28-04-2023, 12:30
NATO-nun bütün döyüş potensialı Rusiyaya qarşı istifadə edilib - Şoyqu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan həmkarlarını bu il Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə növbəti konfransda iştirak etməyə dəvət edib. Bu barədə TASS məlumat yayıb. "ABŞ və müttəfiqlərinin qlobal hökmranlığı saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb. Ukraynadakı münaqişə Vaşinqtonun və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir", - nazir bildirib. "Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi. Pentaqonun Ukraynada həyata keçirdiyi hərbi-bioloji proqramlar bioloji silahların komponentlərinin hazırlanmasına yönəlib", - deyə Şoyqu iddia edib.
28-04-2023, 12:00
Fransa XİN rəhbəri Göyçəyə baş çəkibFransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Ketrin Kolonna Cermuka baş çəkib. Onu Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edib. Nazir Avropa İttifaqının Monitorinq Missiyasının fəaliyyətini yüksək qiymətləndirib. "Bu missiya gərginliyi azaltmağa və sərhəddəki vəziyyət haqqında məlumat almağa imkan verir", - deyə o qeyd edib. Xatırladaq ki, Kolonna bundan əvvəl Azərbaycanda səfərdə idi.
28-04-2023, 10:30
Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilibTürkiyədə seçkilərdə iştirak edəcək prezidentliyə namizədlərin TRT telekanalında təbliğat-təşviqat üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtında növbəliliyi təmin etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatma Ali Seçki Komissiyası tərəfindən təşkil olunub. Nəticələrə əsasən, namizədlərin hansı sıra ilə çıxış edəcəyi müəyyən edilib. Belə ki, ilk çıxışı müxalifətin "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, ikinci ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İtttifaqı"nın namizədi Sinan Oğan, üçüncü Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce, dördüncü çıxışı isə hazırkı prezident, hakim "Cümhur İttifaqı"nın vahid namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan edəcək. Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda baş tutacaq.
27-04-2023, 22:00
Baydenin unutqanlığı kameraların gözündən qaçmayıbABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreyalı həmkarı Yun Suk Yeulla görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında diqqətçəkən detal ortaya çıxıb. Belə ki, mətbuat nümayəndələrinin sualları cavablandırılarkən Co Baydenin əlindəki kağızlar kameralara tuş gəlib. 80 yaşlı liderin əlindəki kağızlarda mətbuat konfransında sual verəcək jurnalistlərin adlarının, işlədiyi media orqanının adı və fotoşəkillərinin olduğu görünüb. Bəzi müşahidəçilər bunu Baydenin unutqanlığı ilə izah edib. Baydenin səhhəti bir çox amerikalı tərəfindən sosial mediada yenidən müzakirə mövzusu olub.

27-04-2023, 20:30
Fransa XİN başçısı Paşinyanla görüşdüFransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolunda və Qarabağdakı vəziyyət müzakirə edilib. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının fəaliyyətinə toxunulub. Qeyd edək ki, Kolonna bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
27-04-2023, 18:30
Türkiyə nüvə enerjisinin ən ucuz mənbələrindən biri olacaq - Putin“Türkiyə artıq nüvə enerjisinə, dünyanın ən ucuz mənbələrindən birinə malik ölkə olacaq”. Bunu Akkuyu AES-ə yanacaq tökülməsi mərasimində onlayn formatda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib. “Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES ölkələrimiz arasında qonşuluq münasibətlərinə töhfə verəcək”, - Putin söyləyib. “Akkuyu AES-dəki sistem dünyanın ən müasir və etibarlı təhlükəsizlik sistemlərindən biridir”, - o əlavə edib.
27-04-2023, 18:00
Braziliya Ukraynaya üçün sursat göndərməkdən imtina etdiBraziliya Ukrayna üçün Almaniyaya sursat göndərməkdən imtina edib. Bu barədə "Unian" nəşri yazıb. Bildirilib ki, Braziliya prezidenti Lula da Silva bunu “hərbi münaqişənin tərəfinə çevrilmək” istəməməsi ilə izah edib. Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolts ondan Almaniyadan alınmış tank mərmilərini Ukraynaya tədarük üçün göndərməyi xahiş edib.
27-04-2023, 15:30
Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlamaRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Laçın yolundakı vəziyyət barədə açıqlama verib. Bu barədə o, XİN-də keçirdiyi ənənəvi mətbuat konfransında danışıb. Nazirlik sözçüsü qeyd edib ki, İrəvan da Laçın yolu ətrafında vəziyyətin həlli üzrə məqbul variantların axtarışına öz töhfəsini verməlidir. Rusiya XİN rəsmisi ölkəsinin vəziyyətin üçtərəfli razılaşmalar məcrasına qaytarılması üzrə iş apardığını əlavə edib.