Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
21-02-2026, 18:30
Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var


Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan KİA ilə digər avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
21-02-2026, 17:51
Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı


Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı

Serbiya Xarici İşlər Nazirliyi hazırda İranda olan Serbiya vətəndaşlarına çağırış edib.
Serbiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Artan gərginlik və təhlükəsizlik vəziyyətinin pisləşmə riski səbəbindən hazırda İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri tövsiyə olunur".
Qeyd edək ki, İran ətrafında gərginlik hər ötən gün artır. ABŞ təyyarələrinin tezliklə İranı vura biləcəyi barədə ehtimallar səsləndirilir.
21-02-2026, 17:08
Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı


Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı

Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobil tərəfindən vurularaq xəsarət alan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Elşən Tağıyev evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 21.02.2026-cı il tarixdə 07:10 radələrində Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, hadisə zamanı digər FHN əməkdaşı Hakim Piriyev hadisə yerində ölüb.
21-02-2026, 16:19
İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı?


İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı?

1960-cı illərdə İran mədəniyyət xadimlərinin Azərbaycana səfərləri rəsmi protokoldan çox, ədəbi və musiqi mühitin qarşılıqlı marağı üzərində qurulurdu.
Həmin illərdə İrandan gələn sənət adamları arasında farsdilli rəsmilərlə yanaşı, Güney azərbaycanlıları da var idi. Onların Bakıya, Gəncəyə və digər mədəni mərkəzlərə səfəri eyni mədəni arealın parçalanmış hissələrinin görüşü kimi qəbul olunurdu. Sənət adamlarının görüşündə dil baryeri demək olar ki, yox idi, səhnədə, poeziyada və musiqidə tərcüməyə ehtiyac duyulmurdu. Eyni zamanda, bu səfərlər tamamilə apolitik də deyildi.
İl 1964-cü ilin payızı... İranın tanınmış musiqiçiləri Bakıya qastrol səfərinə gəliblər.
Şəkildə həmin dövrdə Azərbaycan mədəni mühitində mühüm yer tutan mədəniyyət xadimləri İran sənətçilərilə bir arada əks olunub.
Kadra düşənlər arasında sağdan sola Xan Şuşinski, iranlı müğənni İlahə xanım, Məsudi, skripkaçı Həbibullah Bədir, tarzən Fərhəng Şərif, Ramiz Zöhrabov, Mərziyə xanım, Sara Qədimova, Emin Sabitoğlu, Hacı Xanməmmədov, Əbülfət Əliyev, Cahangir Aslanoğlu və digər sənətçilər yer alıb.
21-02-2026, 16:06
Zakir Həsənov hərbi hissəni yoxladı


Zakir Həsənov hərbi hissəni yoxladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, Z.Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.
Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.
General-polkovnik keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verilib.
21-02-2026, 15:51
UEFA “Qarabağ”ı cəzalandırdı


UEFA “Qarabağ”ı cəzalandırdı

UEFA “Qarabağ” klubunu cəzalandırıb.
Qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin “UEFA - mafiya” şüarı səsləndirməsi olub.
Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
21-02-2026, 15:48
Göldə boğulan 8 nəfərin cəsədi tapıldı


Göldə boğulan 8 nəfərin cəsədi tapıldı

Rusiyanın İrkutsk vilayətiində səhlənkarlıq üzündən faciə baş verib.
Baykal gölünün donmasından istifadə edən sürücü 8 nəfərin əyləşdiyi UAZ markalı maşını buzun üzərilə sürüb. Nəticədə buz qatının sındığı çoxora düşən maşındakılar boğulublar.
İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, buz üzərində UAZ sürərkən Baykal gölündə boğulan səkkiz nəfərin cəsədi artıq tapılıb.
İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək və səhlənkarlıq ittihamları ilə cinayət işi açıb.
20 fevral tarixində günortadan sonra Baykal gölündəki Xoboy burnu yaxınlığında UAZ markalı avtomobil buzun üzəri ilə hərəkət edərkən batıb. İstintaq Komitəsinin məlumatına görə, nəqliyyat vasitəsində sürücü və Çindən gələn səkkiz turist qrupu olub; yalnız bir turist sağ qalıb. Qəzanın bütün iştirakçıları müəyyən edilib. Nəqliyyat vasitəsi üç metr enində buz yarığına düşüb; qəza yerindəki dərinlik 18 metrdir.
21-02-2026, 15:12
Heyvandarlıq məhsullarının istehsalı azalıb


Heyvandarlıq məhsullarının istehsalı azalıb

2026-cı ilin yanvar ayında kənd təsərrüfatında diri çəkidə 47,5 min ton ət, 158,9 min ton süd, 182,8 milyon ədəd yumurta və 27,0 min ton tərəvəz istehsal olunub.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərni əks etdirən nəşrdə öz əksini tapıb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə tərəvəz istehsalı 5,6 faiz, ət istehsalı 0,4 faiz artıb. Süd istehsalı 0,5 faiz, yumurta istehsalı isə 5,7 faiz azalıb.
Bundan əlavə, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz artıb. Bitkiçilik məhsullarının istehsalı 5,6 faiz yüksəlib, heyvandarlıq məhsullarının istehsalı isə 0,3 faiz azalıb.
21-02-2026, 14:50
Ordumuzun əsgəri vəfat etdi


Ordumuzun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.
Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.
Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.
21-02-2026, 14:35
Vardanyan Füzuli və Caviddən sonra Nəsiminin də şeirini oxudu


Vardanyan Füzuli və Caviddən sonra Nəsiminin də şeirini oxudu

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə görə təqsirləndirilərək 20 il müddətinə azadlıqdan məhrum edilən erməni oliqarx Ruben Vardanyan ailəsilə danışıb.
Bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.
Məlumata görə, onun ailəsilə baş tutan telefon danışığı hökm oxunduqdan sonra gerçəkləşib.
Telefon danışığı zamanı Ruben Vardanyan onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Vardanyan ailə üzvlərilə danışarkən 14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini də səsləndirib.
Məlumata görə, Vardanyan Nəsiminin qəzəlini Konstantin Simonovun tərcüməsində oxuyub.
Həmin qəzəlin “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” olduğu bildirilib.
Vardanyan qəzəlin onda ciddi rezonans doğurduğunu qeyd edib. O, qəzəli səsləndirərkən bəzi sözləri dəyişib və buna görə Nəsimi poeziyasını sevənlərdən üzr istəyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində hökm oxunmazdan əvvəl çıxış edən Ruben Vardanyan həbsxanada qaldığı iki il müddətində Azərbaycan poeziyası ilə tanış olduğunu söyləmişdi.
Fevralın 10-da baş tutan məhkəmə prosesində Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuduğunu demişdi. Həmin prosesdə Vardanyan Füzulinin “Padişahi-mülk” qitəsini səsləndirmişdi. Sözügedən şeiri rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da onu rus dilində söyləyib.
Bakı Hərbi Məhkəməsi Ruben Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!