Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                        “Neftçi” qələbə qazandı .....                       
16-01-2026, 21:37
İran XİN başçısı Münhenə dəvət edilmədi


İran XİN başçısı Münhenə dəvət edilmədi

Münhen Təhlükəsizlik Konfransı Almaniya hökumətinin tənqidindən sonra İranın xarici işlər naziri Abbas Əraqçıya göndərdiyi dəvəti geri götürdüyünü açıqlayıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərilib. Hazırkı hadisələr nəzərə alınmaqla, Münhen Təhlükəsizlik Konfransı bu dəvətnamələri etibarsız hesab etdiyini bildirib.
Təşkilatçılar, həmçinin bildiriblər ki, məqsədləri vacib siyasi məlumatları çatıdıra bilən iştirakçıları dəvət etməkdir, lakin bu zaman siyasi hadisələr də nəzərə alınmalıdır.
16-01-2026, 18:14
Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq


Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq

Türkiyə–Ermənistan sərhədində yerləşən Alican sərhəd-keçid məntəqəsi üzrə aparılan tikinti və yenidənqurma işlərinin 90 faizi tamamlanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, işlər Türkiyənin İğdır vilayətinin Qarakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara sərhəd-keçid məntəqəsi ərazisində davam etdirilir. Alijan keçid məntəqəsində gömrük və digər inzibati prosedurlar üçün yeni binalar inşa olunur.
Məlumata görə, Türkiyə tərəfi ərazidə məlumat və reklam lövhələri də quraşdırıb. Həmin lövhələrdə Ermənistandan Türkiyəyə daxil olan şəxslərə İğdır və ətraf bölgələri ziyarət etmək çağırışı yer alır.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ankaranın Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı “çoxdan gözlənilən siyasi qərarı” verəcəyinə ümid etdiyini bildirmişdi.
16-01-2026, 17:26
Daha bir türk dövləti rus dilindən uzaqlaşır


Daha bir türk dövləti rus dilindən uzaqlaşır

Qırğızıstandakı televiziya kanallarına məzmunlarının 40%-dən çoxunu rus dilində göstərmək qadağan edilib.
Qırğızıstanda televiziya kanallarından qırğız dilində yayımlanan verilişlərin payını 60 faizə çatdırmaq tələb olunur. Mədəniyyət nazirinin müavini Marat Taqayevin sözlərinə görə, bəzi özəl kanallar yeni məzmun istehsal etmədən tələblərə formal olaraq əməl edirlər.
Onlara fevral ayının sonuna qədər "Qırğızfilm" və "Qırğızserial" ilə müqavilələr imzalamaq tapşırılıb. Əks halda, ilin sonuna qədər müvafiq tədbirlər görüləcək. Qeyd etmək lazımdır ki, əvvəlki limit 50 faiz idi.
Bununla belə, "Birinci Kanal", "Rossiya 24", "Kultura" və "Zvezda" da daxil olmaqla, Rusiya telekanalları ölkənin media sahəsində əhəmiyyətli dərəcədə iştirak edir.
15-01-2026, 18:20
Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan


Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan

Ermənistan blokadadan çıxır və əsas beynəlxalq logistika marşrutları üçün vacib bir mərkəzə çevrilir.
Bunu Ermənistanln xarici işlər naziri Ararat Mirzoyan "Facebook"da yazıb. O, TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsi ilə bağlı Ermənistan və ABŞ arasında birgə bəyanata istinad edərək yazıb:
"Oxuyun. Bu, həqiqətən yaxşı bir sənəddir. Bu, Ermənistan üçün yaxşıdır. Ölkəmiz blokadadan çıxır və əsas beynəlxalq logistika marşrutları üçün vacib bir mərkəzə çevrilir. Bu, ən yaxın qonşularımız və ümumiyyətlə bütün potensial faydalananlar üçün də yaxşıdır".
15-01-2026, 17:55
Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan


Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda keçiriləcək seçkilərdən danışıb.
Hakan Fidan keçirdiyi mətbuat konfransında Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.
“Bildiyiniz kimi, iyun ayının əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm addım olacaq. Lakin biz görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”,-deyə nazir bildirib.
15-01-2026, 17:04
Dünyanın ən çirkli şəhəri məlum oldu


Dünyanın ən çirkli şəhəri məlum oldu

Qırğızıstanın paytaxtı Bişkek hava çirkliliyinə görə dünyada birinci yerdədir.
Bu, dünyanın ən böyük şəhərlərinin Hava Keyfiyyəti reytinqinə görə müəyyənləşib.
Bişkekin hava çirkliliyinin indeksi 350 AQI-dır. 300-dən yuxarı AQI dəyərləri sağlamlıq üçün təhlükəli hesab olunur. Normal hava keyfiyyəti 50 AQI-dən aşağı olmalıdır.
15-01-2026, 16:56
Keçmiş nazir müavininin meyiti tapıldı: arvadı günahkar bilinir


Keçmiş nazir müavininin meyiti tapıldı: arvadı günahkar bilinir

Rusiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın cəsədi Yeni Moskvada tapılıb. İlkin məlumata görə, o, intihar edib.
TASS Agentliyinnin məlumatına görə, Sklyar 15 yanvar səhəri Filimonkovskoye qəsəbəsindəki şəxsi evində ölü tapılıb.
Məlumata görə, keçmiş məmur ölümündən əvvəl Telegram kanalında vida mesajı yazıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib.
Hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşlarının cəsədin yanında tapança tapdığı bildirilib.
Aleksey Sklyarın dul qalmış arvadı YuliyaSklyar jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib, o, "ciddi emosional stress vəziyyətində olduğunu ısas gətiribdir".
Ailəyə yaxın mənbələr Telegram kanalına bildiriblər ki, cütlük "son bir neçə ildə qısqanclıq üzündən münaqişələr və mübahisələr yaşayıb". Sklyarın 50 yaşı var idi. O, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemləri və elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məsələlərə nəzarət edib.
Baş nazir Mixail Mişustinin sərəncamında onun könüllü istefa verdiyi bildirilirdi.
15-01-2026, 00:32
Trampdan İranla bağlı VACİB AÇIQLAMA


Trampdan İranla bağlı VACİB AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin İrandakı vəziyyətlə bağlı yeni məlumatlar aldığını açıqlayıb.
O, Vaşinqtonun ölkədə qətllərin və edamların dayandırıldığı və başqa edamların planlaşdırılmadığı barədə məlumat aldığını söyləyib.
"İranla bağlı paylaşacaq bəzi xəbərlərimiz var. Qətllərin və edamların dayandırıldığı və sonrakı edamlar üçün heç bir planın olmadığı barədə məlumat aldıq. Bunu yoxlayacağıq. Əgər belə deyilsə, çox məyus olacağıq", - ABŞ Prezidenti bildirib.
O, ABŞ-ın alınan məlumatları yoxlamaq niyyətində olduğunu və vəziyyətin faktiki inkişafına əsasən hərəkət edəcəyini vurğuladı.
14-01-2026, 23:50
Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı


Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Vaqif Xaçatryanın səhhəti barədə danışıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Nazir jurnalistlərə bildirib ki, Xaçatryan dərhal tibbi nəzarətə götürülüb:
“Vaqif Xaçatryan hazırda həkim müayinəsindən keçir və qohumları ilə görüşmək üçün hazırlıq görülür. Xaçatryanla qısa söhbət etdim və o, Ermənistana qayıtdığı üçün özünü yaxşı hiss etdiyini bildirib. Onun xroniki ürək xəstəliyi var, buna görə də əlavə testlər və müayinələr aparılacaq. Müalicənin növbəti mərhələsi ilə bağlı qərar həkimlərin rəyindən sonra veriləcək”.
Jurnalistlərin Xaçatryanın hər hansı cərrahi əməliyyat keçirib-keçirmədiyi barədə sualına isə nazir tibbi məxfiliyi əsas gətirərək cavab verməkdən imtina edib.
Xatırladaq ki, bu gün Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Vaqif Xaçatryanla yanaşı, daha 3 erməni məhkumu — Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
14-01-2026, 23:35
ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV


ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV

İran rəsmiləri ABŞ-ın gözlənilən hərbi zərbəsinə cavab olaraq regiondakı Amerika bazalarının vurula biləcəyi barədə xəbərdarlıq edib. Bu açıqlamalar fonunda Vaşinqton Yaxın Şərqdəki bəzi hərbi bazalardan şəxsi heyətin bir hissəsini ehtiyat tədbiri kimi geri çəkir.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, anonim ABŞ rəsmisi regionda gərginliyin artması səbəbilə bir sıra əsas bazalarda personalın sayının azaldıldığını bildirib. Böyük Britaniyanın da Qətərdə yerləşən hərbi bazadan bəzi əməkdaşlarını çıxardığı qeyd olunur. Qətər rəsmiləri isə ölkədəki Əl-Udeyd aviabazasında görülən bu addımların mövcud regional gərginliklə əlaqəli olduğunu açıqlayıb.
Qərb hərbi mənbələrinin bildirdiyinə görə, ABŞ-ın İrana qarşı mümkün müdaxiləsi yaxın 24 saat ərzində baş verə bilər. İsrail tərəfi də Vaşinqtonun prosesə qoşulacağını istisna etmir, lakin zərbənin miqyası və vaxtı hələlik dəqiq deyil. Qərb rəsmilərindən biri bildirib ki, ABŞ administrasiyası qeyri-müəyyənlik yaratmaqla psixoloji təzyiq strategiyasından istifadə edir.
İran tərəfi region ölkələrinə mesaj göndərərək, ABŞ-ın hücumu baş verərsə, Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə daxil olmaqla, bu ölkələrdə yerləşən Amerika bazalarının hədəf ola biləcəyini bildirib. Eyni zamanda İran xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında birbaşa təmasların dayandırıldığı qeyd olunur.
Bütün bunlar İranda son iki həftədə baş verən genişmiqyaslı etirazlar fonunda yaşanır. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirir. Etirazlar 1979-cu il İslam İnqilabından sonra ölkənin üzləşdiyi ən ciddi daxili böhran kimi qiymətləndirilir.
Qərb rəsmiləri bildirir ki, etirazların miqyasına baxmayaraq, hazırda İran hakimiyyətinin çökməsi real görünmür və təhlükəsizlik strukturları vəziyyətə nəzarəti saxlayır. İranın ali rəhbəri Əli Xamenei və Prezident Məsud Pezeşkian tərəfdarlarını səfərbər etməyə çalışır, dövlət mediası isə hakimiyyətə dəstək nümayişlərini yayımlayır.
ABŞ Prezidenti Donald Tramp isə İrandakı etirazçılara açıq dəstək verərək, Tehranın etirazçılara qarşı edam və sərt addımlar atacağı təqdirdə “çox güclü cavab” veriləcəyini bəyan edib. Regionda vəziyyətin yaxın günlərdə daha da gərginləşə biləcəyi istisna olunmur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!