Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
21-08-2024, 20:59
Ermənistanda Rusiya vətəndaşının meyiti tapıldı


Ermənistanda Rusiya vətəndaşının meyiti tapıldı

Ermənistanda 22 yaşlı Rusiya vətəndaşı Mark Larinin cəsədinin tapılması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, çərşənbə axşamı, səhər 10-da Larin və iki dostu velosiped yürüyüşünə Tsahkadzor yaxınlığında Ankavan kəndinə gedib, geri dönərkən itkin düşüb.
Cəsədin müayinəsi zamanı zorakılıq izləri aşkar edilməyib.
21-08-2024, 19:59
Finlandiya ərazisinə NATO qoşunları yerləşdiriləcək


Finlandiya ərazisinə NATO qoşunları yerləşdiriləcək

Finlandiya bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yerləşdirilməsi barədə danışıqlar aparır.
Bunu Finlandiya müdafiə naziri Antti Hyakkyanen deyib.
O qeyd edib ki, bu danışıqları açıq şəkildə şərh etmirik.
"Danışıqlar müxtəlif ölkələrlə davam edir. Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün hansı ölkələr müəyyən güc strukturları ayıra bilər, onunla bağlı danışıqlar aparırıq", - nazir əlavə edib.
21-08-2024, 19:13
Helikopterə kənar müdaxilələr olmayıb - İstintaq başa çatdı


Helikopterə kənar müdaxilələr olmayıb - İstintaq başa çatdı

İranın mərhum prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi yekunlaşıb.
Bu haqda “Reuters” məlumat yayıb.
Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.
Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.
Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.
21-08-2024, 19:13
Helikopterə kənar müdaxilələr olmayıb - İstintaq başa çatdı


Helikopterə kənar müdaxilələr olmayıb - İstintaq başa çatdı

İranın mərhum prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi yekunlaşıb.
Bu haqda “Reuters” məlumat yayıb.
Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.
Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.
Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.
21-08-2024, 18:07
Bu ölkə də Rusiyaya qarşı sanksiyalara qoşuldu


Bu ölkə də Rusiyaya qarşı sanksiyalara qoşuldu

İsveçrə Avropa Birliyinin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə qoşulub.
Bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
"21 avqust 2024-cü ildə Federal Şura AB-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin bir sıra digər tədbirlərinə qoşulmaq barədə qərar qəbul edib. Bu düzəlişlər 2024-cü il avqustun 27-də qüvvəyə minəcək", - məlumatda qeyd olunub.
21-08-2024, 17:42
Qırğızıstan Prezidenti dağlarda zibil topladı


Qırğızıstan Prezidenti dağlarda zibil topladı

Qırğızıstan prezidenti Sadır Japarov dağlarda zibil yığıb.
O, feysbukda paylaşım edib.
Dövlət başçısı gözəl təbiəti və istirahət edənlərin oraya qoyduğu zibilləri göstərib. O, Qırğızıstan vətəndaşlarına və turistlərə piknikdən sonra zibillərini götürmələrini xahiş edib.
“Əgər görsəniz ki, məsuliyyətsiz insanlar zibil qoyublar, zəhmət olmasa, onu da toplayın. Bu, infeksiyanın əllərinizə yapışmasının qarşısını alacaq”, - deyə Sadır Japarov bildirib.
21-08-2024, 17:18
Ermənistan öz günahını bizim üstümüzə atır - Zaxarova


Ermənistan öz günahını bizim üstümüzə atır - Zaxarova

Bu, İrəvanın günahı başqalarının, indiki halda Rusiyanın üzərinə atmasının daha bir nümunəsidir".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in bir gün əvvəl verdiyi brifinqdə belə şərh edib.
"Əsas məsələ öz uğursuzluqlarına görə məsuliyyət daşıyanları tapmaqdır", - o əlavə edib.
Bildirilib ki, beləliklə, İrəvan Rusiya Federasiyası FTX-nin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub.
21-08-2024, 17:17
Ankarada meşə yanğınları - Kənd boşaldıldı


Ankarada meşə yanğınları - Kənd boşaldıldı

Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.
Külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.
20-08-2024, 14:56
Zelenski bunu müttəfiqlərdən xahiş edib, amma...


Zelenski bunu müttəfiqlərdən xahiş edib, amma...

Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərini Ukraynaya daha çox hərbi yaşda olan kişilərin qaytarılmasına kömək etməyə inandırmağa çalışıb, lakin rədd edilib.
Nəşr yazır ki, qaçqınları qəbul edən ölkələr bundan faydalanır, çünki iş yerlərini doldura biləcək işçilərin sayı artır, buna görə də Polşadan Macarıstana qədər siyasətçilər müharibə davam edərkən qaçqınları Ukraynaya geri göndərməyəcəklərini bildiriblər.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
19-08-2024, 19:19
Britaniyanın Ukraynaya dəstəyi zəifləyib - Zelenski


Britaniyanın Ukraynaya dəstəyi zəifləyib - Zelenski

Müharibə boyunca biz Böyük Britaniyanın silahlar, siyasət və Ukrayna cəmiyyətinə dəstək sahəsində həqiqi liderlik nümayiş etdirdiyini gördük. Bu, minlərlə insanın həyatını xilas etdi və Böyük Britaniyanın gücünü əks etdirdi. Təəssüf ki, bu proses son zamanlar ləngiyib.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” sosial şəbəkə hesabındakı paylaşımında deyib. O, Qərb liderlərinə müraciət edərək Ukraynaya Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli, “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyi xahiş edib. O, “Storm Shadow” kimi yüksək texnologiyalı silahların məhdudiyyətsiz istifadə edilməsinə icazə verilməsinin həyati əhəmiyyət kəsb etdiyini də vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!