Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
22-04-2023, 22:00
Nüvə silahının qarşısını alınacaq - Bayden


Nüvə silahının qarşısını alınacaq - Bayden

ABŞ prezidenti Co Bayden gələn həftə Cənubi Koreya lideri Yoon Suk-yeol ilə görüşəcək. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Bayden ABŞ-ın Şimali Koreyanın nüvə hücumunun qarşısını almaq öhdəliyini vurğulayacaq. "Biz Cənubi Koreyalılarla lazımi addımları atmaq üçün son dərəcə və intensiv işləyirik", - deyə adı açıqlanmayan ABŞ rəsmisi vurğulayıb. Onun sözlərinə görə, ABŞ çox aydın şəkildə bildirib ki, nüvə silahından çəkindirmə öhdəliyi Cənubi Koreyaya qarşı sarsılmaz olaraq qalır.
22-04-2023, 20:00
Braziliya prezidentinin Ukraynayla bağlı açıqlaması səs-küy doğurdu


Braziliya prezidentinin Ukraynayla bağlı açıqlaması səs-küy doğurdu

Prezident seçkilərindən sonra ilk dəfə Avropaya səfər edən Braziliya lideri Luiz İnasio Lula da Silvanın Ukrayna ilə bağlı açıqlamaları yenidən müzakirələrə səbəb olub. O, Portuqaliyaya səfəri zamanı Kiyev və Moskvanı danışıqlara çağırıb. Lula özündən əvvəlki prezident Bolsonaronun 4 illik hakimiyyətindən sonra Braziliyanın Qərblə əlaqələrini bərpa etməyə çalışır, lakin Ukrayna ilə bağlı açıqlamaları narazılıq doğurub. Braziliya lideri Lissbonda deyib ki, müharibənin başlamasında Kiyevin də günahı var. "Hökumətim Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləsə də, biz münaqişənin danışıqlar yolu ilə siyasi həllini dəstəkləyirik", - Lula bildirib.
22-04-2023, 18:30
Rusiya Almaniyanın diplomatlarını qovmasına qarşılıq verdi


Rusiya Almaniyanın diplomatlarını qovmasına qarşılıq verdi

Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxarır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu addım Almaniya hakimiyyətinin 20-dən çox rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavabdır. “Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb ki, 90 alman diplomatdan 34-ü Moskvanı tərk edəcək. Bu gün səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Berlin Rusiya diplomatlarını ölkədən çıxarmaq planları barədə Moskvanı əvvəlcədən xəbərdar edib.
22-04-2023, 18:00
Donetsk atəşə tutuldu


Donetsk atəşə tutuldu

Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub. Bu barədə Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində 1 qadın ölüb, 1 uşaq isə yaralanıb. Bundan başqa, 3 fərdi evə ziyan dəyib.
22-04-2023, 16:30
Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır


Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır

Almaniya Rusiya diplomatlarının ölkədən çıxarılmasına qərar verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Rəsmi Moskva Almaniyanın diplomatlarla bağlı qərarını qəti şəkildə pislədiyini bildirib: “Rusiya-Almaniya münasibətlərinin bütün spektrini, xüsusən də diplomatik ölçüsünü nümayişkaranə şəkildə məhv etməyə davam edən Berlinin hərəkətlərini qətiyyətlə pisləyirik”. Rusiya XİN eyni zamanda Almaniya mediasını dezinformasiya yaymaqda ittiham edib.
22-04-2023, 13:30
Molla rejiminin məmurları kütləvi şəkildə atları güllələdi


Molla rejiminin məmurları kütləvi şəkildə atları güllələdi

İranda molla rejiminin məmurları Sarıdaş (Sərdəşt) şəhərinin sərhədyanı Mirave kəndində atları güllələyiblər. Bu barədə «Azad İran» teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onlar Ramazan bayramı ərəfəsində yük daşımaqla dolanan yoxsul əhalinin atlarını güllələyərək öldürüb, sonra isə ekskavatorla basdırıblar. İranda molla rejiminin məmurları Sarıdaş (Sərdəşt) şəhərinin sərhədyanı Mirave kəndində atları güllələyiblər. Bu barədə «Azad İran» «Telegram» kanalı məlumat yayır. Bildirilir ki, onlar Ramazan bayramı ərəfəsində yük daşımaqla dolanan yoxsul əhalinin atlarını güllələyərək öldürüb, sonra isə ekskavatorla basdırıblar.
22-04-2023, 12:00
Peskovun oğlu “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşür


Peskovun oğlu “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşür

Rusiya prezidentinin mətbuat katibinin oğlu Dmitri Peskov Ukraynadakı müharibədə "Vaqner" özəl hərbi şirkətinin tərkibində döyüşür. Bunu şirkətin təsisçisi Yevgeni Priqojin hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib. O, Peskovun oğlunun artilleriyaçı kimi müharibədə iştirak etdiyini deyib. Priqojin deyib ki, "bir vaxtlar tam liberal reputasiyası olan Dmitri Sergeeviç Peskovun oğlu" da döyüşlərdə iştirak edir. Priqojin mətbuat katibinin oğlunun adını çəkməyib. Ancaq söhbət 33 yaşlı Nikolay Peskovdan gedir. O, 1990-cı illərdən bəri həyatının bir hissəsini İngiltərədə keçirib. 2010-2012-ci illərdə Nikolay Peskov Strateji Raket Qüvvələrində xidmət edib.
22-04-2023, 11:30
Latviya bütün “Stinger” zenit-raket komplekslərini Ukraynaya verəcək


Latviya bütün “Stinger” zenit-raket komplekslərini Ukraynaya verəcək

Latviya silahlı qüvvələrin arsenalında olan bütün portativ “Stinger” zenit-raket komplekslərini Ukraynaya təhvil verəcək. Bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse bildirib. "Latviya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı müraciətinə cavab verib və bizdə olan bütün "Stinger" hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib. Biz onların mümkün qədər tez təhvil verilməsi üçün əlimizdən gələni edəcəyik", - o deyib. Müdafiə naziri qeyd edib ki, bu, Latviyanın portativ hava hücumundan müdafiə sistemlərindən tamamilə məhrum olacağı anlamına gəlmir. "Onların əvəzinə biz daha müasir RBS sistemlərini alacağıq", - nazir bildirib. Qeyd edək ki, "Stinger" təyyarə, helikopter kimi hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
22-04-2023, 11:00
İrana məxsus 42 milyon dollar dəyərində narkotik ələ keçirildi


İrana məxsus 42 milyon dollar dəyərində narkotik ələ keçirildi

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib. Bu barədə ABŞ donanması məlumat yayıb. Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər. ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb. Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib.
21-04-2023, 20:30
Ukraynaya verilən tanklar Almaniyaya göndərildi


Ukraynaya verilən tanklar Almaniyaya göndərildi

ABŞ Ukraynaya verəcəyi "Abrams" tanklarını Almaniyadakı poliqona göndərəcək. Bu barədə "Associated press" agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, bir neçə həftə sonra Almaniyada Ukrayna hərbçiləri tanklarla bağlı təlimə başlayacaq. Təlimlər təxminən 10 həftə davam edəcək. Agentlik bildirib ki, 250-yə yaxın ukraynalı hərbçi təlim keçəcək, onlardan bəziləri tankları idarə etməyi, digərləri isə təmir etməyi və onlara qulluq etməyi öyrənəcəklər. Qeyd edək ki, ABŞ Ukraynaya 31 "Abrams" tankı verəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!