Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
31-03-2025, 14:47
Daha bir liman Orta Dəhlizə qoşulur


Daha bir liman Orta Dəhlizə qoşulur

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zərurətini müzakirə ediblər.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sloveniya Prezidenti Nataşa Pirç Musar ilə danışıqların yekunlarına dair brifinqdə deyib.
Tokayev qeyd edib: “Biz Sloveniyanın Luka Koper dəniz limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə cəlb edilməsi məsələsini müzakirə etdik. Deyə bilərik ki, ortaq fikrə gəlmişik. Biz səlahiyyətli orqanlara konkret tədbirlərin görülməsi ilə bağlı göstəriş vermişik".
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
31-03-2025, 14:21
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi çağırış


Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi çağırış

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı növbəti tarixi təkliflə çıxış edib.
Bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki rəhbəri Abdullaha Öcalana müraciəti ilə diqqət mərkəzinə düşən Bağçalı bu dəfə Türkiyə konstitusiyası ilə bağlı təklif səsləndirib.
Qeyd edək ki, Bağçalının Öcalana müraciəti ilə başlayan proses PKK terror təşkilatının ləğv edilməsi ilə bağlı çağırışla yekunlaşıb.
Bağçalı milli birliyin gücləndirilməsi və demokratik prinsiplərin daha da möhkəmləndirilməsi üçün yeni bir konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, "terrorsuz Türkiyə" konsepsiyası çərçivəsində ölkə yeni bir siyasi və sosial mərhələyə qədəm qoyur. Siyasi partiya lideri Türkiyənin gələcəyinin daha təhlükəsiz və sabit olması üçün yeni bir hüquqi çərçivənin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, mövcud konstitusiya hələ də keçmiş hərbi müdaxilələrin izlərini daşıyır və bu miras tamamilə aradan qaldırılmalıdır.
Yeni konstitusiya islahatlarının məqsədi Türkiyənin demokratik standartlarını yüksəltmək, insan haqlarını və qanunun aliliyini daha güclü şəkildə təmin etməkdir. O qeyd edib ki, bu prosesdə siyasi partiyalar və ictimai təşkilatlar da fəal iştirak etməli, milli birlik və bərabərlik prinsipləri əsas götürülməlidir.
"Biz hamını "Hər şeydən əvvəl Türkiyə" və "Hər kəs bərabərdir Türkiyə" anlayışı ilə bu prosesdə iştirak etməyə çağırırıq", – deyə Bağçalı əlavə edib. O vurğulayıb ki, yeni konstitusiya ölkədə demokratik idarəçilik sistemini gücləndirəcək və xalqın iradəsini daha effektiv şəkildə ifadə etməsinə imkan yaradacaq.
Türkiyənin hazırkı prezident idarəetmə sistemi güclü icra hakimiyyəti və effektiv idarəetmə mexanizmi ilə diqqət çəkir. MHP liderinin sözlərinə görə, yeni konstitusiya bu sistemin daha şəffaf və vətəndaş yönümlü olmasına töhfə verəcək. Parlamentin rolu daha da gücləndiriləcək, qanunvericilik və icra hakimiyyəti arasında balans qorunacaq.
Bundan əlavə, Bağçalı Türkiyənin beynəlxalq səviyyədə güclənməsinin, iqtisadi və siyasi sabitliyin qorunmasının da bu islahatlarla mümkün olacağını qeyd edib.
31-03-2025, 13:46
Paşinyan Gümrüyə nəzarəti itirir


Paşinyan Gümrüyə nəzarəti itirir

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli seçkilər keçirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası səslərin cəmi 36,8 faizini toplayıb və şəhər şurasında mütləq çoxluq əldə edə bilməyib.
Onun potensial müttəfiqi olan Qərbyönlü “Avrosəs” bloku isə 6 faizlik keçid baryerini aşa bilməyib və nəticədə şurada təmsil olunmaq hüququ qazanmayıb. Qeyd edək ki, şura Gümrünün yeni meri təyin etmək səlahiyyətinə malikdir.
Seçkilərdə Ermənistan İcma Partiyasının namizədi, keçmiş mer Vartan Qukasyan 20,7 faiz səslə ikinci yeri tutub. Üçüncü yeri isə müxalifətçi deputat Martun Qriqoryanın rəhbərlik etdiyi “Bizim Şəhər” bloku 15,9 faiz səslə qazanıb. Daha iki müxalifətçi namizəd – televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonian isə müvafiq olaraq 7,9 və 6,2 faiz səs toplayıblar.
Beləliklə, müxalifət qüvvələri Gümrü şəhər şurasında 33 yerdən 18-ni əldə edib, vahid namizəd irəli sürmək və mer postuna öz namizədlərini gətirmək imkanına sahib olublar. Qukasyan seçki kampaniyası zamanı bildirib ki, digər müxalifət qüvvələrindən daha çox səs toplasa, şəhərin meri ola bilər
Mxitaryan və Simonianın blokları dərhal Qukasyanın namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Lakin Qriqoryan hələ ki, onun namizədliyini dəstəkləyəcəyi barədə açıq bəyanat verməyib.
Mülki Müqavilə Partiyasının vəzifəli şəxsi Vahe Qalumyan seçki nəticələrini şərh edib və iqtidar partiyasının yeni şəhər şurasına nəzarət edə bilməyəcəyini etiraf edib. O, bunun məğlubiyyət kimi dəyərləndirilməməsi lazım olduğunu iddia etsə də, siyasi ekspertlər bunu Paşinyan üçün ciddi uğursuzluq hesab edirlər.
Qeyd edək ki, Mülki Müqavilə Partiyası İrəvan yaxınlığında keçirilən başqa bir seçkidə də məğlub olub. O seçkilərdə müxalif “Aprelu Yerkr” bloku 56 faiz səs toplayaraq qalib gəlib.
Seçki prosesi ərzində bəzi qanun pozuntuları qeydə alınıb. Müxalifət nümayəndələri və müstəqil müşahidəçilər Gümrüdə müxtəlif seçki pozuntularının olduğunu bildiriblər. Müxalifətçi Qriqoryan seçkilər zamanı hüquq-mühafizə orqanlarını onun tərəfdarlarını qanunsuz şəkildə saxlamada ittiham edib. Ermənistanın Antikorrupsiya Komitəsi isə onların seçki cinayəti törətməkdə şübhəli bilinərək saxlanıldığını açıqlayıb.
Qeud edək ki, Gümrü həm Ermənistanın ikinci ən böyük şəhəri, həm də Rusiya hərbi bazasının yerləşdiyi bir məkan kimi xüsusi önəm daşıyır. Bu şəhərdə siyasi qüvvələrin dəyişməsi ölkə siyasətinə ciddi təsir göstərə bilər.
31-03-2025, 13:18
Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük - Türkiyə MN


Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük - Türkiyə MN

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib.
Qurum müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib.
“107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, - paylaşımda deyilir.
30-03-2025, 23:48
HƏMAS atəşkəsə razıdır


HƏMAS atəşkəsə razıdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında 50 günlük atəşkəs təklifi ilə razılaşıb.
Bu barədə HƏMAS-ın anklavdakı lideri Xəlil əl-Haya bildirib.
Qeyd edib ki, hərəkat Misir və Qətərdən olan vasitəçilərin çatdırdığı təklifi təqdir edib və onunla razılaşıb.
“The Times of Israel” mənbələrə istinadla dəqiqləşdirib ki, təklif beş israilli girovun və bir neçə fələstinli məhbusun azad edilməsi müqabilində təxminən 50 gün müddətində müvəqqəti atəşkəs, həmçinin Qəzzaya kifayət qədər humanitar yardımın, o cümlədən ərzaq, dərman və mülki əhaliyə yardım üçün zəruri ləvazimatların çatdırılması mexanizminin işə salınmasını ehtiva edir.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi də planı aldığını və cavab olaraq əks təklif təqdim etdiyini bildirib.
Atəşkəslə bağlı müzakirələr İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri və ölkənin cənubundakı Rəfah şəhərində quru əməliyyatından sonra başlayıb. Yanvarda razılaşdırılmış atəşkəs pozulduqdan sonra döyüşlər mart ayında yenidən başlayıb. Razılaşmanın birinci mərhələsində HƏMAS 33 girovu azad edib.
30-03-2025, 22:49
Tramp üçüncü dəfə prezident olmaq istəyir


Tramp üçüncü dəfə prezident olmaq istəyir

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.
Bu barədə o, "NBC News"a müsahibəsində deyib.
ABŞ Konstitusiyasına 22-ci düzəliş iki dəfə prezidentlik etmiş şəxslərin Ağ Evə namizədliyini irəli sürməyi qadağan edir. Düzəliş 1944-cü ildə Franklin Ruzvelt dördüncü müddətə seçildikdən sonra qəbul edilib.
"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır", - deyə Tramp bildirib.
Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.
30-03-2025, 21:57
Almaniya ilk özəl raketini buraxdı


Almaniya ilk özəl raketini buraxdı

Almaniyanın ilk özəl raketinin sınağı həyata keçirilib.
“Isar Aerospace” startapı tərəfindən hazırlanan “Spectrum” raketi Norveçin Andoya kosmodromundan buraxılıb.
Test uçuşu cəmi 30 saniyə davam edib və raket havaya qalxdıqdan sonra dənizə düşüb. Buna baxmayaraq, “Isar Aerospace” bu missiyanı uğur kimi qiymətləndirib və əldə edilən məlumatların gələcək uçuşlar üçün mühüm olduğunu bildirib. Şirkət raketin partlama ehtimalının yüksək olduğunu əvvəlcədən elan etmişdi. Bu, Avropada tamamilə özəl maliyyələşmə ilə həyata keçirilən ilk orbital raket uçuşu olub. Uzunluğu 28 metr, diametri 2 metr olan raket bir tonadək yükdaşıma qabiliyyətinə malikdir. Şirkət artıq “Spectrum 2” və “Spectrum 3” raketlərinin istehsalına başlayıb. Bu yeni modellər kiçik və orta ölçülü peykləri kosmosa çıxarmaq üçün nəzərdə tutulub. Şirkət gələcəkdə ildə 40-a qədər raket istehsal etməyi planlaşdırır.
Bu test uçuşu Almaniya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Avropa Kosmik Agentliyinin (ESA) “Ariane” raketləri ilə bağlı uzunmüddətli problemləri Avropanın kosmosa peyklərin daşınması sahəsində geri qalmasına səbəb olub. Bu baxımdan “Spectrum” raketinin buraxılışı uğursuzluğa baxmayaraq, Avropada yeni kosmik mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
30-03-2025, 21:31
İmamoğlunun telefonu araşdırıldı - Nələr aşkarlanıb?


İmamoğlunun telefonu araşdırıldı - Nələr aşkarlanıb?

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya iddiaları ilə bağlı araşdırma çərçivəsində həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğlunun polisə təqdim etmədiyi ikinci telefonunun qeydləri analiz edilib.
Araşdırma nəticəsində onun eyni istintaq çərçivəsində saxlanılan şəxslərlə sıx əlaqə saxladığı müəyyən edilib.
İstintaq materiallarına görə, İmamoğlu tikinti şirkətinə 50 milyon lirə köçürdüyü iddia edilən Hüseyn Köksal ilə beş dəfə danışıb. O, eyni zamanda "Kültür AŞ" şirkətinin həbsdə olan keçmiş baş direktoru Serdal Taşkın ilə səkkiz, hazırkı baş direktoru Murat Abbas ilə on bir, bələdiyyənin Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegöz ilə isə iki dəfə telefon əlaqəsi yaradıb.
Bundan əlavə, İmamoğlunun telefon məlumatlarına əsasən, istintaq sənədlərində "qrup rəhbərlərindən biri" kimi təqdim edilən Fatih Keleş ilə 135 dəfə danışıb.
Qeyd edək ki, İBB-yə qarşı aparılan korrupsiya və terror istintaqı çərçivəsində ümumilikdə 93 nəfər saxlanılıb və aralarında İmamoğlunun da olduğu 52 nəfər həbs edilib.
30-03-2025, 21:10
Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI


Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI

Suriya keçid administrasiyasının dövlət başçısı Əhməd əş-Şara ölkədə yeni keçid hökumətinin yaradıldığını açıqlayıb.
Yeni hökumətdə əş-Şara yaxın müttəfiqlərini vəzifəyə təyin edib.
Qərara əsasən, bir qadın nazir də kabinetə daxil edilib. Hind Kabavat sosial işlər və əmək naziri vəzifəsinə təyin olunaraq, Suriya keçid hökumətinin ilk qadın naziri olub. O, eyni zamanda xristian icmasının nümayəndəsi və uzun illərdir ki, Əsəd rejiminin müxalifidir.
Türkiyə Xarici İşlər Nazirliyi yeni hökumətin yaradılmasını məmnunluqla qarşıladıqlarını bəyan edib.

Yeni kabinetin üzvləri:

Daxili işlər naziri: Ənəs Hattab

İqtisadiyyat naziri: Nidal Şaar

Təcili yardım və fəlakətlərə hazırlıq naziri: Raed El-Salih

Sosial işlər və əmək naziri: Hind Kabavat

Ali təhsil naziri: Mervan El-Halebi

Nəqliyyat naziri: Abdel Salam Heykal

Xarici işlər naziri: Əsəd Şeybani

Müdafiə naziri: Murhaf Ebu Qasra

İnformasiya naziri: Hamza Mustafa

Mədəniyyət naziri: Məhəmməd El-Salih

Səhiyyə naziri: Musab El-Ali

Kənd təsərrüfatı naziri: Amjad Badr

Kabinetin katibi: Əli Kida (keçmiş daxili işlər naziri)

Qeyd edək ki, kənd təsərrüfatı naziri dürzilərdən, nəqliyyat naziri ələvilərdən, təhsil naziri kürdlərdən, informasiya naziri türkmənlərdəndir.
30-03-2025, 20:27
Tramp Putinin bu sözlərindən qəzəblənib


Tramp Putinin bu sözlərindən qəzəblənib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə əsəbləşib.
Bu barədə o, NBC News telekanalına müsahibəsində bildirib.
O, Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib.
Tramp əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”.
“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!