“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
27-05-2023, 18:26
Gürcüstanda qatar relsdən çıxaraq aşdı - Xəsarət alan azərbaycanlılar var


Gürcüstanda qatar relsdən çıxaraq aşdı - Xəsarət alan azərbaycanlılar var

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb. Ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir. Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib. Faktla əlaqədar cinayət işi açılıb.
27-05-2023, 10:20
Ukrayna Berlindən “Taurus” raketləri istəyir


Ukrayna Berlindən “Taurus” raketləri istəyir

Ukrayna rəsmi olaraq Berlindən uzaqmənzilli "Taurus" raketləri istəyib. Bu barədə Almaniyanın "Spiegel" qəzeti yazır. Nəşr yazır ki, raketlər 500 km-dən çox uçmağa qadirdir, yəni onlar “Moskvaya çata” bilirlər. Ukrayna prezidenti Volodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı Almaniyadan bu raketləri ötürməsini istəyib. Kanslerin nümayəndəsi məlumatı şərh etməyib, lakin Müdafiə Nazirliyi sorğunun alındığını təsdiqləyib.
27-05-2023, 09:17
Bayden Belarusa nüvə silahlarının yerləşdirilməsinə münasibət bildirdi


Bayden Belarusa nüvə silahlarının yerləşdirilməsinə münasibət bildirdi

ABŞ prezidenti Co Bayden Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə münasibət bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırıb. Bayden Rusiyanın bu qərarına mənfi yanaşdığını deyib. Belarusla bağlı suala Baydenin cavabı belə olub: "Çox mənfi".
26-05-2023, 20:40
Dneprə raket hücumu - 31 nəfər yaralandı


Dneprə raket hücumu - 31 nəfər yaralandı

Mayın 26-da Rusiyanın Dneprə endirdiyi raket hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb. Bu barədə Dnepropetrovsk Vilayət Prokurorluğu məlumat yayıb. "İki nəfər ölüb, daha 31 nəfər yaralanıb, onlardan ikisi uşaqdır, 3 və 6 yaşları var", - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, tibb müəssisəsi və baytarlıq poliklinikasına, doqquz yaşayış binası, sakinlərin şəxsi evləri və avtomobillərinə ziyan dəyib.
26-05-2023, 20:07
Putin braziliyalı həmkarıyla telefon danışığı apardı


Putin braziliyalı həmkarıyla telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Lula da Silva ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Braziliya tərəfinin təşəbbüsü ilə keçirilib. Söhbət zamanı dövlət başçıları Ukrayna böhranı mövzusuna toxunub, həmçinin Rusiya-Braziliya münasibətləri məsələlərini müzakirə ediblər. Bildirilir ki,Silva Vladimir Putinə Xirosimada keçirilən G7 sammitində iştirakla bağlı təəssüratlarını bildirib, həmçinin münaqişənin həlli üçün vasitəçilik səyləri ilə bağlı öz təkliflərini irəli sürüb.
26-05-2023, 15:15
Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat


Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat

"Azərbaycanla müqavilə ratifikasiya üçün uzun bir yol keçməlidir. Bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
"İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi onun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlayacaq, daha sonra sənəd parlamentdə ratifikasiya olunacaq, bundan sonra prezident onu imzalayacaq. Eyni proses Azərbaycanda da keçməlidir.Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək", - erməni deputat əlavə edib.
26-05-2023, 14:52
Yekun bəyanatı gözləmək lazımdır - Paşinyanın partiyası


Yekun bəyanatı gözləmək lazımdır - Paşinyanın partiyası

"Moskvadakı danışıqlar uğursuz olmadı". Bunu Ermənistan parlamentində hakim fraksiyanın katibi Artur Hovhannisyan keçirdiyi brifinq zamanı deyib. "Başa düşmək lazımdır ki, üçtərəfli görüşdən əvvəl Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar aparılıb. Məhz buna görə də yekun görüş belə qısa davam edə bilər, yekun bəyanatı gözləmək lazımdır", - deyə o bildirib. Deputat əlavə edib ki, Paşinyan Moskvadakı danışıqlarda ölkəsinin mövqeyini ifadə edib.
26-05-2023, 14:01
Azərbaycanla Ermənistan Kişinyov şəhərində sülh sazişi imzalaya bilər


Azərbaycanla Ermənistan Kişinyov şəhərində sülh sazişi imzalaya bilər

Azərbaycan və Ermənistan arasında Moldovanın paytaxtı Kişinyov şəhərində sülh sazişi imzalana bilər. Bu barədə "Frans Press" və "Reuters" agentlikləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən məlumat yayıb. Belə ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilərlər. "Bu, tarixi məqamdır və qaçırmaq olmaz", - səfir söyləyib. Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama verərək yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyinə işarə edib, lakin dəqiq yer və tarix deməyib.
26-05-2023, 12:41
Abdullahian iraqlı həmkarıyla telefon danışığı apardı


Abdullahian iraqlı həmkarıyla telefon danışığı apardı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasındakı münasibətlərdəki son hadisələri müzakirə ediblər. Məlumatına görə, nazirlər telefon danışığında iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin həyata keçirilməsini, həmçinin İranın İraqa qaz nəqli xətlərinin gücləndirilməsini və regional əməkdaşlığın zəruriliyini vurğulayıblar. İki tərəf arasında bankçılıq sahəsində əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.
26-05-2023, 11:18
Ermənistan diplomatik korpusunda ciddi dəyişiklik gözlənilir


Ermənistan diplomatik korpusunda ciddi dəyişiklik gözlənilir

Ermənistanın diplomatik korpusunda ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Baltikyanı ölkələrdəki səfir Hovhannes İgityan geri çağırılacaq. Həmçinin Ermənistanın Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyan da dəyişdiriləcək. Bundan başqa, Ara Markaryan Litvaya diplomatik nümayəndə təyin olunacaq. Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək. Qeyd olunub ki, bunlarla yanaşı, digər dəyişikliklər də gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!