4-05-2023, 14:45
Çexiya İrəvana yardım göstərəcəyini vəd etdiÇexiyanın baş naziri Petr Fiala Azərbaycan və Ermənistan arasında sülhə nail olunmasından danışıb. O, ermənistanlı həmkarı Nikol Paşinyanla paytaxt Praqada keçirdiyi birgə brifinqdə bu mövzuya toxunub. O bildirib ki, Çexiya da Bakı ilə uzunmüddətli sülhə nail olmaq üçün İrəvana kömək edəcəyini vəd edir. "Praqa Ermənistanın üzləşdiyi çağırışlara diqqətlə yanaşır və İrəvanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu müşahidə edirik", - deyə Fiala bildirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada səfərdədir.
4-05-2023, 14:30
Qazaxıstan və Tacikistan arasında Bəyənnamə imzalandıQazaxıstan və Tacikistan arasında Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə imzalanıb. Bu barədə Qazaxıstan PA - Aqorda məlumat yayıb. Bildirilib ki, sənəd Tacikistan prezidenti Emomoli Rahmonun Qazaxıstana səfəri çərçivəsində onunla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında paytaxt Astanada imzalanıb. Ümumilikdə 25 maddədən və preambula hissəsindən ibarət olan Müttəfiqlik Qarşılıqlı Münasibətləri haqqında Bəyannamə əlaqələrin bütün aspektlərini əhatə edir. Qeyd edək ki, Tacikistan prezidenti dünəndən Qazaxıstanda səfərdədir.
4-05-2023, 14:20
Rusiyanın bu əyalətində PUA-ların istifadəsi qadağan olunduRusiyanın Xabarovsk diyarında dronlardan istifadə ilə bağlı qadağa qərarı verilib. Bu barədə diyarın qubernatoru Mixail Deqtyarev məlumat verib. O, təhlükəsizliyi artırmaq üçün bölgədə PUA-lardan istifadənin məhdudlaşdırıldığını bildirib. İstisna kimi dövlət orqanları, Xabarovsk diyarının bələdiyyələri və yerli özünüidarəetmə orqanları, onların tabeliyində olan təşkilatlar, habelə dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar tərəfindən qanunla müəyyən edilmiş qaydada istifadə olunan pilotsuz uçuş aparatları nəzərdə tutulub. Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat xidməti Kremlə Ukrayna tərəfindən dronlarla zərbə endirilməyə cəhd edildiyi barədə iddialar yaymışdı. Rəsmi Kiyev belə bir hadisə barədə Ukrayna tərəfində məlumat olmadığını açıqlamışdı.
4-05-2023, 14:00
Aİ-dən Moldova və Gürcüstana hərbi yardımAvropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb. Bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib. Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar. "Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.
4-05-2023, 13:30
Kiyev hücum vasitələrini Vaşinqtonun diktəsi ilə seçir - Peskov"Kiyev həm hədəfləri, həm də hücum vasitələrini Vaşinqtonun diktəsi ilə seçir". Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Peskov Kremlə hücumun arxasında Kiyevin durduğunu bildirib: "Kiyevin hücumunun arxasında isə Vaşinqton dayanır". O qeyd edib ki, Rusiya cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçirir. Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Ukrayna ötən gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib. İddiaya görə, Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən 2 PUA-nı sıradan çıxarıb, xəsarət alan olmayıb. Moskva hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev Ukraynanın Kremlə "hücumda" əli olmadığını bildirib. Eyni zaman Zelenski ölkəsinin Kremlə hücumlarda iştirak etmədiyini diqqətə çatdırıb.
4-05-2023, 13:00
Ölümdən son anda qurtuldum - Sabiq prezident
Ölümdən son anda xilas oldum. Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazıb. Vivamedi klinikasına yerləşdirilən eks-prezidentin sözlərinə görə, dəfələrlə huşunu itirib. Bu gün yıxılaraq başını dəmir masaya vurub: "Bu gün yenə huşumu itirdim və ölümdən bir saç eni etibarı ilə xilas oldum – huşumu itirdiyim üçün yıxılıb başımı dəmir masaya vurdum. Tibb bacılarına təşəkkür etmək istəyirəm, onlar vaxtında kömək etməklə məni dirildə bildilər".
4-05-2023, 12:00
Zelenski Niderlandda işgüzar səfərdədirUkrayna prezidenti Volodimir Zelenskinin Niderlandın Haaqa şəhərinə gedib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, o, ilk növbədə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib və burada çıxış edəcək. Daha sonra Zelenski Niderlandın baş naziri Mark Rutte ilə görüşəcək.
4-05-2023, 11:30
Ermənistanda etiraz aksiyası - Paşinyanın şəkilləri qırmızıya boyandıErmənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirilir. Aksiyada iştirak edənlər hökumətin Qarabağla bağlı siyasətindən, Bakı və Ankara ilə münasibətlərin normallaşması prosesindən narazılığını bildirib. Etirazçılar hökumət rəsmilərinin, xüsusən də Paşinyan və onun həyat yoldaşının fotoşəkillərinin üzərinə qırmızı boya töküb. Əraziyə polis cəlb edilib və hökumət binasının girişində polis kordonu yaradılıb.
3-05-2023, 23:01
Əks-hücumdan sonra bizə qırıcı təyyarələr veriləcək - Zelenski"Ukrayna əks-hücumdan sonra Qərbin qırıcı təyyarələrini alacaq". Bunu finlandiyalı həmkarı ilə birgə mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Tezliklə əks-hücum olacaq. Bundan sonra isə əminəm ki, bizə təyyarələr veriləcək. İstərdim ki, tərsinə olsun, çünki bu, bizim üçün daha asan olardı. Amma vəziyyət belədir. Biz buna görə minnətdarıq”, - o qeyd edib. Xatırladaq ki, Zelenski Helsinkidə səfərdədir.
3-05-2023, 20:30
Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyanİyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Paşinyan deputatın sualına cavab olaraq bildirib ki, onun parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur: "Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz". Müxalif deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub. "Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib.