1-05-2023, 15:00
İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olunduİranın Ər-Riyaddakı səfirliyi, o cümlədən Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi fəaliyyətini bərpa edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani "IRIB" nəşrinə bildirib. “İran İslam Respublikasının üç nümayəndəliyi, Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi rejimdə fəaliyyətə başlayıb”, - deyə Kənani qeyd edib. O, vurğulayıb ki, bu, nümayəndəliklərin işinin bərpasının ilk mərhələsidir. XİN rəsmisi onların göstərilən müddətdə tam həcmdə işə başlayacağına ümid etdiyini qeyd edib.
1-05-2023, 14:30
Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib. Kaladze bunu müharibə ilə əlaqələndirib. "Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır", - deyə o qeyd edib. Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.
1-05-2023, 12:00
İrana qarşı mübarizə aparmaq hamının borcudur - İsrailİsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi əməliyyatlardır. Hökumət başçısı bu barədə "CNN" telekanalına müsahibəsində danışıb. Baş nazir İsraili, ABŞ-ı və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, İrana qarşı mübarizə aparmağın hamının borcu olduğunu söyləyib: “Bu, bizim hamımızın borcudur”. “Müşahidələrimiz göstərir ki, bizim iqtisadi və siyasi səylərimiz İranın ilkin planlarını alt-üst edib",- deyə Netanyahu vurğulayıb.
1-05-2023, 11:30
Rusiyadan Ermənistana qazın nəqli dayandırıldıRusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb. Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır. Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.
1-05-2023, 11:00
Afrika hakimiyyətindən Rusiyaya xəbərdarlıqCənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya Federasiyasına qeyri-rəsmi xəbərdarlıq edib ki, prezident Vladimir Putin BRİKS sammiti üçün ölkəyə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında onu həbs edəcəklər. Bu barədə "The Sunday Times" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, CAR hakimiyyəti Kremli səfər ideyasından imtina etməyə razı salmağa çalışır. Adları açıqlanmayan yüksək vəzifəli məmurlar qeyd ediblər ki, Pretoriya Moskva ilə danışıqlar aparır və Putinə videobağlantı vasitəsilə BRİKS sammitində iştirak etməyi təklif edib. "Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq", - CAR hakimiyyət nümayəndəsi bildirib.
1-05-2023, 10:30
İngiltərənin sabiq baş naziri dövlətə 15 min dollar ödəməlidirBöyük Britaniyanın sabiq baş naziri Liz Trass dövlətə 15 min dollar ödəməlidir. Bu vəsait Trass vəzifədə olarkən "Chevening House"dan yoxa çıxan başmaq, qida, içkilər və digər şeylərə görə hesablanıb. Qanun layihəsinə əsasən, xərclərin onun siyasi fəaliyyəti ilə bağlı xərclər olmadığı təqdirdə Trass pulu ödəməli olacaq. Nəşr yazır ki, sabiq baş nazir yaxın çevrəsi ilə görüşlər üçün "Chevening House"dan istifadə edirdi və bu, tez-tez axşam əyləncələrinə çevrilirdi. Hələlik Trass xərcləri əsaslandırmağa müvəffəq olmayıb.
30-04-2023, 16:45
Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr"O, daha az gülür, amma milləti necə xilas edəcəyini dəqiq bilir". Bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski haqqında deyib. "Zelenski balaca, amma böyük adamdır. O, çaşqın görünəndə belə, nə vaxt və necə edəcəyini dəqiq bilir. Zelenskinin əvvəlkindən qat-qat az güldüyünü fərq etdim. Onun gülümsəmək üçün çox səbəbi yoxdur. Həmkarıma və bütün ukraynalılara arzu edirəm ki, onlar yenidən gülümsəsinlər”, - Çexiya lideri bildirib. Peter Pavel Kiyev və Dneprdə olub, burada hərbçilərin və raket zərbələri qurbanlarının xatirəsini ehtiramla yad edib. O, Ukrayna ordusuna məxsus hərbi texnikanın üzərinə "Rusiya, evinə get!" ifadəsini yazıb.
30-04-2023, 15:00
Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladıUkrayna Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı "Baykar" ilə 3 müqavilə imzalayıb. Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin açıqlayıb. Onun sözlərinə görə, İstanbulda keçirilən Teknofest 2023 beynəlxalq aviasiya texnikası sərgisi çərçivəsində razılıq əldə olunub.
30-04-2023, 14:30
Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski Rusiyaya ilə müharibəni bir dəfəyə yeyilə bilməyən böyük tortla müqayisə edib. O, belə bir müqayisəni ukraynalı jurnalist Dmitri Komarovla xüsusi layihə üçün müsahibəsində aparıb. "Rusiya Federasiyası ilə müharibə torta bənzəyir. Siz bütöv tortu bir dəfəyə yeyə bilməyəcəksiniz - ağzınızı cıracaqsınız, həcm baxımından. Rusiyada həcminə görə böyük bir ölkədir", - Zelenski deyib. "Ona görə də müharibə parçalara bölünməlidir. Və bunlar bir-birinin ardınca qələbələrdir. Bəzən paralel olur, lakin əksər hallarda ardıcıldır", - Ukrayna prezidenti bildirib.
30-04-2023, 13:30
Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldıTürkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Şırnak vilayətində baş verib. Belə ki, hərbçiləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 2 əsgər həlak olub, daha 45 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.