Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                        Metroda doğulan uşağa bu ad veriləcək .....                        Bakı-Qazax yolu təmir olunur .....                        Samir Şərifov qırğız həmkarı ilə görüşdü .....                       
Tarix : 8-10-2015, 09:31
"Bunun qarşısını ala bilməyəcəyik"


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatlarına görə qısa vaxt ərzində Makedoniyadan Serbiya sərhədini 2 minə yaxın miqrant keçib.

Butov.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, miqrantlar qatarlara mindirilərək qeydiyyat üçün Serbiyanın Presevo şəhərinə gətirilib. Qeydiyyat üçün uzun növbədə gözləməli olan qaçqınların sənədlərini qaydasına saldıqdan sonra Qərbi Avropa ölkələrinə sərbəst keçidinə şərait yaradılacağı bildirilir.

ABŞ və Avropadan olan könüllülər qaçqınlara humanitar yardım məqsədilə Presovaya gəlib. Belə könüllülərdən olan Amerikalı Skip Daniels, həqiqətdə miqrantların durumunun telekanallarda göstərildiyindən daha acınacaqlı olduğunu eşitdikdən sonra Serbiyaya gəlməyi və onlara yerində yardım göstərməyi qərara aldığını deyir.


"Bunun qarşısını ala bilməyəcəyik"


Avropaya qaçmaq istəyən qaçqınlar

Havanın getdikcə soyumasına baxmayaraq Türkiyədən Yunanıstanın Lesbos adasına rezin qayıqla son dərəcə təhlükəli dəniz səyahətinə çıxan insanların ardı-arası kəsilmir. Dünən adaya uğurla çatan yüzlərlə miqrant və qaçqın gecəni elə sahil yaxınlığında müvəqqəti çadırlarda və yataq torbalarında gecələməli olub.

Bəzilər hələ yaş olan paltarlarını və ayaqqabılarını ocağın ətrafında qurulamağa çalışıb. Bugün yeni gələn miqrantların yerli hökümətin göstərişi əsasında qeydiyyatdan keçiriləcəyi gözlənilir.

Bu arada Almaniyanın Kansleri Angela Merkel Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün çözüm olmadığını dilə gətirib. Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib, Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onları qarşısını almaq üçün Serbiyayla sərhəddə tikanlı məftillər qurur.

"Bunun qarşısını ala bilməyəcəyik"


Almaniya Kansleri Angela Merkel

“Başa düşməliyik ki, insanların sərhədlərimizdə əziyyət çəkdiyi bir vaxtda Avropa sərhədlərini tamamilə bağlasaq belə bu, heç bir tərəfə xeyir gətirməyəcək. İnternet erasında ölkə sərhədini tam bağlamaq və hasarlamaq illüziyadan başqa bir şey deyil. Bununla problemi çözmək mümkün olmayacaq”, deyə Merkel bildirib.

Merkel əlavə edib ki, mütləq qapanma olsa belə qaçqınlar Avropaya dolayı yolla daxil olmağın yolunu tapacaq.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!