3-05-2023, 20:30
Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyanİyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Paşinyan deputatın sualına cavab olaraq bildirib ki, onun parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur: "Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz". Müxalif deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub. "Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib.
3-05-2023, 18:00
Sabitliyin əsas təminatı regionda sülhdür və bu mümkündür - PaşinyanRegionda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, Ermənistan sabitliyini təmin etmək üçün yeni üsullar və komponentlər axtarır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib. "Əvvəllər mövcud olan təhlükəsizlik sistemi effektiv işləmir və hökumətin strateji vəzifəsi çağırışları idarə etmək və neytrallaşdırmaqdır. İndi rəsmi İrəvan öz təhlükəsizliyini təmin etmək üçün əlavə komponentlər axtarır. Ancaq yenə də tam təminat verilmir, bəzi təminatlar yeni risklərin yaranmasına səbəb ola bilər", - o qeyd edib. "Sabitliyin əsas təminatı regionda sülhdür və bu mümkündür. İndi biz Ermənistan dövləti və xalqı üçün məqbul olan parametrlər hazırlamalıyıq, ehtiyatlılıq və çeviklik nümayiş etdirməliyik", - deyə Paşinyan vurğulayıb.
3-05-2023, 16:30
İran prezidenti suriyalı həmkarıyla görüşdüDəməşqdə səfərdə olan İran prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
3-05-2023, 15:00
Rusiya XİN Vaşinqton görüşünə münasibət bildirdi"Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat brifinqində deyib. O qeyd edib ki, rəsmi Moskva danışıqların başa çatmasından sonra proses barədə öz şərhini verəcək. "Azərbaycan və Ermənistan XİN başçılarının Rusiyada görüşünün keçirilməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat veriləcək", - deyə Zaxarova vurğulayıb.
3-05-2023, 14:00
Vaşinqtona görə mövzu təhlükə probleminə çevrilib - Rusiya XİN"Son illərdə biotəhlükəsizliyin təmin edilməsi beynəlxalq gündəmdə xüsusilə aktuallaşıb". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu keçirdiyi brifinq zamanı bildirib. O, biotəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında KTMT Xartiyasına dəyişikliklər haqqında da danışıb. "Vaşinqtonun səyləri sayəsində bu mövzu təhlükəsizlik problemindən təhlükə probleminə çevrilib", - sözçü qeyd edib.
3-05-2023, 12:00
İrəvan bizi aldada bilməz - Türkiyə XİNTürkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlamalar verib. O, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub. Nazir bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində səmimiyyət nümayiş etdirir. "Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, - deyə XİN başçısı vurğulayıb. Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı çıxışı zamanı Avropa İttifaqını da tənqid edib.
3-05-2023, 11:30
ABŞ Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır - PetruşevRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qəribə iddia səsləndirib. O, ABŞ-ın Rusiyanın Sibir regionunu işğal etmək niyyətində olduğunu bildirib. "ABŞ Yellouston supervulkanının püskürəcəyi təqdirdə Sibirdə təhlükəsiz yer tapmaq üçün Rusiyanın bu ərazisini ələ keçirmək arzusundadır", - deyə o söyləyib. Qeyd edək ki, Patruşev vaxtaşırı bu cür iddiaları gündəmə gətirir.
2-05-2023, 22:30
Gürcüstan ABŞ-ın təşkil etdiyi təlimdən imtina etdi
Gürcüstan ABŞ-ın Avropada təşkil etdiyi “Defender 2023” çoxmillətli təlimlərində iştirak etməyəcəyini bildirib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, qərar Amerika tərəfi ilə razılaşdırılıb. Gürcüstan Müdafiə Nazirliyi 2023-cü ildə NATO ölkələri ilə birlikdə Türkiyə, Almaniya, Slovakiya və Niderlanda keçirilən dörd beynəlxalq təlimdə iştirak etdiyini açıqlayıb. Gürcüstan ilin sonuna kimi Türkiyə, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, Almaniya, Azərbaycan və İtaliyada keçiriləcək təlimlərdə də iştirak etməyi planlaşdırır.
2-05-2023, 20:30
Ukrayna 5 ölkəyə bu qadağanı qoyduMayın 2-dən iyunun 5-dək Avropa Komissiyası Ukraynadan beş ölkəyə - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının tədarükünə qadağa qoyub. Bu barədə Komissiyanın saytında məlumat yayılıb. "Bu ölkələr istisna olmaqla, Ukraynadan gələn buğda, qarğıdalı və günəbaxan toxumlarının Avropa İttifaqının bütün üzv dövlətlərində sərbəst dövriyyəyə buraxılması davam edə bilər", - açıqlamada bildirilib. Xatırladaq ki, aprelin 15-də Macarıstan və Polşa tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edilib, aprelin 17-də Slovakiya, aprelin 19-da isə Bolqarıstan qadağaya qoşulub.
2-05-2023, 19:30
İsraili raket hədəfinə tutanlar məlum olduXəbər verdiyimiz kimi, bu gün Qəzzadan İsrailə onlarla raket atılıb. Hücuma görə məsuliyyəti Fələstinin Birgə Komandanlığı öz üzərinə götürüb. Komandanlığa HƏMAS və "İslami Cihad" kimi silahlı qüruplaşmalar daxildir. "Birgə Komandanlıq Qəzza yaxınlığındakı yaşayış məntəqələrinin bombalanmasını öz üzərinə götürür", - açıqlamada deyilir. Ümumilikdə İsrailin cənubuna 20-dən çox raket atılıb. Zərbələr nəticəsində bir neçə nəfər yaralanıb.