Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
27-04-2023, 13:30
Nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq - Bayden


Nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq - Bayden

"Şimali Koreyanın ABŞ və ya onun müttəfiqlərinə nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq". Bunu ABŞ prezidenti Co Bayden bildirib. Məlumata görə, ABŞ onilliklər ərzində ilk dəfə olaraq Cənubi Koreya sahillərində nüvə sualtı qayıqlarını yerləşdirəcək. Qeyd edilib ki, bu barədə razılıq Baydenlə Cənubi Koreya prezidenti Yun Suk Yol arasında keçirilən görüş çərçivəsində əldə olunub.
27-04-2023, 13:00
Ukraynanın 9-dan çox briqadasına təlim keçib silahlandırmışıq - Stoltenberq


Ukraynanın 9-dan çox briqadasına təlim keçib silahlandırmışıq - Stoltenberq

"NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin 9-dan çox briqadasına təlim keçib və silahlandırıb". Bunu hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib. O vurğulayıb ki, Ukrayna artıq vəd edilən yardımın 98%-ni alıb. "Deyə bilərəm ki, o cümlədən 1550 zirehli texnika, 230 tank və külli miqdarda sursat alıb", - deyə Stoltenberq vurğulayıb.
27-04-2023, 11:00
Türkiyə vətəndaşları üçün seçkilərə səsvermə artıq başlayıb


Türkiyə vətəndaşları üçün seçkilərə səsvermə artıq başlayıb

Bu gündən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, bu gün Ankara vaxtı ilə saat 08:00-da Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb. Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq MSK-ya göndəriləcək. Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.
26-04-2023, 20:30
Ərdoğanın səhhətiylə bağlı açıqlama verildi


Ərdoğanın səhhətiylə bağlı açıqlama verildi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti barədə açıqlama verib. O, dövlət başçısının sağlamlıq durumunun qaydasında olduğunu bildirib. "Seçkiqabağı kampaniyanın gərgin rejimi ilə əlaqədar prezidentin mədəsində narahatlıq olub. Proqramını qaldığı yerdən davam etdirəcək. Sağlamlığı yetərincə qaydasındadır", - deyə Kurtulmuş qeyd edib. Xatırladaq ki, ötən gün Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib. Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu gün isə o, görüş və səfərlərin ləğv edildiyini açıqlayıb.
26-04-2023, 19:00
Zelenski Si Cinpinlə danışıqların detallarını açıqladı


Zelenski Si Cinpinlə danışıqların detallarını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığının detallarını açıqlayıb. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski bildirib ki, telefon danışığı bir saat davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələləri müzakirə edilib. "Biz Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz öz torpağımızdayıq və özünümüdafiə haqqını dərk edərək gələcəyimiz üçün mübarizə aparırıq", - deyə o bildirib. Prezident, həmçinin vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci ilin hüdudlarında bərpa edilməlidir. Zelenskinin sözlərinə görə, söhbət zamanı Ukrayna-Çin tərəfdaşlığının möhkəmləndirilməsi yollarını da müzakirə ediblər. "İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək", - Ukrayna lideri vurğulayıb.
26-04-2023, 18:30
ABŞ-dan Zelenski və Si Cinpinin danışıqlarına müsbət reaksiya


ABŞ-dan Zelenski və Si Cinpinin danışıqlarına müsbət reaksiya

ABŞ Çin lideri Si Cinpinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarını alqışlayır. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Biz sədr Si ilə Prezident Zelenski arasında telefon danışığı olması xəbərini alqışlayırıq. Yaxşı olduğunu düşünürük. Biz çoxdan deyirik ki, ÇXR Ukraynanın mövqeyi ilə tanış olmalıdır. Bunun sülhə doğru nəzərə çarpan bir hərəkətə töhfə verib-verməyəcəyini hələ bilmirik", - o deyib. Qeyd edək ki, bu gün Çin və Ukrayna liderləri arasında telefon danışığı baş tutub. Danışıqlar Ukraynanın təşəbbüsü ilə həyata keçirilib.
26-04-2023, 16:00
Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı


Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı

Ukrayna prezidenti Volodimir Zelenski və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub. Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb. "Uzun və mənalı telefon danışığı apardıq. Bu zəngin və Ukraynanın Çinə səfir təyin etməsinin ikitərəfli əlaqələrimizin inkişafına güclü töhfə qazandıracağına inanıram", - deyə Zelenski qeyd edib. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Zelenski ilə Si Tsinpin arasında söhbətin təşəbbüskarı Ukrayna tərəfi olub. Ukrayna prezidentinin nümayəndəsi Sergey Nikiforov isə deyib ki, söhbət bir saata yaxın davam edib. "RİA Novosti" agentliyinin məlumatına görə, Çin lideri diqqətə çatdırıb ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Kiyevlə əməkdaşlığa hazırdır. O, həmçinin qeyd edib ki, Çin öz nümayəndəsini həlledici məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə göndərəcək.
26-04-2023, 15:30
İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi


İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi

İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imamına qarşı silahlı hücum olub. Bu barədə Mazandaran valisinin müavini Ruhullah Səlaqi bildirib. Məlumata görə, Babolsarda Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində qətlə yetirilib. Ona hücum edən şəxs artıq həbs edilib. Abbas Əli Süleymani Ali rəhbər Əli Xameneinin Sistan və Bəlucistan vilayətindəki nümayəndəsi, Zahidanın imam cüməsi olub.
26-04-2023, 14:30
Ərdoğanın bütün görüşləri ləğv olundu


Ərdoğanın bütün görüşləri ləğv olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Bu barədə Ərdoğan "Facebook" hesabında məlumat yayıb. O, dünən canlı yayım zamanı yaşanan kiçik narahatlığa görə arzu və dualarını çatdıran hər kəsə təşəkkür edib. "Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaş-bacılarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqını halal etsinlər. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik", - Ərdoğan deyib. Qeyd edək ki, dünən Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.
26-04-2023, 14:00
Paşinyan Putinlə Laçın dəhlizini müzakirə etdi


Paşinyan Putinlə Laçın dəhlizini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Laçın dəhlizi ətrafındakı vəziyyət müzakirə olunub. Qeyd edək ki, bundan əvvəl Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!