Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
29-08-2022, 21:47
İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım


İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım

İsveç Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya 500 milyon kron (46,75 milyon dollar) hərbi yardım verəcək. Bunu İsveçin Baş naziri Maqdalena Andersson Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra bildirib. Baş nazirin sözlərinə görə, İsveç hökuməti Ukraynaya ümumilikdə mülki və hərbi yardım məqsədilə 1 milyard kron məbləğində əlavə yardım göndərəcək.
29-08-2022, 20:53
İraqda etirazlar başladı - Respublika sarayı ələ keçirildi

İraqda etirazlar başladı - Respublika sarayı ələ keçirildi


İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binanı ələ keçiriblər. Butov.az xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etməsindən sonra başlayıb. Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub. Kütləvi iğtişaşlar fonunda komendat saatı tətbiq edilib.
29-08-2022, 20:35
Ermənistanın dövlət borcu kəskin artıb


Ermənistanın dövlət borcu kəskin artıb

Ermənistanın dövlət borcu kəskin şəkildə artıb. Butov.az xəbər verir ki, Ermənistanın dövlət borcu 9,97 milyard ABŞ dollarına çatıb. Təkcə 2021-ci ildə bu göstərici 2021-ci ildə 16% faiz artaraq 1,3 milyard dollar olub. Məlumata görə, 2018-ci ilin aprelindən indiyədək Ermənistanın dövlət borcu 3,1 milyard ABŞ dollar (45,2%) artıb. 2022-ci ilin yanvar-iyul ayları ərzində dövlət borcu 748,36 milyon dollar (8,1%) təşkil edib. Dövlət borcunun artmasına səbəb daxili borclanmanın yüksəlməsi göstərilir. Ümumilikdə isə 2022-ci illə müqayisədə 2021-ci ilin dekabrında ölkənin xarici borcu 66,9%, daxil borc isə 33,1% olub.
29-08-2022, 20:24
Xerson uğrunda döyüşlər gedir


Xerson uğrunda döyüşlər gedir

Xerson şəhəri uğrunda döyüşlər başlayıb. Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç "Telegram" kanalında yazıb. “Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib. Xatırladaq ki, səhər saatlarında Ukrayna hərbçilərinin Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardığı açıqlanmışdı.
29-08-2022, 19:39
Rusiya yenə dinc sakinləri hədəf aldı - ölənlər var


Rusiya yenə dinc sakinləri hədəf aldı - ölənlər var

Avqustun 28-də Rusiya hərbçiləri Donetsk vilayətində 8 dinc sakini öldürüb, daha 7 nəfəri yaralayıb. Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Teleqramda məlumat yayıb. Kirilenko qeyd edib ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

28-08-2022, 21:09
Liviyada ölənlərin sayı artıb, çoxlu sayda yaralı var


Liviyada ölənlərin sayı artıb, çoxlu sayda yaralı var

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurma nəticəsində ölənlərin sayının 32 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralı sayının 159-a yüksəldiyi bildirilib. Rəsmi açıqlamada yaralılardan 102-nin xəstəxanalarda müalicə aldığı qeyd olunub. Ötən gün Tripolidə şiddətli toqquşmalardan sonra bu gün sükut hökm sürür.
28-08-2022, 21:06
Rusiyada 20 min hektar meşə yandı


Rusiyada 20 min hektar meşə yandı

Rusiyanın Ryazan bölgəsində başlayan meşə yanğınları nәticәsindә 19 min 280 hektar ərazi yanıb. Bu barәdә Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Mәlumata әsasәn, Rusiyanın paytaxtı Moskvadan təxminən 200 kilometr cənubda yerləşən Ryazan bölgəsində başlayan meşə yanğınları davam edir. Meşə yanğınlarının söndürülməsinə 10 minə yaxın şəxsi heyət, 20-yə yaxın hava və yüzlərlə quru texnikası cəlb olunub. Rusiya Prezidenti Vladimir Putinin əmri ilə bölgədə fövqəladə vəziyyət elan edilib.
28-08-2022, 21:01
İngilislər üçün çətin olacaq - Conson


İngilislər üçün çətin olacaq - Conson

Qarşıdakı aylar ingilislər üçün çətin olacaq. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib. Baş nazir vurğulayıb ki, ölkədə elektrik enerjisinə görə qiymətlər çox yüksələcək: “Bir çoxumuz üçün evlərin isitməsinə pul ödəmək artıq qorxuludur”.
28-08-2022, 20:58
Türkiyədən Pakistana yardım göndərildi


Türkiyədən Pakistana yardım göndərildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyədən Pakistana yardım vasitələri göndərilib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir: “Güclü musson yağışlarının yaratdığı sel fəlakətində zərər görmüş pakistanlı qardaşlarımıza çatdırılacaq yardım vasitələrini aparan iki təyyarəmiz Ankaranın Etimesgut hava limanından hərəkət edib. Baş vermiş təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”. Qeyd edək ki, Türkiyədən Pakistana yardım vasitələrinin göndərilməsi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyası ilə baş tutub.
28-08-2022, 20:57
Çavuşoğlu Sloveniyaya gedəcək


Çavuşoğlu Sloveniyaya gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 17-ci Bled Strateji Forumunda iştirak etmək üçün sabah Sloveniyaya səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Türkiyəli nazir forum çərçivəsində məruzəçi qismində panelə qatılacaq və bəzi ikitərəfli görüşlər keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!