Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
30-09-2025, 20:36
İtaliya bu dostluqdan çox fərəhlənir - Sercio Mattarella


İtaliya bu dostluqdan çox fərəhlənir - Sercio Mattarella

Sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət, təhsil sahələrində mühüm bir gün olacaqdır və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.
Bu sözləri İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
“Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir”, - deyə o vurğulayıb.
30-09-2025, 20:20
Putindən çox məyus oldum


Putindən çox məyus oldum

Prezident Putindən çox məyus oldum.
Bu barədə ABŞ Prezidenti Amerika hərbi rəhbərliyi ilə görüşündə bildirib.
“Mən dedim ki, düşünürəm o, buna son qoyacaq. O, bu müharibəni bir həftəyə başa vurmalı idi. Mən isə ona dedim: “Bilirsən, o qədər də yaxşı görünmürsən. Sən bir həftə çəkməli olan müharibəni dörd ildir aparırsan. Sən, “kağız pələng”sən?”.
30-09-2025, 20:15
İş adamından rüşvət alan general SAXLANILDI


İş adamından rüşvət alan general SAXLANILDI

Sentyabrın 30-da səhər saatlarında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsinin rəisi, general-mayor Mixail Nadejini saxlayıblar.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. General 2 milyon rublu mənimsəməkdə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi – xüsusilə külli miqdarda rüşvət alma) şübhəli bilinir. Axtarışlar Nadejinin mənzilində və iş yerində aparılıb.
İstintaqın məlumatına görə, general iş adamı Anzor Noqmovdan rüşvət alıb, bundan sonra heç bir yoxlama aparmadan yanğın təhlükəsizliyi ilə bağlı sənədləri təsdiqləyib. Mənbənin bildirdiyinə görə, şübhəli şəxs sənaye və yanacaq-energetika müəssisələrində qəza-xilasetmə əməliyyatlarının aparılması üçün müqavilələr imzalayıb. Reallıqda isə Fövqəladə Hallar Nazirliyi tərəfindən binada heç bir yoxlama aparılmayıb.
Mash-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Nadejinin evindən kompüter və 2022-2024-cü illərə aid sənədləri götürüblər. Kanalın bildirdiyinə görə, adı çəkilən iş adamı Noqmov Nalçikdə kommersiya daşınmaz əmlakında işləyir, xüsusən də anbarlar və pərakəndə satış yerləri tikir. İş adamı bu layihələrdən birini həyata keçirərkən bu məmura rüşvət verib ki, Nadejin hadisə yerinə getmədən yanğın təhlükəsizliyinə dair yoxlama aktlarını imzalasın.
Nadejin 2015-ci ildə Kabardin-Balkar Fövqəladə Hallar Nazirliyinin rəhbəri olub. 2019-cu ildə ona daxili xidmət general-mayoru rütbəsi verilib.
Bir gün əvvəl Rusiya Milli Qvardiyasının Şimali Osetiya departamentinin rəisi, 58 yaşlı general-mayor Valeri Qolota rüşvətxorluq maddəsi ilə cinayət işi üzrə (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) həbs edilib.
30-09-2025, 20:00
Məktəb binası uçdu - 38 nəfər dağıntılar altında qaldı


Məktəb binası uçdu - 38 nəfər dağıntılar altında qaldı

İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco rayonunda internat tipli məktəb binasının uçması nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Dövlət Axtarış və Xilasetmə Agentliyi sentyabrın 29-da baş verən faciə nəticəsində 80-dən çox insanın xəsarət aldığını açıqlayıb. Hazırda dağıntı altında qaldığı güman edilən 38 nəfərin xilasetmə əməliyyatı sürətlə davam edir. Əraziyə yüzlərlə xilasedici cəlb olunub. Onlar dağıntı altında qalanları oksigen və su ilə təmin edirlər.
Agentliyin açıqlamasında deyilir ki, hadisə baş verən binada icazəsiz bir mərtəbə inşa olunurmuş. Ehtimal edilir ki, binanın bünövrəsi buna tab gətirməyib.
30-09-2025, 19:46
İtaliya və Azərbaycan strateji tərəfdaşdır


İtaliya və Azərbaycan strateji tərəfdaşdır

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir.
Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı bildirib: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
30-09-2025, 19:02
Liderlər geniş tərkibdə görüşdü


Liderlər geniş tərkibdə görüşdü

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident

Hörmətli qonaqlar.

Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.
Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.
Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq.
Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.
Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.
Bir daha Sizi salamlayıram və bir daha “Xoş gəlmisiniz!” deyirəm.

X X X

İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək dedi:

-Cənab Prezident, Sizə təşəkkür edirəm. Bizim görüşümüzdə qeyd etdiyim kimi, mən yenidən Bakıda olmağımdan məmnunluq duyuram. Sizi 7 ildən sonra yenidən Bakıda görməkdən doğrudan da çox məmnunam. Bu, ölkələrimizi, çoxşaxəli strateji tərəfdaşlığımızı birləşdirən dərin dostluğun təsdiqidir.
Sizin Romaya səfəriniz də dostluq əlaqələrimizin bir daha bariz nümunəsidir. Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir.
Sabah Sizinlə birlikdə universitetin yeni kampusunun açılışında iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bu, bir daha onu sübut edir ki, ölkələrimiz arasındakı tərəfdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Bu, həmçinin bizim mədəni əlaqələrimizin də yüksək səviyyədə olduğunun və gələcəkdə gənclərimizin əməkdaşlığı üçün daha yeni üfüqlər açmasının nümunəsidir.
Mən Sizə dəvətinizə görə dərin təşəkkürümü bildirirəm. Bu, eyni zamanda, gələcəkdə yeni görüşlərimizin bir vəsiləsidir.
30-09-2025, 18:38
"Ailə və məktəb əməkdaşlığı gənclərin sağlam formalaşması üçün vacibdir"


"Ailə və məktəb əməkdaşlığı gənclərin sağlam formalaşması üçün vacibdir"

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva açıqlamasında ailə və məktəb tərbiyəsinin gənclərin formalaşmasında mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, hər iki institut arasında dinamik əlaqənin təmin olunması və bir-birini tamamlaması vacibdir:
“Ailə və məktəb gənclərin formalaşmasında, vətənpərvər ruhda böyüməsində birbaşa iştirak edir. Təəssüf ki, bu gün yeniyetmə və gənclər arasında narkomaniyaya aludəçilik, məktəblərdə siqaret istifadəsi, şagirdlər arasında bıçaqlanma halları kimi mənfi meyillərə rast gəlinir. Boşluqları aradan qaldırmaq üçün məktəb ilə ailə, müəllim ilə valideyn arasında körpü yaratmaq, əməkdaşlıq vacibdir. Bizim layihəmiz də məhz bu istiqamətə yönəlib və donor təşkilatın dəstəyi ilə bu il də müvəffəqiyyətlə başa çatdırılacaq”, – deyə Quliyeva vurğulayıb.
Birliyin sədri bildirib ki, milli-mənəvi dəyərlər cəmiyyəti ayaqda saxlayan və ictimai həmrəyliyi təmin edən əsas sütunlardır:
“Bu sütunlar güclü olduqda, cəmiyyət yad təsirlərdən qorunmuş olar. Prezident İlham Əliyev də andiçmə mərasimində qeyd etmişdir ki, milli-mənəvi dəyərlər sarsılmazdır və onları möhkəmləndirmək bizim əlimizdədir”, – deyə Könül Quliyeva əlavə edib.

Pərvanə Fərhadqızı
30-09-2025, 18:37
Baş katibin müavini Hikmət Hacıyevin qəbulunda


Baş katibin müavini Hikmət Hacıyevin qəbulunda

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı, eləcə də üzv dövlətlərdən gəlmiş nümayəndə heyətlərini qəbul edib.
Bu barədə TDT-nin "X" hesabında bildirilib.
Görüş Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin XI toplantısı çərçivəsində keçirilib.
30-09-2025, 18:30
Prezidentlərin təkbətək görüşü keçirildi


Prezidentlərin təkbətək görüşü keçirildi

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü keçirilib.
30-09-2025, 18:20
İtaliya Prezidentinin qarşılaşma mərasimi olub


İtaliya Prezidentinin qarşılaşma mərasimi olub

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!