkəsinə döndü

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
4-07-2025, 17:43
Türkiyəyə qar yağdı


Türkiyəyə qar yağdı

Türkiyənin Trabzon və Rizə şəhərlərinə qar yağıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
"İzmirdə meşə yanğınları ilə mübarizə davam edərkən, Trabzon və Rizənin yüksək dağlıq ərazilərinə güclü qar yağıb", - media qeyd edib.
4-07-2025, 17:28
Bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır


Bu küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
4-07-2025, 16:59
Hərbçilərimiz “Anadolu Qartalı - 2025” təlimində - Görüntülər


Hərbçilərimiz “Anadolu Qartalı - 2025” təlimində - Görüntülər

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub.
Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər.
Plana uyğun olaraq, hərbi pilotlarımız hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər.
İyulun 4-də Konya şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb.
Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.





4-07-2025, 16:52
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb


Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb

Son günlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda şimal ölkəsində yaşayan azərbaycanlı kriminal avtoritetlərin də sıxışdırılmasına başlanılıb.
Dünən Rusiyada yaşayan üç titullu azərbaycanlı “qanuni oğru”dan ikisi saxlanılıb.
Baş Cinayət Axtarışı İdarəsi və Federal Təhlükəsizlik Xidməti əməliyyatçılarının birgə əməliyyatları eyni vaxtda Moskva və Orenburq vilayətlərində həyata keçirilib.
Əvvəlcə Novaya Riqanın Qrinfild kottec kəndinin çıxışında kriminal dairələrdə daha çox “Diplomat” və ya “Vaqif Bakinski” kimi tanınan 59 yaşlı Vaqif Süleymanov saxlanılıb.
Daha sonra Orenburqda 39 yaşlı Zaur Şipilov, (ləqəbi “Talıbov” və “Zaur Naxçıvanski”) saxlanılıb.
Rusiyanın kriminal aləmindən bəhs edən “Primecrime.ru” saytı yazır ki, əməliyyatçılar Vaqif Süleymanovdan “oğru statusu”nu soruşduqda o, cavab verməkdən imtina edib, Zaur Şipilov isə kamerasız cavab verməyə razılaşıb.
“Oğrular”ın ləqəblərində Azərbaycan toponimləri olmasına baxmayaraq, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulub. Vaqif Süleymanovun Gürcüstanın Marneuli rayonunda, Zaur Şipilovun isə Rusiyanın Orenburq şəhərində anadan olduğu bildirilib. İkinci özünü azərbaycanlı hesab etsə də, onun yarırus olduğu və xaç suyuna çəkildiyi deyilir.
“Primecrime.ru” saytı yazır ki, Vaqif Süleymanov Rusiyada nüfuz baxımından haqlı olaraq bir nömrə sayıla bilər. Zaur isə əksinə, artıq 12 illik təcrübəsi olsa da, “oğru” kimi bəlkə də hamıdan zəifdir.
“Vaqif Bakinski” kriminal karyerasına 80-ci illərdə cibgir kimi başlayıb. 9 il fərqlə iki dəfə Moskvada oğurluğa görə mühakimə olunub. İlk dəfə 1982-ci ildə 2 il şərti cəza alıb, ikinci dəfə 1991-ci ildə 1 il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib. O, sonra Bakıya köçürülüb və Azərbaycanda vaxtından 3 ay 20 gün əvvəl, SSRİ-nin dağılmasından bir həftə əvvəl şərti azadlığa buraxılıb.
Vaqifin “tacqoyma mərasimi” 2001-ci ilin yayına təsadüf edir. O, Hikmət və Çingiz başda olmaqla o dövrün əsas azərbaycanlı “qanuni oğruları” tərəfindən “taclandırılıb”.
Vaqif “oğru statusu” alandan sonra daha üç dəfə Moskvada narkotikə görə həbs edilib. Dördüncü dəfə saxlanılsa da, onu həbs etməyiblər.
Vaqifin polislə sonuncu qarşılaşması 10 il əvvəl olub. O vaxtdan bəri toxunulmazlar arasında idi. Onun son vaxtlar praktiki olaraq yeganə “Moskva oğrusu” olduğu iddia edilir.
4-07-2025, 16:49
Qırğız Prezidentinin Xankəndi səfəri başa çatdı


Qırğız Prezidentinin Xankəndi səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
4-07-2025, 16:40
İlham Əliyevlə Pezeşkian Xankəndidə görüşüb


İlham Əliyevlə Pezeşkian Xankəndidə görüşüb

Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!