"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
20-02-2023, 22:54
Yaponiyadan Ukraynaya 5,5 milyard dollarlıq dəstək


Yaponiyadan Ukraynaya 5,5 milyard dollarlıq dəstək

Yaponiya Ukraynaya 5,5 milyard dollar maliyyə dəstəyi verəcək. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida məlumat verib. Qeyd olunub ki, Tokio artıq Kiyevə 600 milyon dollar maliyyə dəstəyi və yüz milyonlarla dollarlıq humanitar yardım verib. “Biz 5,5 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi vermək qərarına gəldik”, - deyə Kişida bildirib. O, həmçinin fevralın 24-də G7 liderlərinin videokonfransının keçirikəcəyini açıqlayıb. Konfransa Ukrayna prezidenti Volodimir Zelenski də dəvət ediləcək. Xatırladaq ki, Yaponiya bu il G7-yə sədrlik edir (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ).
20-02-2023, 22:50
Zəlzələ zonasında 751 min insan çadırlarda qalır - Ərdoğan


Zəlzələ zonasında 751 min insan çadırlarda qalır - Ərdoğan

Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq. Hazırda 114 min 834 nəfər dağıntı altından çıxarılıb. Prosess hələ də davam edir. Zəlzələdən sonra ümumi zərərin qiymətləndirilməsi işləri isə yekunlaşmaq üzrədir", - deyə Ərdoğan vurğulayıb.
20-02-2023, 22:43
ABŞ prezidentdi F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir


ABŞ prezidentdi F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir

ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir. Bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib. O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir. “Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, - deyə Blinken bildirib.
20-02-2023, 22:13
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib


Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynada daha bir yaşayış
məntəqəsini ələ keçirdiyini iddia edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik brifinqində məlumat verilib. Nazirlik qeyd edib ki, Rusiya hərbçiləri Donetsk vilayətinin Paraskovyevka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Ukrayna tərəfi isə yaşayış məntəqəsinin ələ keçirilməsi barədə məlumata münasibət bildirməyib.
20-02-2023, 22:10
ABŞ prezidenti 15 ildən sonra Kiyevə səfər edib


ABŞ prezidenti 15 ildən sonra Kiyevə səfər edib

Xəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Co Bayden Kiyevə gözlənilməz səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər Mixaylovsk dini məbədinə baş çəkib, döyüşlərdə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad ediblər. Baydenin Polşaya səfər edəcəyi gözlənilsə də, onun Kiyevə gəlişi hər kəsi təəccübləndirib. Ekspertlərin fikrincə, ABŞ liderinin Ukraynaya səfərinin gizli saxlanılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Onu da bildirək ki, ABŞ prezidentinin Kiyevə tarixi səfəri ortaya bir sıra məqamları çıxarıb. Belə ki, Bayden ABŞ tarixində Amerika əsgərlərinin olmadığı aktiv döyüş meydanına səfər edən ilk ölkə başçısıdır. Həmçinin 15 ildən sonra tarix yenidən təkrarlanıb. Bu, həm də ABŞ prezidentinin son 15 ildə Kiyevə ilk səfərdir. Bundan əvvəl Corc Buş 2008-ci ildə Kiyevə səfər edib və Viktor Yuşşenko ilə görüşüb. Qeyd edək ki, Bayden Zelenski ilə görüşdə bir sıra vacib məsələləri müzakirə edib. O, sosial şəbəkə hesabında Kiyevdən Rusiyaya mesaj göndərərək bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib. ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.
20-02-2023, 22:00
Zelenski Baydenlə görüşündən sonra təəssüratlarını bölüşdü


Zelenski Baydenlə görüşündən sonra təəssüratlarını bölüşdü

ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq. “Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu...nəticələr mütləq döyüş meydanına təsir edəcək". Bayden Ukraynaya milyardlarla dollarlıq büdcə yardımı veriləcəyini deyib.
20-02-2023, 21:36
Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasına başlayıb


Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasına başlayıb

Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası öz işinə başlayıb. Bu barədə Aİ Şurasının bəyanatında bildirilir. Açıqlamada deyilir ki, missiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına töhfə vermək üçün nəzərdə tutulub. 100 nəfərdən ibarət missiya 2 il müddətində fəaliyyət göstərəcək.
20-02-2023, 21:22
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib


Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:38
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib


Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:34
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı


Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb. XİN başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra bu məsələyə toxunub. Çavuşoğlunun sözlərinə görə, tezliklə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı aparılan danışıqlar bərpa olunacaq və davam edəcək. O, Ankaranın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa imkan verməyəcəyini vurğulayıb. Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!